"Zəng" qorxu romanının müəllifi vəfat edib
Yaponiyada "Zəng" ("Ring") qorxu romanları seriyasının müəllifi, yazıçı Kodzi Sudzuki vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.
68 yaşlı yazıçı Tokiodakı xəstəxanalardan birində xəstəlik səbəbindən dünyasını dəyişib.
"‘Zəng" və "Spiral" kimi məşhur qorxu romanlarının müəllifi Kodzi Sudzuki mayın 8-də vəfat edib", - deyə telekanal bildirib.
"Zəng" romanlar silsiləsi quyudan çıxan ruhun əks olunduğu videokasetlə bağlı lənətdən bəhs edir. İlk trilogiyadan sonra Sudzuki eyni mövzuya həsr edilmiş hekayələr toplusu və daha iki roman yazıb.
"Zəng" əsəri əsasında Yaponiyada səkkiz film çəkilib, iki teleserial, altı manqa adaptasiyası, üç ingilisdilli remeyk, bir Koreya remeyki və iki videooyun hazırlanıb.
"Zəng" əsəri Kodzi Sudzukini Yaponiyanın ən uğurlu yazıçılarından birinə çevirdikdən sonra o, bir daha qorxu romanı yazmayacağına söz vermişdi.
Yazıçı "The New York Times" qəzetinə müsahibəsində bildirib ki, bundan sonra "ruh qızlar, ölümcül videokasetlər və postmodern qorxu ilə heç bir əlaqəsi olmayan" bədii ədəbiyyata fokuslanıb.
Kodzi Sudzukinin son kitabı 2025-ci ildə işıq üzü görüb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 366 Tarix: 10 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord
Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın
16 sentyabrOkeanda Yerin iqlimini tənzimləyən gizli "istilik klapanı" aşkar tapıldı
Atlantik okeanındakı axınlar sistemi əvvəllər düşünüldüyü kimi sadəcə istiliyi daşıyan "konveyer" deyil, bütün planetin temperaturunu tənzimləyən nəhəng "istilik klapanı" kimi fəaliyyət göstərir. Bu mexanizm zəifləyərsə, istilik okeanın dərinliklərində toplana və qlobal istiləşmən
14 sentyabrABŞ Federal Ehtiyat Sistemi son üç ildə ilk dəfə faiz dərəcələrini artırıb
ABŞ Federal Ehtiyat Sistemi (FED) federal fondlar üzrə faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 3,75-4% diapazonuna çatdırıb. xəbər verir ki, bu barədə qərar ABŞ-da inflyasiyanın qarşısını almaq zərurəti ilə əsaslandırılıb. Federal Ehtiyat Sisteminin (FERS) faiz dərəcəsinin artırılması, 2024-c
17 sentyabrÜrəyində tikiş iynəsi aşkarlandı
Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini
15 sentyabrSeul Hörmüz boğazına hərbçi göndərməyəcək
Cənubi Koreya ordusunu Hörmüz boğazına göndərməyəcək. xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Li Ce Myon bildirib. "Qoy aydın olsun. Münaqişədə iştiraka səbəb olacaq heç bir qoşun yeridilməyəcək. Müharibədə iştirak olmayacaq", - deyə Li Ce-myen cümə günü Ryeonghap agentliyinin keçirdiy
18 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 103,68 dollara düşdü
Neftin qiyməti cümə səhəri düşməyə davam edir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,14 dollar (1,09 faiz) az, bir barel üçün 103,68 dollara satılır. Cümə axşamı isə onlar 1,01 dollar (0,95 faiz) azalara
18 sentyabr