"Mühitin təsiri altına düşən insanlarda empatiya hissi daha güclü olur" - AÇIQLAMA

"Mühitin təsiri altına düşən insanlarda empatiya hissi daha güclü olur" - AÇIQLAMAİnsan ömrü boyu yüzlərlə insan tanıyır, müxtəlif mühitlərə daxil olur və fərqli münasibətlər qurur. Bəziləri ilə yollarımız ayrılır, bəziləri isə həyatımızda dərin iz buraxır. Ətrafımızdakı hər kəs istər-istəməz düşüncəmizə, davranışımıza və ruh halımıza müəyyən təsir göstərir.

Təəssüf ki, çox zaman müsbət təsirlərdən çox, bizi incidən və yoran münasibətləri daha çox yadda saxlayırıq.

Bəs niyə bəzi insanlar ətrafındakı şəxslərin həyatına mənfi təsir göstərməsinə imkan yaradır?

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, mühitin insana, eyni zamanda insanın da mühitə təsiri onun fərdi xüsusiyyətlərindən və psixoloji durumundan asılıdır.

Onun sözlərinə görə, insanlar bu baxımdan iki qrupa bölünür:

"Bir qrup insan var ki, mühiti idarə edir, digər qrup isə mühitin təsiri altında qalır. Mühiti idarə edən insanlar daxil olduqları çevrədə qısa zamanda özlərini qəbul etdirir, insanlarla münasibət qurur və müsbət enerji saçaraq diqqət çəkirlər. Onlar maraqlı fikir və düşüncələri ilə seçilir, ətrafdakılar tərəfindən sevilirlər.

Mühitin təsiri altına düşən insanlarda isə empatiya hissi daha güclü olur. Belə insanlar bəzən çox şən və pozitiv olsalar belə, düşdükləri mühitdə baş verən hadisələr onların əhvalına və psixoloji vəziyyətinə birbaşa təsir edir. Nəticədə onlar istər-istəməz çevrəyə uyğun davranmağa başlayırlar.

Məsələn, sərbəst və müstəqil böyümüş bir gənc qız daha mühafizəkar dəyərlərə sahib ailəyə gəlin gedə bilər. Həmin ailədə çoxsaylı qaydalar və məhdudiyyətlər varsa, zamanla o da həmin mühitə uyğunlaşmağa başlayır, davranışlarında və xarakterində dəyişikliklər yaranır. Bunun səbəbi çox vaxt cəmiyyətdə formalaşmış ənənəvi düşüncələrlə bağlı olur. ‘Ailə bir dəfə qurular’, ‘Ailə dağılmamalıdır’, ‘Övlad atasının yanında böyüməlidir’, ‘Düşdüyüm evin qaydalarına uyğun yaşamalıyam’ kimi fikirlər insanı öz istəklərini geri plana keçirməyə vadar edir.

Digər tərəfdən, bəzi insanlar isə bu qaydalarla razılaşmır və öz mövqeyini qorumağa çalışır. Bu zaman ailədaxili narazılıqlar, mübahisələr və münasibətlərdə gərginlik yaranır.

Bütün bunlar göstərir ki, insanın mühitə təsiri də, mühitin insana təsiri də onun xarakterindən, özünəinamından və psixoloji durumundan birbaşa asılıdır."


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 664   Tarix: 29 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycan və Laos üçün nəqliyyat və logistika da perspektivli istiqamətdir" - millət vəkili Pərvanə Vəliyeva

Azərbaycan ilə Laos arasında diplomatik münasibətlər 22 may 1995-ci ildə qurulub. Ötən üç onillik ərzində iki ölkə arasında qarşılıqlı hörmətə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan dostluq münasibətləri formalaşıb. Son dövrdə yüksək səviyyəli siyasi təmasların intensivləşməsi isə Azərbaycan-Lao

14 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Azərbaycan-Kamboca münasibətlərində ortaq çağırışlar və əməkdaşlıq imkanları

Müasir beynəlxalq münasibətlər sistemində sülhün və təhlükəsizliyin qorunması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi, münaqişələrin nəticələrinin aradan qaldırılması və humanitar problemlərin həlli xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi

13 oktyabr
.

İlham Əliyevin Laos prezidenti ilə təkbətək görüşü olub - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. bu barədə AZƏRTAC-a istinadən xəbər verib

13 oktyabr
.

Azərbaycan-Türkiyə qardaşlığına həmrəylik mesajı: Ortaq dəyərlər, ortaq mövqe və sarsılmaz birlik

Azərbaycan və Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlər əsrlərin sınağından keçmiş tarixi bağlılığa, ortaq dilə, mədəniyyətə, mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslanır. "Bir millət, iki dövlət" ifadəsi xalqlarımızın bir-birinə münasibətin

14 oktyabr
.

Azərbaycan-Laos münasibətləri inkişafdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Azərbaycan-Kamboca biznes-forumu dostluq münasibətlərimizə daha böyük iqtisadi töhfə verəcəkdir

Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötə

13 oktyabr
.

Prezident: "İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır"

"Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun inkişafı yaşayış məntəqələrində müasir sosial xidmətlərin təşkili ilə müşayiət olunur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuil

14 oktyabr