Gülüş ömrü necə uzadır? - Həkimin izahı

Gülüş ömrü necə uzadır? - Həkimin izahıUzunmüddətli şənlik və gülüşün orqanizm üçün həqiqətən faydalı olduğu bildirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə gazeta.ru-ya Rusiya Sığorta Evi VSK-nın Rəqəmsal Klinikasının terapevti Marianna Mazra məlumat verib.

Həkim qeyd edib ki, elmi baxımdan gülüş mürəkkəb neyrofizioloji reaksiyadır və bu zaman əsas stress hormonu olan kortizolun səviyyəsi orta hesabla 30-37% azalır. Eyni zamanda gülüş zamanı dopamin və endorfinlərin - "xoşbəxtlik hormonları" kimi tanınan neyromediator sistemlərinin fəaliyyəti aktivləşir. Bu proses əhvalın yaxşılaşması, narahatlığın azalması və rahatlıq hissi ilə müşayiət olunur.

Mazranın sözlərinə görə, gülüşün birbaşa "müalicəvi" təsiri olmasa da, immun sisteminə dolayı təsiri elmi araşdırmalarla qismən təsdiqlənib. Tədqiqatlar göstərir ki, gülüş epizodları anadangəlmə immunitet komponentlərinin aktivliyini artıra və iltihab göstəricilərini azalda bilər.

"Bu, klinik baxımdan o deməkdir ki, şənlik stress yükünü azaltdığı üçün xəstəliklərin daha yüngül keçməsinə kömək edə bilər. Stress isə sağalma prosesinin ləngiməsi ilə əlaqəlidir. Buna görə də ORVI zamanı memlərə baxmaq da bir növ terapiyadır", deyə həkim bildirib.

Gülüşün daha bir müsbət təsiri ağrının azalmasıdır. Bu, endorfinlərin - endogen opioidlərin artması ilə əlaqələndirilir. Araşdırmalardan birində göstərilib ki, komediya məzmununa baxdıqdan sonra iştirakçıların ağrı həddi orta hesabla 10-15% yüksəlib.

Digər klinik tədqiqatlarda isə xroniki ağrısı olan pasiyentlərdə "gülüş terapiyası" tətbiq edildikdən sonra ağrı intensivliyinin 10 ballıq şkalada təxminən 1-2 bal azaldığı, həmçinin həyat keyfiyyətinin yaxşılaşdığı müşahidə olunub. Effekt qısa müddətli olsa da, o, ağrıkəsici müalicəni əvəz etmir, lakin əlavə qeyri-dərman üsulu kimi istifadə edilə bilər.

Ümumilikdə şənlik xroniki stressin azalması vasitəsilə ürək-damar xəstəlikləri, metabolik pozuntular və narahatlıq-depressiv hallar riskinə müsbət təsir göstərə bilər. Eyni zamanda stressə davamlılıq və neyroendokrin tənzimlənmə üzərində də dolayı təsirlər qeydə alınıb.

"Gülüş orqanizm üçün əlavə resursdur. O, sağlamlığı dəstəkləməyin sadə və əlçatan yoludur. Hərçənd ki, o, əsas müalicəni əvəz etmir və klinik tövsiyələrə daxil deyil, amma stressin azalması və özünü daha yaxşı hiss etmək baxımından elmi əsaslara malikdir. Buna görə bəzən özünə ‘gülüş terapiyası’ təyin etmək pis fikir deyil", deyə Marianna Mazra qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 779   Tarix: 01 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri

7 oktyabr
.

İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş

Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın

12 oktyabr
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

5 oktyabr
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25 oktyabr
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17 oktyabr
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24 oktyabr
.

Bədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama

"İnsan bədəni heç bir fəaliyyət göstərmədikdə belə, ümumi enerjinin 40%-ə qədərini xərcləyir. Bu enerji hüceyrələri reaksiyaya daim hazır vəziyyətdə saxlamaq üçün istifadə olunur. İstər fiziki hərəkət, istər düşüncə, istərsə də xatirələr olsun - ani reaksiyanın mümkünlüyü hazırlıq prosesinin bi

4 oktyabr