Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi olan səfər

Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi olan səfərAzərbaycan və Çexiya arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və son illərdə bu əlaqələr həm iqtisadi, həm də siyasi müstəvidə yeni bir mərhələyə qədəm qoyub. Münasibətlərdəki inkişafın ən mühüm göstəricilərindən biri Çexiyanın Baş naziri Andrey Babişin aprelin 26-da Azərbaycana reallaşdırdığı rəsmi səfərdir.
Azərbaycanın çoxsaylı strateji müttəfiqləri arasında yer alan Çexiya ölkəmizin müxtəlif qurumlarda ən etibarlı tərəfdaşlarından birinə çevrilib. Bir çox sahələrdə fəal əməkdaşlıq edən ölkələrimiz qarşılıqlı münasibətlərdə və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyir.
Baş nazirin səfəri yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq məsələlərin həllində rolunun gücləndiyini göstərən mühüm mesajdır. Bu, eyni zamanda, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətinin artdığını aydın şəkildə nümayiş etdirir. Avropa ölkələrinin Azərbaycana artan marağı onların regionda sabitlik, enerji təhlükəsizliyi və yeni nəqliyyat dəhlizləri ilə bağlı strateji hədəflərindən irəli gəlir.
Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən Baş nazir Andrey Babiş ölkələrimiz arasında münasibətləri strateji adlandırıb və bəyan edib ki, "bizim çox səmimi dostluq münasibətlərimiz var". O əlavə edib ki, Azərbaycan və Çexiya geniş iqtisadi potensialı olan ölkələrdir və bu da iqtisadi sahədə fəal əməkdaşlığa geniş imkanlar yaradır.
Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında bildirib ki, Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim çox fəal siyasi dialoqumuz var. "Bu gün bir çox məsələlər ətrafında - həm regional, həm ikitərəfli, həm daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır", - deyə dövlətimizin başçısı əlavə edib.
Vurğulanıb ki, Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir: "Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir".
Çexiya-Azərbaycanın beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verməsi onların siyasi yaxınlığını daha da möhkəmləndirir. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin intensivliyi də bu münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyir. Belə ki, Azərbaycan Prezidenti indiyədək Çex Respublikasına ümumilikdə dörd səfər edib. Çexiya prezidentləri isə ölkəmizdə ümumilikdə iki, Çexiya Baş naziri isə bir dəfə səfərdə olub.
Keçən il ölkələr arasında 814,73 milyon ABŞ dollarına çatan ticarət dövriyyəsi iqtisadi əlaqələrin dinamik inkişafını göstərir. Çexiya Azərbaycanın 6-cı ən böyük ixrac tərəfdaşı olmaqla yanaşı, Avropa İttifaqı daxilində 4-cü yerdə qərarlaşıb. Bu fakt Azərbaycanın Avropa bazarındakı mövqeyinin gücləndiyini nümayiş etdirir.
Ölkələrimizin energetika sahəsində əməkdaşlığı isə xüsusi önəm daşıyır. Azərbaycan Çexiyaya xam neft ixrac edir və 2025-ci ildə bu ölkə İtaliyadan sonra ikinci ən böyük idxalçı olub. Bununla yanaşı, Çexiya tərəfi bərpa olunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlıqda maraqlıdır. Bu isə münasibətlərin ənənəvi enerji modelindən daha innovativ istiqamətlərə keçdiyini göstərir.
Çex şirkətlərinin Azərbaycanda bərpa olunan enerji sahəsində fəal iştirakı diqqət çəkir. Naxçıvanda 500 MVt gücündə fotoelektrik stansiya layihəsində iştirak və hidroelektrik avadanlıqların təchizatı imkanlarının araşdırılması bu əməkdaşlığın konkret nümunələridir.
Azərbaycanla Çexiya arasında yeni biznes təşəbbüslərinin reallaşdırılması üçün də imkanlar genişdir. Bu təşəbbüslər isə yaxın vaxtlarda energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, əczaçılıq və ticarət sahələrində əlaqələrin gücləndirilməsinə inamı artırır.
Qəbələdə Andrey Babişlə mətbuata bəyanatında Prezident İlham Əliyev bildirib ki, səfər iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir: "Bizim çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər ətrafında - həm regional, həm ikitərəfli, həm daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır".
"Biz Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir", - deyə dövlət başçısı mətbuata bəyanatında qeyd edib.
Beləliklə, Çexiya Baş nazirinin ölkəmizə səfərindən də aydın olur ki, Azərbaycan artıq daha geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul olunur. Bu, ölkəmizin beynəlxalq münasibərlər sistemində nüfuzunun və rolunun günbəgün gücləndiyini təsdiqləyir.
Proses Azərbaycanın Avropa ilə münasibətlərində də daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşmanın formalaşdığını göstərir. Eyni zamanda, enerji təhlükəsizliyi, alternativ təchizat marşrutları və yaşıl enerji gündəliyi kimi istiqamətlər ikitərəfli əməkdaşlığın yeni konturlarını müəyyən edir. Andrey Babişin səfəri də göstərdi ki, Çexiya Azərbaycanı təkcə Cənubi Qafqazın lider dövləti deyil, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyətli qlobal tərəfdaş kimi görür.

Adil Hüseynov - Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 516   Tarix: 28 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycan və Laos üçün nəqliyyat və logistika da perspektivli istiqamətdir" - millət vəkili Pərvanə Vəliyeva

Azərbaycan ilə Laos arasında diplomatik münasibətlər 22 may 1995-ci ildə qurulub. Ötən üç onillik ərzində iki ölkə arasında qarşılıqlı hörmətə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan dostluq münasibətləri formalaşıb. Son dövrdə yüksək səviyyəli siyasi təmasların intensivləşməsi isə Azərbaycan-Lao

14 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Azərbaycan-Kamboca münasibətlərində ortaq çağırışlar və əməkdaşlıq imkanları

Müasir beynəlxalq münasibətlər sistemində sülhün və təhlükəsizliyin qorunması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi, münaqişələrin nəticələrinin aradan qaldırılması və humanitar problemlərin həlli xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi

13 oktyabr
.

İlham Əliyevin Laos prezidenti ilə təkbətək görüşü olub - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. bu barədə AZƏRTAC-a istinadən xəbər verib

13 oktyabr
.

Azərbaycan-Türkiyə qardaşlığına həmrəylik mesajı: Ortaq dəyərlər, ortaq mövqe və sarsılmaz birlik

Azərbaycan və Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlər əsrlərin sınağından keçmiş tarixi bağlılığa, ortaq dilə, mədəniyyətə, mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslanır. "Bir millət, iki dövlət" ifadəsi xalqlarımızın bir-birinə münasibətin

14 oktyabr
.

Azərbaycan-Laos münasibətləri inkişafdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Azərbaycan-Kamboca biznes-forumu dostluq münasibətlərimizə daha böyük iqtisadi töhfə verəcəkdir

Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötə

13 oktyabr
.

Prezident: "İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır"

"Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun inkişafı yaşayış məntəqələrində müasir sosial xidmətlərin təşkili ilə müşayiət olunur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuil

14 oktyabr