5 kilometr dərinlikdə 400°C temperatur olan "cəhənnəm": Orada həyat var
Karib dənizində aparılan dərin dəniz tədqiqatı zamanı alimlər Yer səthinin təxminən 5 kilometr altında ekstremal şəraitə malik, lakin canlı orqanizmlərlə zəngin bir mühit aşkar ediblər.
Qaynarinfo "BBC Wildlife Magazine" nəşrinə istinadən xəbər verir ki, burada suyun temperaturu 400°C-dən də yüksək olsa da, su qaynamır və bəzi canlılar bu şəraitdə yaşaya bilir.
Məlumata görə, bu yer Karib dənizində, Kayman çökəkliyində yerləşir. "Bibi hidrotermal sahəsi" adlanan bu zona 4968 metr dərinlikdədir və planetdə məlum olan ən dərin hidrotermal mənbələrdən biridir. O, dərin dəniz robotu tərəfindən kəşf edilib.
Bu mühitdə günəş işığı yoxdur, mineral baxımından zəngin sular isə 401°C-yə qədər qızır. Buna baxmayaraq, burada həyat mövcuddur.
Hidrotermal mənbələr adətən tektonik plitələrin ayrıldığı bölgələrdə yaranır. Dəniz suyu yer qabığının altındakı maqma ilə təmasda olur, qızaraq yenidən səthə qayıdır və özü ilə qazlar və minerallar gətirir. Yüksək temperaturuna baxmayaraq, su təzyiq səbəbindən qaynamır.
Alimlər hidrotermal mənbələri iki əsas növə bölür: "ağ bacalar" və "qara bacalar". "Ağ bacalar" nisbətən daha soyuq olur və əsasən silisium və barit səbəbindən açıq rəngli görünür. "Qara bacalar" isə daha isti olur və tərkibində dəmir sulfidlər olduğu üçün qaranlıq tüstü kimi axıntı yaradır.
Bibi sahəsində məhz "qara bacalar" müşahidə edilib və onlar fabrik borularını xatırladan strukturlar kimi təsvir olunur.
Ekstremal şəraitə baxmayaraq, bu ərazi canlılarla zəngindir. Burada Zoarcidae ailəsinə aid balıqlar, anemonlar, cırxayaq xərçənglər və qeyri-adi krevet koloniyaları aşkarlanıb. Krevetlərin bəzilərinin kürəyində zəif işığı hiss etməyə kömək edən xüsusi orqanlar var.
London Təbii Tarix Muzeyinin tədqiqatçısı Maggi Georgiyeva bildirib ki, bu mənbələrdən çıxan isti maye dəniz suyu ilə qarışdıqda sürətlə soyuyur və müəyyən məsafədə temperatur təxminən 20°C-yə düşür, bu da bir çox canlı üçün yaşamaq imkanı yaradır.
Tədqiqatçılar hesab edirlər ki, bu cür ekosistemlər Yer üzündə həyatın ekstremal şəraitdə belə necə davam edə bildiyini göstərən mühüm nümunələrdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi