Həkim bağırsaq sağlamlığına ən çox zərər verən qidaları açıqladı
Qastroenteroloq Natalya Motyleva bağırsaq sağlamlığına ən çox zərər verən qidalar haqqında danışıb.
Həkimin sözlərinə görə, mədə-bağırsaq sistemi üçün ən zərərli qida kateqoriyalarından biri ultra emal olunmuş məhsullardır. O bildirib ki, həftədə 500 qramdan çox kolbasa, hot-doq və vetçina kimi emal edilmiş ət məhsullarının istehlakı yoğun və ya düz bağırsağın selikli qişasında yaranan bədxassəli şiş - kolorektal xərçəng riskini artırır.
Mütəxəssis əlavə edib ki, fast food, çips və şəkərli qazlı içkilər kimi digər ultra emal olunmuş qidalar da bağırsaq sağlamlığına mənfi təsir göstərir. Onun sözlərinə görə, belə qidalarla zəngin pəhriz bağırsaq mikrobiotasının müxtəlifliyini azaldır. Bu isə həzm problemlərinə, immunitetin zəifləməsinə və iltihabi bağırsaq xəstəliklərinin yaranmasına səbəb ola bilər.
Qastroenteroloq həmçinin vurğulayıb ki, tərkibində çoxlu qida əlavələri olan məhsullar mədə-bağırsaq sisteminə əlavə zərər verir. Məsələn, süni dadlandırıcılar və bəzi emulsifikatorlar ishala səbəb ola bilər, yüksək şəkər və duz tərkibi isə şişkinlik yaradır.
Bundan başqa, ultra emal olunmuş qidalarda çox miqdarda əlavə edilmiş şəkər və fruktoza bağırsaq hərəkətliliyini poza bilər. Bu isə qarın ağrısı və qazın artması kimi problemlərə gətirib çıxara bilər.//E-saglam.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ürək üçün faydalı olan 6 dəniz məhsulu
Ürək sağlamlığından narahat olan şəxslər qida rasionuna bəzi dəniz məhsullarını əlavə edə bilərlər. Dəniz məhsulları omeqa-3 yağ turşuları ilə zəngindir. Lakin bəzi növlər ürək sağlamlığı baxımından digərlərindən daha faydalı hesab olunur. Qaynarinfo xəbər verir ki, "Verywell Health" kardioloql
14 sentyabrDemensiyadan qorunmağın YOLLARI
"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"
6 sentyabrQaçış və ya idman zalı deyil: Ürək və damar sağlamlığı üçün ən yaxşı praktika
Yaş artdıqca orqanizmə daha ehtiyatlı yanaşan fiziki fəaliyyət növünün seçilməsi daha aktual olur. Yaşlı insanlar üçün gəzinti və velotrenajor ənənəvi olaraq təhlükəsiz seçim hesab edilsə də, ürək-damar sistemi üçün daha çox fayda verə biləcək alternativ də var. Söhbət yoqadan gedir. Qaynarinfo xəbə
1 sentyabrC vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
Məşhur fikrin əksinə olaraq, C vitamini insanların əksəriyyətini soyuqdəymədən qorumur, ilk simptomlar zamanı onun yüksək dozada qəbulu isə ümumiyyətlə faydasızdır. xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb. C vitamininin populyarlığı böyük ölçüdə Nobel mükafatı laureat
1 sentyabrPeyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec
5 sentyabrÇörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?
Çörəyi rasiondan çıxarmaq çəki itkisinə səbəb ola bilər. Lakin karbohidrat ehtiyacını tamamilə azaltmaq düzgün deyil. Mütəxəssislər ağ çörək əvəzinə tam taxıllı, çovdarlı və ya mayalı çörəyə üstünlük verməyi tövsiyə edirlər. Qaynarinfo "Network Okulu"na istinadən xəbər verir ki, çörəkdən imtin
28 avqustXərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus
13 sentyabr