Ağ çörəyin hansı faydaları var?
"Ağ çörək pəhrizdən tamamilə çıxarılmamalıdır. Bu qida məhsulunun tərkibində B qrup vitaminləri, minerallar, zülallar və karbohidratlar mövcuddur. Bu isə orqanizmin, xüsusilə uşaqların, yeniyetmələrin və aktiv həyat tərzi sürən insanların enerji ehtiyacını ödəmək üçün vacibdir".
Lent.az xəbər verir ki, bu fikirləri Rusiya mətbuatına müsahibəsində diyetoloq Tatyana Solntseva səsləndirib.
Onun sözlərinə görə, ağ çörək sağlamlıq üçün zərərli hesab edilmir. "Kimyəvi tərkibinə baxdıqda görürük ki, ağ çörək B qrup vitaminləri, minerallar və zülallarla zəngindir, tərkibinin təxminən yarısı isə karbohidratlardan ibarətdir. Karbohidratlar gündəlik qida rasionunda ümumi kalori qəbulunun təxminən 60 faizini təşkil etməlidir. Çörək, xüsusilə tərəvəz, ət və ya yumurta ilə birlikdə qəbul edildikdə, orqanizmə enerji verir və onu dəstəkləyir. Bu cür kombinasiyalar səhər yeməyini və ya qəlyanaltını həm dolğun, həm də sağlam edir", - deyə həkim bildirib.
Mütəxəssis əlavə edib ki, ağ çörək mədə-bağırsaq problemləri olan insanlar üçün daha uyğundur. Onun sözlərinə görə, tünd çörək yüksək lif tərkibinə görə bu cür şəxslər üçün əks göstəriş yarada bilər.
Solntseva qeyd edib ki, artıq çəkisi olan və ya şəkərli diabetdən əziyyət çəkən şəxslər tam taxıllı və ya çovdar çörəyinə üstünlük verməlidirlər. "Ağ çörək isə balanslı qidalanmanın bir hissəsi kimi zülallar və tərəvəzlərlə birlikdə istehlak olunmalıdır", - deyə diyetoloq vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk
İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl
9 oktyabrValideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır
Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları
23 oktyabrDərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17 oktyabrYaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı
Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir
13 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18 oktyabrGündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
8 oktyabr3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14 oktyabrQripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?
Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyində
29 oktyabrDərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ
Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığ
23 oktyabr