Milyonlarla insanı gözləyən böyük təhlükə: 363 milyon nəfər aclıq həddindədir
Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramının (WFP) məlumatına görə, İranda baş verən münaqişə qlobal miqyasda ciddi ərzaq böhranına səbəb ola bilər və milyonlarla insanı aclıq təhlükəsi ilə üz-üzə qoyur.
Qaynarinfo xəbər verir ki, məlumata əsasən, münaqişə ilin ortalarına qədər davam edər və neftin qiyməti bir barel üçün 100 dollardan yuxarı qalarsa, cəmi üç ay ərzində əlavə 45 milyon insan "kəskin aclıq" riski ilə qarşılaşacaq. Bu ssenari reallaşarsa, dünyada ərzaq təhlükəsizliyindən məhrum insanların sayı 363 milyona çataraq rekord səviyyəyə yüksələcək.
Qeyd olunur ki, 2022-ci ildə Ukrayna müharibəsi zamanı bu göstərici 349 milyon nəfər olmuşdu. Lakin hazırkı gərginlik daha ağır nəticələr doğura bilər. WFP-nin icraçı direktor müavini Karl Skau bildirib ki, münaqişənin davam etməsi qlobal miqyasda "şok dalğası" yaradacaq. Onun sözlərinə görə, artıq növbəti yeməyini belə planlaşdıra bilməyən ailələr bu böhrandan ən çox zərər görəcək.
Martın 2-dən etibarən Hörmüz boğazında dəniz nəqliyyatı demək olar ki, dayanıb. Bu isə təkcə neft və qaz deyil, həm də kənd təsərrüfatı üçün vacib olan gübrə tədarükünə ciddi zərbə vurub. Dünyada gübrə istehsalının təxminən dörddə biri bu marşrutdan keçir.
Xüsusilə Saharaaltı Afrika ölkələri üçün bu vəziyyət əkin sahələrinin boş qalması riski yaradır. Enerji və ərzaq qiymətlərinin artması isə idxaldan asılı olan Asiya və Afrika ölkələrinə təzyiqi daha da gücləndirir.
WFP-nin hesablamalarına görə, gündəlik minimum 2100 kalori qəbul edə bilməyən insanların sayı sürətlə artır. Analizlər göstərir ki, neft qiymətlərinin yüksəlməsi ərzaq qiymətlərinə təsir edərək ən böyük zərbəni Asiyaya vuracaq.
Proqnozlara əsasən, bu regionda əlavə 9,1 milyon insan aclıq həddinin altına düşə bilər ki, bu da 24 faiz artım deməkdir.
Eyni zamanda Şərqi və Cənubi Afrikada 17,7 milyon, Mərkəzi Afrikada isə 10,4 milyon insanın ərzaq təhlükəsizliyi risk altındadır.
Karl Skau mövcud vəziyyəti "dəhşətli ehtimal" kimi qiymətləndirərək bildirib ki, bəşəriyyət bu fəlakətin qarşısını almaq üçün zamanla yarışır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 420 Tarix: 21 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Si Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək
Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq
21 sentyabrSərxoş qadın ərini oxlovla döyüb öldürdü
Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü
20 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabrİran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində
20 sentyabrTramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı
ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd
20 sentyabr