Zəkanın yalnız anadan keçməsi mifi: Genetiklər nə deyirlər?
İntellektin əsasən anadan irsən keçməsi barədə yayılan fikirlər həqiqəti əks etdirmir.
Oxu.Az xəbər verir ki, bu barədə "Gazeta.ru" nəşrinə Göttingen və Sibir Federal universitetlərinin professoru, Rusiya Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunun aparıcı tədqiqatçısı, rusiyalı genetik Konstantin Krutovski açıqlama verib.
"Reallıqda bu proses xeyli mürəkkəbdir. Doğrudur, müəyyən koqnitiv genlər X xromosomunda tapılır. Ancaq intellekt genlərinin böyük bir qismi autosomlarda, yəni qeyri-cinsiyyət xromosomlarında qərarlaşır ki, burada da həm ananın, həm də atanın iştirak payı eynidir. Genetik faktorlar insanın zəkasına, xarakterinə və psixi pozğunluqlara meylliliyinə təsir edir. Lakin bu dəyişməz bir qayda deyil, əksinə, DNT və xarici mühitin vəhdətidir. Həm intellekt, həm də xarakter xüsusiyyətləri hər hansı bir valideyndən hazır formada keçmir", - deyə ekspert qeyd edib.
Mütəxəssisin fikrincə, zəka səviyyəsi ($IQ$) minlərlə genetik kombinasiya ilə bağlıdır. O, çoxsaylı genlərin genotipləri vasitəsilə formalaşan poligenik bir göstəricidir.
"Aparılan araşdırmalara görə, uşaqlarda $IQ$-nün irsi olaraq ötürülməsi 20-40% təşkil edir. Yerdə qalan hissə isə xarici amillərdən (sosial mühit, qidalanma və təhsil) asılıdır. Genlər yalnız potensial imkanları formalaşdırır, ancaq bunun reallaşması fərqli istiqamətlərdə baş verir. Konkret olaraq hər hansı bir "intellekt geni" mövcud deyil. Bu prosesdə hər biri kiçik paya sahib olan minlərlə gen iştirak edir.
Məsələn, diqqət, yaddaş və dərketmə funksiyaları ilə əlaqəli olan CHRM2 (neyronların fəallığı və idrak prosesləri), BDNF (öyrənmə qabiliyyəti və yaddaş) və COMT (stresə dözümlülük və emosiyalar) kimi dərindən öyrənilmiş bəzi genlər mövcuddur. Buna baxmayaraq, onların heç biri təkbaşına intellekti müəyyənləşdirə bilməz", - deyə alim fikrini tamamlayıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 714 Tarix: 06 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrAilənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind
4 oktyabrBelə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabrGecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil
Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə
11 oktyabrBalığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin
Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd
4 oktyabrBu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabrYaş saçla yatmayın: Bu riski artıra bilər
Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş
4 oktyabrYaponlar buna görə göbəyə gül suyu damladırmışlar
Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə
11 oktyabr