Sevgini illərlə necə yaşatmaq olar? - Xoşbəxt cütlüklərin 3 "gizli" vərdişi

Sevgini illərlə necə yaşatmaq olar? - Xoşbəxt cütlüklərin 3 "gizli" vərdişiAmerikalı psixoloq Mark Trevers uzunmüddətli münasibətlərdə xoşbəxtliyi müəyyən edən üç vərdişi açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, o, "Forbes" üçün yazdığı məqalədə uzunmüddətli araşdırmalara istinad edərək bildirib ki, bəzi cütlüklər xoşbəxtliyi demək olar ki, hiss olunmadan, gündəlik kiçik davranışlarla qoruyur və bu davranışlar adətən vərdiş kimi qəbul edilmir.

Onun sözlərinə görə, bu vərdişlər nə ünsiyyət tərzi, nə konfliktlərin həlli, nə də "sevgi dilləri" ilə birbaşa bağlıdır - daha qeyri-adi xarakter daşıyır.

Psixoloqun qeyd etdiyi 3 vərdiş:

1. Partnyoru şəxsi məqsədlərdə müttəfiq kimi görmək

2024-cü ildə "Personal Relationships" jurnalında dərc olunan araşdırmaya görə, münasibət keyfiyyətini ən güclü proqnozlaşdıran amillərdən biri partnyoru şəxsi məqsədlərdə aktiv dəstəkçi kimi qəbul etməkdir. Bu, təkcə ev işləri və ya maliyyə məsələləri ilə bağlı deyil. Söhbət karyera planları, şəxsi yaradıcılıq layihələri və fərdi inkişafdan gedir. Xoşbəxt cütlüklər bu dəstəyi daha aydın görür və onu daha səxavətlə qəbul edirlər.

2. Minnətdarlığı yalnız hiss deyil, siqnal kimi qəbul etmək

"Frontiers in Psychology" jurnalında 2024-cü ildə yayımlanan araşdırma göstərib ki, minnətdarlıq ortaq çətinliklərin öhdəsindən gəlmə ilə uzunmüddətli məmnunluq arasında körpü rolunu oynayır. Çətinlikləri birlikdə aşmaq münasibəti yalnız o halda gücləndirir ki, bu proses minnətdarlıq hissi yaratsın. Xoşbəxt cütlüklər minnətdarlıq mühiti formalaşdırır və hətta səssiz dəstək belə dəyər kimi qəbul olunur. Belə münasibətlərdə minnətdarlıq "sözsüz valyuta"ya çevrilir.

3. Öz şəxsiyyətini dəyərləndirmək

Ən maraqlı nəticələrdən biri budur ki, insanın öz şəxsiyyəti münasibətlərin xoşbəxtliyini partnyorun şəxsiyyətindən daha güclü şəkildə müəyyən edir. 9 illik tədqiqat "Personality and Individual Differences" jurnalında göstərib ki, nevrotiklik səviyyəsi münasibətlərin nəticəsinə ən böyük təsir edən amildir. Partnyorun xüsusiyyətləri isə subyektiv xoşbəxtliyə demək olar ki, təsir etmir. Bu, insanın emosional sabitliyinin münasibətləri necə qavradığını göstərir.

Psixoloq Mark Trevers qeyd edib: "Bu vərdişlərin mövcudluğu hər iki tərəfin münasibətdən məmnunluq səviyyəsinə birbaşa təsir göstərir".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 802   Tarix: 09 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polşa Baş naziri: Hava məkanının pozulmasından sonra hazırda heç bir təhlükə yoxdur

Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanında hazırda heç bir təhlükənin olmadığını bildirib. APA xəbər verir ki, Tusk bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. O qeyd edib ki, müdafiə və daxili işlər nazirləri Bilqoray bölgəsində təhlükəsizlik vəziyyəti ilə bağlı ona məruz

20 noyabr
.

Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq

Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya istiqamətində alternativ logistika marşrutlarına və emal güclərinə olan tələbatı fəal şəkildə artırır, lakin Orta Dəhlizin tam işə salınması üçün 18,5 milyard avro məbləğində kapital qoyuluşu tələb olunacaq. Bu barədə "Report" "UkrAgroConsult" analiti

21 noyabr
.

İtaliya hibrid təhdidlərə qarşı mübarizəyə 7 milyard avrodan çox vəsait ayıracaq

İtaliya yaxın illərdə hibrid təhdidlərə qarşı mübarizəyə 6 milyard avrodan çox vəsait yatırmağı planlaşdırır. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Gvido Krozetto Deputatlar Palatasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2026-2028-ci illər üçün bu məqsədlə təxminən 2 milyard avr

19 noyabr
.

UKMTO: Oman sahillərində daha bir tanker vurulub

Hörmüz boğazında sutka ərzində ikinci tanker atəşə tutulub. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omanın Əl-Həsəb şəhərindən 17 dəniz mili şərqdə baş vermiş insiden

21 noyabr
.

Si Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb

Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi

19 noyabr
.

ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: Birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur

ABŞ və Venesuela uzun müddət davam edən gərginlikdən sonra hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib. Yeni razılaşma çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərd

19 noyabr
.

İndoneziyada Semeru vulkanı iki dəfə püskürüb

İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı iki dəfə püskürüb. xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin bəyanatında bildirilib. Kül vulkanın zirvəsindən 700 m, dəniz səviyyəsindən isə 4 376 m hündürlüyə çatıb. Qurum ətra

19 noyabr
.

Tramp Rubio və Vensin yanında aparat rəhbərinə prezident olmağı təklif etdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri dünyanın ən güclü adamı adlandıraraq, zarafatla ondan prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu bəyanatla Ağ Evdəki brifinq zamanı çıxış edib. "Hazırda b

21 noyabr
.

Almaniyadan deportasiya edilən Ermənistan vətəndaşlarını gətirən yeddinci reys İrəvana çatıb

Almaniyadan deportasiya edilmiş Ermənistan vətəndaşlarını gətirən yeni reys İrəvana çatıb. xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bu, cari ilin əvvəlindən Almaniyadan həyata keçirilən yeddinci belə reysdir. Deportasiya edilmiş Ermənistan vətəndaşlarının sayı barədə məlumat yoxdur

20 noyabr