"Gender bərabərliyi sahəsində Azərbaycan kifayət qədər nümunəvi addımlar atmış ölkədir" - DEPUTAT

"Gender bərabərliyi sahəsində Azərbaycan kifayət qədər nümunəvi addımlar atmış ölkədir" - DEPUTAT"Azərbaycan müstəqillik qazandıqdan sonra gender bərabərliyinin təmin olunması istiqamətində çox mühüm işlər görülmüş, əhəmiyyətli uğurlar əldə edilmişdir. Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasət, yaradılan institutsional mexanizmlər, qanunvericilik bazası hətta inkişaf etmiş dövlətlərlə eyni səviyyədədir. Azərbaycan Respublikası Konstitusiyasında qadınlarla kişilər arasında bərabərlik prinsipi təsbit edilib və ayrı-seçkiliyin yolverilməzliyi bəyan edilməklə yanaşı, bərabərlik hüququnun pozulması Cinayət Məcəlləsində cinayət əməli kimi müəyyən edilib".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.

O, açıqlamasında qeyd edib ki, hazırda da gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi ölkə siyasətinin mühüm prioritetlərini təşkil edir:

"Bu, bütün sahə və istiqamətləri əhatə edir. Qadınların iştirakçılığının artırılması üçün imkanların genişləndirilməsi, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi məqsədilə mühüm işlər görülmüşdür.

Ölkə rəhbəri tərəfindən müxtəlif illərdə qadın məşğulluğunun artırılması, onlar arasında sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, kənd yerlərində qadınların peşə hazırlığının gücləndirilməsi, startapların genişləndirilməsi, uşaq bağçalarının sayının artırılması üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan proqramlar qəbul edilib.

Azərbaycan qadınları kişilərlə bərabər çalışıb və ölkədə qadınlara münasibət həmişə yüksək səviyyədə olub. Bu gün qadınlar ictimai-siyasi həyatda aktiv iştirak edir, onların təhsil və qərar qəbuletmə sistemində iştirakı artır. Bu, göstərir ki, gender bərabərliyi sahəsində Azərbaycan kifayət qədər nümunəvi addımlar atmış ölkədir. Azərbaycan, həmçinin, qadın hüquqlarını tanıyan ilk müsəlman Şərq ölkələrindən biridir".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusuna uyğun olaraq dərc edilir.
"Gender bərabərliyi sahəsində Azərbaycan kifayət qədər nümunəvi addımlar atmış ölkədir" - DEPUTAT


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 736   Tarix: 03 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın güc amilləri, strateji seçimləri və gələcəyin çağırışları

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. Bu tarix Azərbaycanın müasir siyasi tarixinin mühüm mərhələsini təhlil etmək, dövlətin inkişaf istiqamətlərini, geosiyasi mövqeyində baş verən dəyişiklikləri və qarşıdakı dövrün əsas çağırışların

14 oktyabr
.

Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlətimizin başçısı deyi

13 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

14 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir. 11:32. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokrati

13 oktyabr
.

Prezident: "Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

"Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

14 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Azərbaycanın ixrac imkanlarını genişləndirə biləcək əlaqələr

Azərbaycanla Kamboca arasında iqtisadi əməkdaşlıq hələ geniş miqyas almasa da, bu sahədə potensial imkanlar mövcuddur. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 20 faizdən çox artaraq 12,7 milyon dollar təşkil edib. Bununla belə, əməkdaşlığın genişləndirilməsi üçü

13 oktyabr