"İl sonu Belqradda keçiriləcək görüş Azərbaycan-Serbiya münasibətlərinin daha da möhkəmlənməsi üçün mühüm addım olacaq" - ŞƏRH
Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundunun ilin sonunda Belqradda keçiriləcəyi gözlənilir.
Bunu "Report"un Balkan bürosuna müsahibəsində Serbiya Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç deyib.
O xatırladıb ki, bu ilin fevralında ikinci dövlət katibi Nevena Yovanoviç Bakıda çoxtərəfli məsləhətləşmələrdə iştirak edib:
"Düşünürəm ki, ən sıx siyasi məsləhətləşmə məhz bizim nazirliklərimiz arasında aparılır. Nazir Marko Curiç vəzifəyə gəldikdən və mən nazirlikdə dövlət katibi olaraq fəaliyyətə başladıqdan sonra ölkələrimiz arasında hər il siyasi məsləhətləşmələr keçirilib. 2024-cü ildə Azərbaycan nümayəndə heyəti Belqradda, keçən il isə mən Bakıda olmuşam".
O vurğulayıb ki, siyasi məsləhətləşmələr mexanizmi iki ölkə arasında əməkdaşlıq çərçivəsində baş verən bütün proseslərin ümumi icmalını dəyərləndirmək üçün yaxşı vasitədir.
"Nazirliklərimiz arasında yüksək səviyyədə qarşılıqlı anlayış mövcuddur. Bildiyiniz kimi, biz ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birimizi qətiyyətlə dəstəkləyirik. Bunlar hər iki ölkə üçün çox mühüm prinsiplərdir. Bu səviyyədə anlaşma yalnız ölkələrimiz arasındakı tərəfdaşlıq kimi deyil, həm də bir-birini çox yaxşı tanıyan şəxslərin dostcasına görüşləri kimi dəyərləndirilir. Yəni belə məsləhətləşmələr ən yaxın dostlarla görüşmək kimidir", - o deyib.
"Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələrin müntəzəm xarakter alması, iki ölkənin diplomatik münasibətlərini sadəcə formal protokoldan çıxarıb strateji tərəfdaşlıq müstəvisinə yüksəldir" , - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Belə görüşlərin hər il keçirilməsi, tərəflərin bir-birinə verdiyi önəmin göstəricisidir. Bu, həm regional, həm də beynəlxalq səviyyədə mövqelərin koordinasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Ərazi bütövlüyü və suverenlik məsələlərində qarşılıqlı dəstək, Azərbaycan və Serbiyanın beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirir. Bu prinsipial mövqelər, onların bir-birinə etibarlı tərəfdaş kimi yanaşdıqlarını sübut edir.
Siyasi məsləhətləşmələr mexanizmi, yalnız gündəlik əməkdaşlıq məsələlərinin müzakirəsi üçün deyil, həm də gələcək strateji xəttin müəyyənləşdirilməsi baxımından vacib platformadır. Nazirliklər arasında formalaşan dostcasına münasibət, diplomatik əlaqələrin daha çevik və səmərəli olmasına şərait yaradır. Bu, klassik diplomatiyadan fərqli olaraq, şəxsi etimad və qarşılıqlı hörmət üzərində qurulan bir modeldir. Belə bir mühitdə müzakirələr daha açıq, daha səmimi və nəticə yönümlü olur.
Azərbaycan və Serbiya arasında bu formatda aparılan dialoqlar, həm ikitərəfli münasibətlərin dərinləşməsinə, həm də çoxtərəfli əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir. Xüsusilə enerji, nəqliyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq perspektivləri bu məsləhətləşmələrdə gündəmə gətirilə bilər. Bununla yanaşı, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsi, onların qlobal siyasətdə mövqelərinin güclənməsinə səbəb olur.
İlin sonunda Belqradda keçiriləcək növbəti raund, Azərbaycan-Serbiya münasibətlərinin daha da möhkəmlənməsi üçün mühüm addım olacaq. Bu görüş, həm yeni əməkdaşlıq sahələrinin açılmasına, həm də mövcud tərəfdaşlığın strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinə imkan verəcək. Beləliklə, iki ölkə arasında siyasi məsləhətləşmələr, dostluq və tərəfdaşlıq münasibətlərini daha da gücləndirən, gələcəkdə daha geniş miqyaslı əməkdaşlığa yol açan əsas mexanizm kimi çıxış edir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi