"Azərbaycanın bütün idman sahələri hər zaman Ölkə Başçısının diqqət mərkəzində olub" - DEPUTAT

"Azərbaycanın bütün idman sahələri hər zaman Ölkə Başçısının diqqət mərkəzində olub" - DEPUTAT"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş güləş üzrə Avropa çempionatında yüksək nəticələr əldə edən milli komanda üzvləri və onların məşqçiləri ilə keçirdiyi görüşdə yunan-roma və sərbəst güləş, eləcə də qadın güləşi üzrə Avropa çempionu olan və müxtəlif medallar qazanan idmançılar iştirak ediblər. Görüş zamanı Dövlət Başçısı Azərbaycan milli komandasının əldə etdiyi nəticələri yüksək qiymətləndirərək bildirmişdir ki, Avropa çempionatında komanda hesabında birinci yerə yüksəlmək böyük nailiyyətdir. Müasir dövrdə güləş üzrə rəqabət daha da güclənib və bu şəraitdə əldə olunan qələbə idmançılarımızın peşəkarlığını və hazırlıq səviyyəsini bir daha sübut edir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, Azərbaycanın bütün idman sahələri hər zaman Ölkə Başçısının diqqət mərkəzində olub və bu idman sahələrində uğur qazanan və ölkəmizin bayrağını dünya idman arenasında dalğalandıran idmançılarımıza daim qayğı və hörmət nümayiş etdirilib:

"Prezident İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycan güləş məktəbi zəngin ənənələrə malikdir və bu ənənələr uğurla davam etdirilir. O, xüsusilə gənc idmançıların da böyük nəticələr qazanmasını müsbət hal kimi qiymətləndirərək, ölkədə seleksiya və məşq prosesinin düzgün qurulduğunu diqqətə çatdırıb.
İdmanın cəmiyyətimiz üçün əhəmiyyətini nəzərə alaraq, qeyd etmək olar ki, beynəlxalq yarışlarda Azərbaycan bayrağının ucaldılması xalqda qürur hissi doğurur və bu uğurlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Son illərdə ölkəmizdə idman sahəsində əldə olunan nailiyyətlər olduqca qürurlu və sevindiricidir.
Bundan başqa güləş federasiyasının və məşqçilərin fəaliyyəti də yüksək qiymətləndirilməlidir. Federasiyanın rəhbərliyində və məşqçi heyətində vaxtilə böyük uğurlar qazanmış tanınmış idmançıların təmsil olunması bu sahənin inkişafına müsbət təsir göstərir.
Keçirilmiş Avropa çempionatında həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında birinci yerin qazanılması xüsusi əhəmiyyət kəsb edir və bu nəticə Azərbaycanın beynəlxalq idman arenasındakı mövqeyini daha da möhkəmləndirir.
Həm Olimpiya Oyunlarında, həm də dünya və avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Uğurlarımızla bərabər məğlubiyyətlər də olsa da, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir.
Azərbaycanın idman sahəsində böyük təcrübələri vardır. Belə ki, ölkəmizdə Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi çox böyük beynəlxalq yarışlar keçirilmişdir. Eləcə də ötən il MDB oyunları ölkəmizin müxtəlif bölgələrində keçirilmişdir. Bu hal onu göstərir ki, Azərbaycanda idman sahəsində çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir.
Oğlan idmançılarla yanaşı qız güləşçilərin də medalçılar arasında olmaları çox sevindirici və müsbət haldır ki, bu da qızlar arasında gənc nəslin güləşə böyük maraq göstərdiyindən xəbər verir.
Azərbaycanın bütün idman sahələri hər zaman Ölkə Başçısının diqqət mərkəzində olub və bu idman sahələrində uğur qazanan və ölkəmizin bayrağını dünya idman arenasında dalğalandıran idmançılarımıza daim qayğı və hörmət nümayiş etdirilib. Ümid edirik ki, ölkə rəhbərinin diqqəti və qayğısı idmançılarımızı bir daha motivasiya edərək, onların gələcək yarışlarda da uğur qazanacaqlarına zəmin yaradacaqdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 759   Tarix: 04 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycan və Laos üçün nəqliyyat və logistika da perspektivli istiqamətdir" - millət vəkili Pərvanə Vəliyeva

Azərbaycan ilə Laos arasında diplomatik münasibətlər 22 may 1995-ci ildə qurulub. Ötən üç onillik ərzində iki ölkə arasında qarşılıqlı hörmətə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan dostluq münasibətləri formalaşıb. Son dövrdə yüksək səviyyəli siyasi təmasların intensivləşməsi isə Azərbaycan-Lao

14 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Azərbaycan-Kamboca münasibətlərində ortaq çağırışlar və əməkdaşlıq imkanları

Müasir beynəlxalq münasibətlər sistemində sülhün və təhlükəsizliyin qorunması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi, münaqişələrin nəticələrinin aradan qaldırılması və humanitar problemlərin həlli xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi

13 oktyabr
.

İlham Əliyevin Laos prezidenti ilə təkbətək görüşü olub - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. bu barədə AZƏRTAC-a istinadən xəbər verib

13 oktyabr
.

Azərbaycan-Türkiyə qardaşlığına həmrəylik mesajı: Ortaq dəyərlər, ortaq mövqe və sarsılmaz birlik

Azərbaycan və Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlər əsrlərin sınağından keçmiş tarixi bağlılığa, ortaq dilə, mədəniyyətə, mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslanır. "Bir millət, iki dövlət" ifadəsi xalqlarımızın bir-birinə münasibətin

14 oktyabr
.

Azərbaycan-Laos münasibətləri inkişafdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Azərbaycan-Kamboca biznes-forumu dostluq münasibətlərimizə daha böyük iqtisadi töhfə verəcəkdir

Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötə

13 oktyabr
.

Prezident: "İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır"

"Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun inkişafı yaşayış məntəqələrində müasir sosial xidmətlərin təşkili ilə müşayiət olunur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuil

14 oktyabr