Tramp Rusiya və Ukrayna arasında atəşkəsin uzadılması ehtimalından danışdı
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında atəşkəsin uzadılması ehtimalının olduğunu bəyan edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərlə söhbətində məlumat verib.
"Belə bir razılaşma ola bilər. Atəşkəsin əhəmiyyətli dərəcədə uzadılmasını görmək istəyirəm. Mən istərdim ki, bu münaqişə başa çatsın" - deyə Ağ Ev rəhbəri bildirib.
Xatırladaq ki, Rusiya lideri Vladimir Putinin qərarına uyğun olaraq, 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə rəsmi Moskva mayın 8-də yerli vaxtla 00:00-dan mayın 10-a qədər atəşkəs elan edib.
Dünən Rusiya ilə ABŞ arasında telefon əlaqələri, həmçinin Vaşinqtonun Kiyevlə qarşılıqlı əməkdaşlığı nəticəsində 9-11 may tarixlərində atəşkəs barədə razılıqlar əldə edilib.
Bundan əlavə, Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynada münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün nümayəndələrini Moskvaya göndərə bilər:
"Yaxşı, mən bunu edərdim. Münaqişənin həllinə kömək edəcəyimə qərar versəm, belə addım atacağam".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 380 Tarix: 10 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ İsrailə 40.000 ədəd hava bombası satmağı planlaşdırır
ABŞ prezidenti Donald Trampın administrasiyası İsrailə hər biri 200 funt (təxminən 907 kq) ağırlığında 40.00 hava bombasını əhatə edəcək 2,8 milyard dollarlıq silah paketi satmağı planlaşdırır. xəbər verir ki, mənbələrin məlumatına görə, müqaviləyə 20.00 MK-84 və 20.00 BLU-117 bombaları, eləcə də 20.0
16 sentyabrAvstraliyada köpəkbalığının hücumu nəticəsində üzgüçü ölüb
Qərbi Avstraliya ştatındakı məşhur Sorrento çimərliyinin yaxınlığında çimərkən köpəkbalığının hücum etməsi nəticəsində bir nəfər ölüb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 10:30 radələrində baş verib. Hücumla bağlı məlumatdan sonra sahilə təcili xidmətlə
18 sentyabrƏrdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı
Türkiyə Prezidentinin baş müşaviri və Prezidentin Hüquq Siyasətləri Şurasının sədr müavini Mehmet Uçum 2028-ci ildə keçirilməsi gözlənilən prezident və parlament seçkilərinin mümkün tarixi ilə bağlı proqnozunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, Türkiyə Mətbuat Federasiyasında çıxış edən Uçum seçkiləri
17 sentyabrABŞ Federal Ehtiyat Sistemi son üç ildə ilk dəfə faiz dərəcələrini artırıb
ABŞ Federal Ehtiyat Sistemi (FED) federal fondlar üzrə faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 3,75-4% diapazonuna çatdırıb. xəbər verir ki, bu barədə qərar ABŞ-da inflyasiyanın qarşısını almaq zərurəti ilə əsaslandırılıb. Federal Ehtiyat Sisteminin (FERS) faiz dərəcəsinin artırılması, 2024-c
17 sentyabr