Çindən Aİ-yə avtomobil idxalı ilk dəfə ixracı üstələyib
2025-ci ildə Çindən Avropa İttifaqına (Aİ) avtomobil və ehtiyat hissələrinin idxalının həcmi ilk dəfə olaraq Aİ-dən Çinə eyni məhsulların ixracını üstələyib.
Oxu.Az xəbər verir ki, bu barədə DPA agentliyi "EY konsaltinq" şirkətinin hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, bu vəziyyət Avropadan Çinə avtomobil və ehtiyat hissələrinin ixracının ötən il 34% azalaraq 16 milyard avroya düşməsi, eyni zamanda Çindən idxalın isə 8% artaraq 22 milyard avroya çatması ilə əlaqədardır.
Hesabat müəllifləri bildirirlər ki, 2022-ci ildən bəri Avropanın Çinə avtomobil ixracı iki dəfədən çox azalıb. Ümumi mənzərədə yalnız Almaniya fərqlənir: alman avtomobillərinin Çinə ixracı hələ də idxalı üstələyir.
Lakin bu fərqin sürətlə azaldığı qeyd olunur. Belə ki, 2022-ci ildə Almaniya Çinə 30 milyard avro dəyərində avtomobil və ehtiyat hissələri ixrac etdiyi halda, 2025-ci ildə bu göstərici 13,6 milyard avroya düşüb. Eyni dövrdə Çindən idxal 7,4 milyard avroya çatıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 531 Tarix: 21 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək
Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund
21 noyabrABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl
20 noyabrRusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı
Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"
20 noyabrGTA VI satışa çıxarıldığı ilk gündə nə qədər gəlir əldə edib?
"Grand Theft Auto VI" (GTA VI) satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Take-Two Interactive" məlumat yayıb. Bildirilir ki, "Grand Theft Auto VI"nın ilk gündəki pərakəndə satışları bütün formatla
21 noyabrUitkoff və Kuşner Çindən Berlinə gedəcək
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi
19 noyabr