KİV: Tramp Yaxın Şərqdəki müharibəni tezliklə başa çatdırmaq niyyətində deyil

KİV: Tramp Yaxın Şərqdəki müharibəni tezliklə başa çatdırmaq niyyətində deyil"ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki silahlı münaqişəni tezliklə başa çatdırmaq niyyətində deyil. İrana qarşı əməliyyat hələ ən azı bir neçə həftə davam edə bilər".

Oxu.Az xəbər verir ki, bu barədə nüfuzlu "The Wall Street Journal" nəşri özəl mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ liderinin bəzi müşavirləri onu əməliyyatı başa çatdırmağa inandırmağa çalışır.

"Tramp İrana müttəfiq qüvvələrlə zərbələr endirməyə davam etmək niyyətindədir. Bu, prezidentin ABŞ Silahlı Qüvvələrinin qarşıya qoyulmuş vəzifələri demək olar ki, yerinə yetirməsinə dair rəsmi bəyanatlarına ziddir.

Pentaqon əməkdaşları hesab edir ki, döyüş əməliyyatları hələ ən azı bir neçə həftə davam edəcək. Hərbi əməliyyatın başlanması barədə qərar qəbul edərkən prezident ABŞ Silahlı Qüvvələrinin İran üzərində sürətli və qətiyyətli qələbə qazanmaq qabiliyyətinə əmin idi. Tramp 2025-ci ildə İranın nüvə obyektlərinə endirilən zərbələrdən, həmçinin Venesueladakı əməliyyatdan ilhamlanmışdı. Lakin İrana qarşı döyüş əməliyyatları ABŞ-yə həftəlik milyardlarla dollara başa gəlir. Proses uzunmüddətli və daha genişmiqyaslı regional münaqişəyə çevrilə bilər ki, bu da ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək", - deyə nəşri məlumatlandıran mənbə bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 342   Tarix: 14 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Budanov Varşavanın Zelenski ilə bağlı qərarına etiraz olaraq Polşanın dövlət mükafatından imtina edib

Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov Polşa Prezidenti Karol Navrotskinin tarixi mübahisə fonunda Ukrayna lideri Volodimir Zelenskini Polşanın ən ali ordenlərindən birindən məhrum etməsindən sonra Polşa dövlət mükafatından imtina etdiyini bildirib. "Report" xəbər verir ki, bu barəd

20 iyun
.

CENTCOM: "İran Hörmüz boğazına nəzarət etmir"

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, İran Hörmüz boğazına nəzarət etmir və bölgədə gəmiçilik fəaliyyəti normal qaydada davam edir. xəbər verir ki, bu barədə CENTCOM-un rəsmi nümayəndəsi, birinci dərəcəli kapitan Tim Hokins "Axios" portalının jurnalisti Bara

21 iyun
.

İsraildə Ebola təşvişi: Bir nəfər nəzarət altına alınıb

İsraildə Ebola virusuna yoluxmaqda şübhəli bilinən ilk xəstə aşkarlanıb. O, hazırda təcrid olunmuş şəraitdə müalicə alır. xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə müayinələr aparılır. Nəticələrin 48 saat ərzində məlu

21 iyun
.

Melonidən Trampa cavab: "Mənim populyarlığımın dərdi sizə qalmayıb"

İtaliyanın Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampın ona qarşı "davamlı və heç bir əsası olmayan hücumlarını" mənasız adlandırıb. xəbər verir ki, bu barədə o, "Instagram" hesabında paylaşım edib. Bundan əvvəl ABŞ lideri Donald Tramp "Truth Social" sosial şəbəkəsind

21 iyun
.

Argentinada gənc futbolçu meydanda oyun zamanı öldü

Argentinada futbol matçı gedişatında sinə nahiyəsindən top zərbəsi alan 14 yaşlı oyunçu həyatını itirib. xəbər verir ki, bu barədə "Need to know" nəşri məlumat dərc edib. Məlumata görə, bədbəxt hadisə iyunun 16-da baş verib. 14 yaşlı Benyamin Valentin Donofrio La-Banda şəhərinin "Klu

21 iyun
.

Təsadüfi klik həyatı dəyişdi: Rusiyada təqaüdçü qadın 5 milyon rubl qazandı

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan təqaüdçü qadın təsadüfən lotereya reklamına daxil olub və nəticədə 5 milyon rubl (təxminən 116 min manat) məbləğində pul mükafatı qazanıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Məlumata görə, qadın əvvəllər də müxtəlif lotereya oyunlarınd

21 iyun
.

Tramp: Güzgü gölü vandalizm aktlarından sonra yenidən təmir edilməli olacaq

Bu yaxınlarda bərpa edilmiş Vaşinqtondakı Güzgü gölü vandalların hərəkətləri səbəbindən yenidən təmir edilməli olacaq. "Report" xəbər verir ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "Bu gün podratçılarla görüşdük. Yəqin ki, lazımi təmir işlər

21 iyun
.

128 min dollarlıq polis robotu "işdən qovuldu" - 10 ayda bir nəfəri belə tuta bilməmişdi

ABŞ-nin Dublin şəhərində yerli polis xidməti fəaliyyətə başladıqdan bir ilə yaxın müddətdə "DubBot" adlı polis robotunu istismardan çıxarıb. Avtomatlaşdırılmış köməkçi 10 aylıq fəaliyyəti ərzində nə bir nəfəri saxlaya, nə də hər hansı cərimə tətbiq edə bilib. xəbər verir ki, bu barədə "Dail

21 iyun
.

Əraqçi Livanda atəşkəs əldə olunmasını ABŞ ilə danışıqların əsas şərti hesab edir

İranın xarici işlər naziri Abbas Əraqçi Livanla atəşkəsin əldə olunmasının ABŞ ilə danışıqlar üçün həlledici şərt olduğunu bəyan edib. "Report" xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid mənbəyə istinadən "X" sosial şəbəkəsində məlumat paylaşıb. Məlumat

21 iyun