İtaliya dağlarında cəmi 1 avroya ev - Bu necə mümkündür?

İtaliya dağlarında cəmi 1 avroya ev - Bu necə mümkündür?Liquriya regionu təkcə dənizi ilə deyil, həm də gözəl dağ kəndləri ilə tanınır. Şimali İtaliyanın bu bölgəsi indi "1 avroya ev" layihəsi çərçivəsində iki yaşayış məntəqəsini - Pinyone və Triora kəndlərini satışa çıxarıb. Hər iki kənd zəngin tarixi keçmişi ilə seçilir.

Qaynarinfo NLC portalına istinadən xəbər verir ki, region artıq turizm baxımından yüklənmiş sahillərə deyil, daha sakit daxili ərazilərə - meşələrə, orta əsr yollarına və tərk edilmiş daş evlərə diqqət çəkməyə çalışır.

Pinyone - kənd təsərrüfatı ilə yaşayan sakit məkan

Pinyone Cinque Terre yaxınlığında yerləşən kiçik kənddir. Burada hələ də ənənəvi Liquriya atmosferi qorunub saxlanılıb. Kənd dar yaşıl vadidə yerləşir, ətrafında tarlalar, şabalıd meşələri və daş evlər var.

Kiçik tarixi mərkəz və dar küçələr orta əsr şəhər planını xatırladır. Köhnə evlər Vara çayı boyunca yerləşir və məhz bu binalar bələdiyyə tərəfindən bərpa üçün satışa çıxarılır.

Layihənin məqsədi kəndlərin tədricən boşalmasının qarşısını almaqdır. Bələdiyyə ümid edir ki, bu simvolik qiymət qarşılığında evləri alan insanlar onları bərpa edəcək və burada daimi yaşayaraq icmaya inteqrasiya olunacaqlar.

Triora - "cadugərlər şəhəri"

Triora təkcə gözəl mənzərəsi ilə deyil, həm də "cadugər məhkəmələri" ilə məşhurdur. 1587-1589-cu illərdə burada Şimali İtaliyanın ən sərt cadugər proseslərindən biri baş verib.

Şəhər qaranlıq daş küçələri, dar keçidləri və orta əsr memarlığı ilə sanki mistik bir atmosfer yaradır. 16-cı əsrdə məhsul qıtlığı zamanı yerli sakinlər bəzi qadınları cadugərlikdə ittiham etmiş və ağır cəzalar verilmişdi.

Bu gün həmin dövrlə bağlı yerlərdən biri - La Kabotina hələ də ziyarət oluna bilər.

1 avroluq evlər necə mümkündür?

Bu kəndlərdə evləri almaq mümkündür, lakin onlar ciddi təmir tələb edir. Dövlət bu proqramla tərk edilmiş evləri bərpa etmək, kəndləri canlandırmaq və yeni sakinləri cəlb etmək istəyir.

Alıcılar evləri bərpa etməyi öhdəsinə götürməli və müəyyən müddət ərzində yaşayış üçün yararlı hala gətirməlidirlər. Bunun qarşılığında isə çox aşağı qiymətə İtaliyanın tarixi bölgəsində yaşamaq imkanı əldə edirlər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1778   Tarix: 31 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polşa Baş naziri: Hava məkanının pozulmasından sonra hazırda heç bir təhlükə yoxdur

Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanında hazırda heç bir təhlükənin olmadığını bildirib. APA xəbər verir ki, Tusk bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. O qeyd edib ki, müdafiə və daxili işlər nazirləri Bilqoray bölgəsində təhlükəsizlik vəziyyəti ilə bağlı ona məruz

20 noyabr
.

Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq

Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya istiqamətində alternativ logistika marşrutlarına və emal güclərinə olan tələbatı fəal şəkildə artırır, lakin Orta Dəhlizin tam işə salınması üçün 18,5 milyard avro məbləğində kapital qoyuluşu tələb olunacaq. Bu barədə "Report" "UkrAgroConsult" analiti

21 noyabr
.

İtaliya hibrid təhdidlərə qarşı mübarizəyə 7 milyard avrodan çox vəsait ayıracaq

İtaliya yaxın illərdə hibrid təhdidlərə qarşı mübarizəyə 6 milyard avrodan çox vəsait yatırmağı planlaşdırır. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Gvido Krozetto Deputatlar Palatasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2026-2028-ci illər üçün bu məqsədlə təxminən 2 milyard avr

19 noyabr
.

UKMTO: Oman sahillərində daha bir tanker vurulub

Hörmüz boğazında sutka ərzində ikinci tanker atəşə tutulub. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omanın Əl-Həsəb şəhərindən 17 dəniz mili şərqdə baş vermiş insiden

21 noyabr
.

Si Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb

Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi

19 noyabr
.

ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: Birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur

ABŞ və Venesuela uzun müddət davam edən gərginlikdən sonra hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib. Yeni razılaşma çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərd

19 noyabr
.

İndoneziyada Semeru vulkanı iki dəfə püskürüb

İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı iki dəfə püskürüb. xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin bəyanatında bildirilib. Kül vulkanın zirvəsindən 700 m, dəniz səviyyəsindən isə 4 376 m hündürlüyə çatıb. Qurum ətra

19 noyabr
.

Tramp Rubio və Vensin yanında aparat rəhbərinə prezident olmağı təklif etdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri dünyanın ən güclü adamı adlandıraraq, zarafatla ondan prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu bəyanatla Ağ Evdəki brifinq zamanı çıxış edib. "Hazırda b

21 noyabr
.

Almaniyadan deportasiya edilən Ermənistan vətəndaşlarını gətirən yeddinci reys İrəvana çatıb

Almaniyadan deportasiya edilmiş Ermənistan vətəndaşlarını gətirən yeni reys İrəvana çatıb. xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bu, cari ilin əvvəlindən Almaniyadan həyata keçirilən yeddinci belə reysdir. Deportasiya edilmiş Ermənistan vətəndaşlarının sayı barədə məlumat yoxdur

20 noyabr