Əsrlərlə gizli qalan şah əsər: "Məryəm Maqdalena"nın əsl müəllifi kimdir?
Böyük Britaniyada məşhur İntibah dövrü rəssamı Rafael Santinin fırçasına aid olduğu ehtimal edilən "Məryəm Maqdalena" tablosu aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "rg.ru" saytı məlumat yayıb.
Uzun illər boyu Florensiyadakı Palatina Qalereyasında saxlanılan və Pietro Perucinoya aid edilən eyniadlı əsərin müəllifliyi artıq sual altındadır. İngiltərədə tapılan tablo yanlış müəllif göstərilməsi və sonradan edilən texniki müdaxilələr səbəbindən əsrlərlə diqqətdən kənarda qalıb.
"Open Science" platformasında yayımlanan araşdırmalar nəticəsində məlum olub ki, əsərin alt qatında orijinal taxta əsas gizlənib. Mütəxəssislər müəllifi müəyyənləşdirmək üçün kimyəvi-fiziki analizlər və arxiv sənədlərini paralel şəkildə araşdırıblar. Məlum olub ki, Urbino hersoqlarının arxivlərində II Françesko Mariya della Roverenin ölümündən sonra itmiş "Məryəm Maqdalena" əsəri barədə qeydlər mövcuddur.
İnfraqırmızı analizlər İngiltərədəki tabloda ilkin eskiz dəyişikliklərinin (rəssamın iş prosesində etdiyi düzəlişlər) olduğunu göstərib. Florensiyada saxlanılan versiyada isə belə izlərə rast gəlinmir ki, bu da onun sadəcə nüsxə ola biləcəyi ehtimalını artırır. Bundan əlavə:
Boya qatları: Britaniya versiyasında boya qatları daha incə və zərifdir.
Fırça izləri: Florensiya nümunəsində fırça izləri daha sərtdir.
Kompozisiya: İngiltərə versiyasında geyim örtüyü qol xəttini təbii izləyir, Florensiya rəsmi isə daha qeyri-dəqiq işlənib.
Həmçinin tablodakı "S. Maria Madalena" yazısının klassik latın dilində deyil, o dövrün danışıq dilində olması əsərin daha sonrakı dövrdə yaradıldığı (nüsxə olduğu) ehtimalını gücləndirir.
Alimlərin gəldiyi nəticələr rəsmən təsdiqlənərsə, bu kəşf Rafael Santinin sənət irsinin yenidən qiymətləndirilməsinə və dünya muzeylərindəki bəzi eksponatların müəllifliyinə yenidən baxılmasına səbəb olacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Kiberdələduzluqda bir başqa yol...
Xarici vətəndaşlıq hərbi xidmətdən azad etmir - VACİB AÇIQLAMA
Vətəndaşlara aşağı faizli kredit imkanı: Hansı şərtlər tələb olunur?
Elton qızına toy edir
Kupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Sənət adamlarından Könül Xasıyevanı pubda oxumasına reaksiya: "Mənim yaşıma uyğun deyil"
Nikahdan əvvəl alınan ev boşanma zamanı bölünə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"
Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?
Vəkil Orxan Kəngərli həbs edildi
Yaşıl çay alarkən bunlara diqqət edin - Keyfiyyətsiz məhsulu necə tanımaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Özünüməşğulluq avadanlığını satan vətəndaşları hansı məsuliyyət gözləyir? - VƏKİLDƏN AÇIQLAMA
Avropa ölkələri Ukraynada mümkün sülhməramlı missiyaya hazırlaşır
Rusiya Ukraynaya hücumlarını gücləndirdi - Xarici səfirliklər də zərər gördü