ABŞ hərbçiləri Hörmüzdə İranla əlaqəli 57 ticarət gəmisini saxlayıblar
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında blokada başlayandan bəri İranla bağlantısı olan 57 kommersiya gəmisini saxlayıb.
Oxu.Az bildirir ki, bu haqda ABŞ-nin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.
Rəsmi bəyanatda bildirilir:
"İndiyədək Mərkəzi Komandanlığın bölmələri 57 ticarət gəmisinin istiqamətini dəyişdirib və onların İran limanlarına giriş-çıxışına mane olmaq məqsədilə dördünü istifadəyə yararsız hala salıb".
ABŞ hərbçiləri diqqətə çatdırıblar ki, sözügedən ticarət gəmiləri ümumi məbləği 13 milyard dolları ötən 166 milyon bareldən çox İran neftini nəql etmək potensialına malikdirlər.
Bundan öncə də CENTCOM ABŞ donanmasının 70-dən artıq tankerin İran limanlarına daxil olmasına və ya oranı tərk etməsinə imkan vermədiyini bəyan etmişdi.
Komandanlığın məlumatında vurğulanır ki, ABŞ hərbi qüvvələri beynəlxalq sularda nəzarət-patrul xidmətini fasiləsiz həyata keçirir və İrana qarşı mövcud dəniz blokadasını təmin edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 316 Tarix: 09 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Okeanda Yerin iqlimini tənzimləyən gizli "istilik klapanı" aşkar tapıldı
Atlantik okeanındakı axınlar sistemi əvvəllər düşünüldüyü kimi sadəcə istiliyi daşıyan "konveyer" deyil, bütün planetin temperaturunu tənzimləyən nəhəng "istilik klapanı" kimi fəaliyyət göstərir. Bu mexanizm zəifləyərsə, istilik okeanın dərinliklərində toplana və qlobal istiləşmən
14 sentyabrPaşinyan rus dili kurslarına gedir
Ermənistanın baş naziri Nikol Paşinyan İdarəetmə Akademiyasında təhsil alaraq rus dilini öyrəndiyini bildirib. Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclası zamanı məlumat verib. Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət idarəçiliyində çalışa
17 sentyabrBu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord
Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın
16 sentyabrÜrəyində tikiş iynəsi aşkarlandı
Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini
15 sentyabr