Azərbaycanda yeni Mərkəz yaradılır - Fərman
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılır.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılır.
Müəyyən edilib ki, Mərkəz meşəçilik sahəsində təlimlərin təşkili və keçirilməsi, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə edilməsi, toxum nümunələrinin qorunub saxlanılması, habelə meşə bitkiləri tinglərinin yetişdirilməsi ilə məşğul olan büdcə təşkilatıdır.
Nazirlər Kabineti iki ay müddətində "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndi nəzərə alınmaqla, Mərkəzin işçilərinin say həddini və vəzifə maaşlarını təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməli, Mərkəzin maddi-texniki təminatı ilə bağlı tədbirlər görülməsini təmin etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mərkəzin nizamnaməsini və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla strukturunu iki ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Maliyyə Nazirliyi Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsini dövlət büdcəsinin vəsaiti hesabına təmin etməlidir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 43 Tarix: 25 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək"
"Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi bu regionu beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq baxımından mühüm strateji əhəmiyyətə malik məkana çevirmişdir". "Qafqazinfo" xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Beynəlxalq Qafqaz Konqresinin iştirakçıların
24 noyabrKəlbəcər rayonunun işğaldan azad olunması
2020-ci il noyabrın 25-də Kəlbəcərin 27 illik işğalına son qoyuldu. Kəlbəcər Azərbaycanın gözəl məkanlarından biridir. Kəlbəcər toponiminin özü də elə onun türklərə məxsusluğunun sübutudur. Heç bir işğal bu həqiqəti dəyişdirə bilməz. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur və 1930-cu il 8 avqustd
23 noyabrKəlbəcərdə həyat yenidən başlayır
Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayon
23 noyabrKəlbəcərin döyüşsüz azad edilməsi şanlı Qələbəmizin nəticəsidir
"Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində Qarabağ savaşı uğurla başa çatdı. 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələr
23 noyabrRamiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin barələrindəki cinayət işi üzrə qapalı məhkəmə prosesi davam etdirilib. "Teleqraf"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrlik etdiyi iclasda Prezident Administrasiyasını
24 noyabrPrezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Kestutis Budris Litva Prezidenti Gitanas Nausedanın salamlarını dövləti başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun d
25 noyabrİlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2009-c
23 noyabr