"Energetika sahəsi Azərbaycan-Çexiya əməkdaşlığının əsas sütunlarından biri kimi qiymətləndirilir" - DEPUTAT

"Energetika sahəsi Azərbaycan-Çexiya əməkdaşlığının əsas sütunlarından biri kimi qiymətləndirilir" - DEPUTATÇex Respublikası hələ 1990-cı illərdə Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən olmuşdur və bu iki ölkə arasında diplomatik münasibətlər 27 yanvar 1993-cü ildə qurulmuşdur. 15 sentyabr 2015-ci il tarixində Bakıda "Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" imzalanmışdır. Belə ki, Azərbaycan Çex Respublikası ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir" , - bunları Sonxeber.az -a danışan deputat Pərvanəə Vəliyeva deyib:

"2026-cı il aprelin 27-də Azərbaycan ilə Çex Respublikası arasında ikitərəfli münasibətlərin inkişafında mühüm tarixi hadisə baş verdi. Həmin gün Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri çərçivəsində Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüşdə tərəflərin mətbuata verdikləri bəyanat iki ölkə arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının mövcud vəziyyətini və perspektivlərini əhatə edən mühüm mesajlarla yadda qaldı.
Prezident İlham Əliyevin verdiyi bəyanatda Azərbaycan ilə Çexiya arasında siyasi dialoqun yüksək səviyyədə və dinamik şəkildə inkişaf etməsi, həmçinin, tərəflər arasında üç ay əvvəl Davosda baş tutan ilk görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması xüsusi yer almışdır.
Çexiyanın Baş nazirinin Azərbaycana bu səfəri iki ölkə arasında əlaqələrin davamlı inkişafının göstəricisidir. Görüşlər zamanı həm ikitərəfli münasibətlər, həm regional məsələlər, həm də qlobal gündəlikdə duran problemlər müzakirə olunmuşdur.
Bəyanatda səslənən əsas məqamlardan biri iqtisadi əməkdaşlıq idi. Ölkə Başçısının qeyd etdiyi kimi, Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsi artıq 800 milyon ABŞ dollarını keçmişdir. Bununla belə, mövcud ticarət strukturunda əsas payı Azərbaycan neftinin ixracı təşkil edir və tərəflər bu strukturu daha balanslı hala gətirmək niyyətindədirlər. Bu məqsədlə, hər iki ölkə üçün qarşılıqlı investisiyaların artırılması, yeni iqtisadi layihələrin həyata keçirilməsi və biznes əlaqələrinin genişləndirilməsi kimi istiqamətlər prioritet kimi müəyyən olunmuşdur. Bununla belə, Çexiyadan Azərbaycana geniş iş adamları nümayəndə heyətinin gəlməsi və keçirilən biznes forum yeni iqtisadi imkanların formalaşmasına xidmət edəcəkdir.
"Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya" 2011-ci ildə yaradılmışdır. Komissiyanın indiyədək 5 iclası keçirilmişdir. Sonuncu iclas 3 mart 2023-cü il tarixində Praqada baş tutmuşdur. Bundan başqa, 2023-cü ildə Çexiya Avropada Azərbaycanın 6-cı ən böyük ticarət tərəfdaşı və 5-ci ən böyük ixrac məntəqəsi olmuşdur. 1 yanvar 2024-cü il tarixinə Azərbaycanda 33 Çexiya investisiyalı kommersiya qurumu (sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət) qeydiyyatdadır, onlardan 20-nin fəaliyyəti aktivdir.
Həmçinin, Energetika sahəsi Azərbaycan-Çexiya əməkdaşlığının əsas sütunlarından biri kimi qiymətləndirilir. Azərbaycan uzun illərdir Çexiya üçün etibarlı enerji tərəfdaşıdır və Azərbaycan nefti bu ölkənin enerji balansında mühüm yer tutur. Bununla yanaşı, Azərbaycan yalnız neft deyil, həm də təbii qaz ixracında Avropa üçün strateji əhəmiyyət kəsb edir. İki ölkənin enerji əməkdaşlığı yalnız ticarət münasibətləri ilə məhdudlaşmır, bu, uzunmüddətli və genişmiqyaslı strateji tərəfdaşlıq kimi dəyərləndirilir.
27 aprel tarixli görüşdə ölkə rəsmilərinin apardıqları danışıqlar zamanı konkret investisiya layihələri və yeni əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur. Bu əməkdaşlıq xüsusilə sənaye və texnologiyalar, nəqliyyat və logistika, alternativ enerji və yaşıl iqtisadiyyat, regional layihələrdə birgə iştirak və sair bu kimi mühüm sahələri əhatə edə bilər.
Azərbaycan bu əməkdaşlığa geniş prizmadan yanaşır və əlaqələrin uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əsas məqsədlərdən biridir.
Beləliklə, 27 aprel 2026-cı il tarixində Qəbələdə keçirilən görüş və mətbuata verilən bəyanat Azərbaycan-Çexiya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirmişdir. Prezident İlham Əliyevin çıxışı iki ölkə arasında siyasi etimadın yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu və enerji sahəsində strateji tərəfdaşlığın daha da möhkəmləndiriləcəyini açıq şəkildə ortaya qoymuşdur. Bu səfər və verilən bəyanatlar göstərdi ki, Azərbaycan və Çexiya qarşılıqlı maraqlara əsaslanan, uzunmüddətli və çoxşaxəli əməkdaşlıq modelini inkişaf etdirməkdə qərarlıdırlar".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 522   Tarix: 29 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycan və Laos üçün nəqliyyat və logistika da perspektivli istiqamətdir" - millət vəkili Pərvanə Vəliyeva

Azərbaycan ilə Laos arasında diplomatik münasibətlər 22 may 1995-ci ildə qurulub. Ötən üç onillik ərzində iki ölkə arasında qarşılıqlı hörmətə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan dostluq münasibətləri formalaşıb. Son dövrdə yüksək səviyyəli siyasi təmasların intensivləşməsi isə Azərbaycan-Lao

14 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Azərbaycan-Kamboca münasibətlərində ortaq çağırışlar və əməkdaşlıq imkanları

Müasir beynəlxalq münasibətlər sistemində sülhün və təhlükəsizliyin qorunması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi, münaqişələrin nəticələrinin aradan qaldırılması və humanitar problemlərin həlli xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi

13 oktyabr
.

İlham Əliyevin Laos prezidenti ilə təkbətək görüşü olub - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. bu barədə AZƏRTAC-a istinadən xəbər verib

13 oktyabr
.

Azərbaycan-Türkiyə qardaşlığına həmrəylik mesajı: Ortaq dəyərlər, ortaq mövqe və sarsılmaz birlik

Azərbaycan və Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlər əsrlərin sınağından keçmiş tarixi bağlılığa, ortaq dilə, mədəniyyətə, mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslanır. "Bir millət, iki dövlət" ifadəsi xalqlarımızın bir-birinə münasibətin

14 oktyabr
.

Azərbaycan-Laos münasibətləri inkişafdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Azərbaycan-Kamboca biznes-forumu dostluq münasibətlərimizə daha böyük iqtisadi töhfə verəcəkdir

Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötə

13 oktyabr
.

Prezident: "İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır"

"Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun inkişafı yaşayış məntəqələrində müasir sosial xidmətlərin təşkili ilə müşayiət olunur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuil

14 oktyabr