Prezident Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO - VİDEO

Prezident Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO - VİDEOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Qəbula görə minnətdarlığını bildirən Abdinur Dahir Fidou Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Hasan Şeyx Mahmuda çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı ötən il ölkələrimiz arasında dostluq münasibətlərində yeni səhifə açmış Somali prezidentinin Azərbaycana rəsmi səfərini xatırladaraq, həmin səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını, əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra sənədlərin imzalandığını vurğulayıb.

Azərbaycan Prezidenti ölkələrimiz arasında yaxşı siyasi münasibətlərin olduğunu deyərək, iqtisadi əməkdaşlığı genişləndirməyin önəminə toxunub.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Somalinin Azərbaycanda səfiri təyin olunmasından məmnunluğunu bildirən Abdinur Dahir Fidou ölkələrimiz arasında münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Söhbət zamanı ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib, son dövrlərdə təmasların intensivləşdiyi və qarşılıqlı səfərlərin sayının artdığı vurğulanıb.

Görüşdə iqtisadiyyat, ticarət və digər sahələrdə əlaqələri genişləndirmək üçün yaxşı potensialın olduğu bildirilib.

Somali prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış sənədə əsasən, bu ölkədə "ASAN xidmət" təcrübəsinin tətbiqi ilə bağlı işlərin davam etdirildiyi vurğulanıb.

Elm və təhsil sahələrində əməkdaşlığa toxunulub, hələ sovet dövründə Somalidən çoxsaylı tələbənin ölkəmizdə təhsil aldığı və bu ənənənin hazırda da davam etdiyi qeyd olunub. Bu xüsusda Somalidən olan tələbələrin Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil aldıqları bildirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

12:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib.

Sonxeber.az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
Prezident Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO - VİDEOPrezident Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO - VİDEOPrezident Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO - VİDEOPrezident Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO - VİDEOPrezident Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO - VİDEOPrezident Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO - VİDEO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 545   Tarix: 14 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kəlbəcər rayonunun işğaldan azad olunması

2020-ci il noyabrın 25-də Kəlbəcərin 27 illik işğalına son qoyuldu. Kəlbəcər Azərbaycanın gözəl məkanlarından biridir. Kəlbəcər toponiminin özü də elə onun türklərə məxsusluğunun sübutudur. Heç bir işğal bu həqiqəti dəyişdirə bilməz. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur və 1930-cu il 8 avqustd

23 noyabr
.

İlham Əliyev Trampa təşəkkür etdi

Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə ABŞ lideri Donald Trampa təşəkkür edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə İlham Əliyevin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Hörmətli Prezident Donald Tramp, Beynəlxal

23 noyabr
.

Kəlbəcərin döyüşsüz azad edilməsi şanlı Qələbəmizin nəticəsidir

"Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində Qarabağ savaşı uğurla başa çatdı. 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələr

23 noyabr
.

İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Zati-aliləri general Jozef Auna təbrik məktubu göndərib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Livan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətil

22 noyabr
.

Azərbaycanda yeni Mərkəz yaradılır - Fərman

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılır. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində büdc

25 noyabr
.

Prezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Kestutis Budris Litva Prezidenti Gitanas Nausedanın salamlarını dövləti başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun d

25 noyabr
.

"Hazırda Avropada müşahidə olunan proses daha çox yeni təhlükəsizlik balansının axtarışıdır" - BƏHRUZ QULİYEV

"Avropa ölkələrinin liderləri arasında Vladimir Putinlə birbaşa dialoqun bərpası məsələsinin yenidən gündəmə gəlməsi, əslində, Avropanın təhlükəsizlik və xarici siyasət strategiyasında yeni mərhələnin başlandığını göstərir. Mən bunu Rusiyaya qarşı yürüdülən siyasətdən geri çəkilmə kimi deyil, mövcu

26 noyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməs

23 noyabr
.

Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışından paylaşım edib. Görüntüləri buradan izləyə bilərsiniz

22 noyabr