"Belçika və Niderland parlamentlərinin qəbul etdiyi sənədlərə qarşı Azərbaycanın etirazı diplomatik müstəvidə mühüm siqnaldır" - ŞƏRH

"Belçika və Niderland parlamentlərinin qəbul etdiyi sənədlərə qarşı Azərbaycanın etirazı diplomatik müstəvidə mühüm siqnaldır" - ŞƏRHBelçikanın və Niderlandın Azərbaycandakı səfirləri Julyen de Frepon və Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

Bu barədə Azərbaycan XİN məlumat verib.

Qeyd olunub ki, görüşlər zamanı 16 aprel 2026-cı il tarixində Belçika və Niderland Parlamentləri tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər olan sənədlərə qarşı kəskin etiraz bildirilib.

Sənədlərin tamamilə yalan və əsassız qiymətləndirmələrə uyğun olaraq tərtib edildiyi, bu qurumlar daxilində dərin kök salmış Azərbaycan əleyhinə qərəzi nümayiş etdirdiyi vurğulanıb.

"Belçika və Niderland parlamentlərinin 16 aprel 2026-cı ildə qəbul etdiyi sənədlərə qarşı Azərbaycanın sərt etirazı diplomatik müstəvidə mühüm siqnaldır" , - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Bu addım, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyinin dəyişməz olduğunu bir daha nümayiş etdirir. Parlamentlərin qəbul etdiyi sənədlərin əsassız və qərəzli olması, həm beynəlxalq hüququn fundamental prinsiplərinə, həm də regionda davam edən sülh prosesinə ziddir. Bu cür qərarlar, əslində, Ermənistanla aparılan danışıqların konstruktiv ruhunu zədələyir və regionda sabitlik üçün zəruri olan etimad mühitinə mənfi təsir göstərir.

Azərbaycanın XİN tərəfindən səfirlərə bildirilməsi, diplomatik münasibətlərdə balansı qorumaq və ikitərəfli əlaqələrin zədələnməsinin qarşısını almaq məqsədi daşıyır. Burada diqqətçəkən məqam odur ki, sənədlərin qəbulunun Azərbaycan və Ermənistan parlament spikerlərinin görüşü ilə eyni vaxta təsadüf etməsi paradoksal bir vəziyyət yaradır. Bu, Avropa parlamentlərindəki anti-Azərbaycan qruplarının məqsədli fəaliyyətini və onların regiondakı real sülh təşəbbüslərinə qarşı sabotaj xarakterli addımlarını göstərir.

Belçika və Niderland diplomatik nümayəndələrinin çağırılması həm də xəbərdarlıq xarakteri daşıyır: Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, əsassız iddialar və saxta istinadlar ikitərəfli münasibətlərin gələcəyinə zərər verə bilər. Bu, Avropa dövlətlərinin daxili siyasi qruplarının məsuliyyətsiz addımlarının qarşısını almaq üçün hökumətlərin daha ciddi mövqe sərgiləməsini tələb edir.

Nəticə etibarilə, Azərbaycanın reaksiyası həm milli maraqların müdafiəsi, həm də beynəlxalq hüququn aliliyinin qorunması baxımından tamamilə haqlıdır. Bu hadisə göstərir ki, regionda sülhün bərqərar olması üçün yalnız tərəflərin birbaşa dialoqu və qarşılıqlı hörmət prinsipləri əsas ola bilər, üçüncü tərəflərin qərəzli müdaxilələri isə prosesi yalnız çətinləşdirir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 928   Tarix: 20 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kəlbəcər rayonunun işğaldan azad olunması

2020-ci il noyabrın 25-də Kəlbəcərin 27 illik işğalına son qoyuldu. Kəlbəcər Azərbaycanın gözəl məkanlarından biridir. Kəlbəcər toponiminin özü də elə onun türklərə məxsusluğunun sübutudur. Heç bir işğal bu həqiqəti dəyişdirə bilməz. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur və 1930-cu il 8 avqustd

23 noyabr
.

İlham Əliyev Trampa təşəkkür etdi

Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə ABŞ lideri Donald Trampa təşəkkür edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə İlham Əliyevin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Hörmətli Prezident Donald Tramp, Beynəlxal

23 noyabr
.

Kəlbəcərin döyüşsüz azad edilməsi şanlı Qələbəmizin nəticəsidir

"Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində Qarabağ savaşı uğurla başa çatdı. 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələr

23 noyabr
.

İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Zati-aliləri general Jozef Auna təbrik məktubu göndərib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Livan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətil

22 noyabr
.

Azərbaycanda yeni Mərkəz yaradılır - Fərman

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılır. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində büdc

25 noyabr
.

Prezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Kestutis Budris Litva Prezidenti Gitanas Nausedanın salamlarını dövləti başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun d

25 noyabr
.

"Hazırda Avropada müşahidə olunan proses daha çox yeni təhlükəsizlik balansının axtarışıdır" - BƏHRUZ QULİYEV

"Avropa ölkələrinin liderləri arasında Vladimir Putinlə birbaşa dialoqun bərpası məsələsinin yenidən gündəmə gəlməsi, əslində, Avropanın təhlükəsizlik və xarici siyasət strategiyasında yeni mərhələnin başlandığını göstərir. Mən bunu Rusiyaya qarşı yürüdülən siyasətdən geri çəkilmə kimi deyil, mövcu

26 noyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməs

23 noyabr
.

Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışından paylaşım edib. Görüntüləri buradan izləyə bilərsiniz

22 noyabr