Bu şəxslərə qayğanaq yemək OLMAZ
Diabet xəstələri üçün omlet ideal səhər yeməyi deyil.
Sonxeber.az Medicina.az-a istinadən xəbər verir ki, alimərin fikrincə, şəkər xəstələri hər səhər yumurta yeməli olsalar da, rus fizioloqu Boris Jerlıgin bu fikirlə razı deyil.
Rus fizioloqu Boris Jerlıgin kanadalı alimlər tərəfindən dərc edilmiş və diabet xəstələri üçün optimal səhər yeməyi formulunu müəyyən edən bir araşdırmanın nəticələrinə münasibət bildirib.
Xüsusilə, tədqiqatçılar diabet xəstələri üçün ideal səhər yeməyinin qaydaya uyğun olması lazım olduğu qənaətinə gəliblər: daha çox yağ, daha az karbohidrat. Onlar konkret bir nümunə olaraq omlet və ya qayğanağı göstəriblər.
Fizioloq Boris Jerlıgin isə "diabet hər kəs üçün fərqlidir və bu, hər bir diabet xəstəsinin pəhrizinin fərdi nüanslarını müəyyən edir", - deyə fikir bildirib.
Diabet üçün insanın pəhriz planı karbohidratların, zülalların və yağların həzm qaydalarını anlamağa imkan verən testlər əsasında müəyyən edilir. Buna görə də, hər bir diabet xəstəsi bu məlumatlara əsasən ideal səhər yeməyini müəyyən edə bilər.
"Yağlar, zülallar və karbohidratlar arasında tarazlıq olmalıdır. Əgər bu pozularsa, həzm sistemi təsirlənəcək", - deyə fizioloq bildirib.
Fizioloq əlavə edib ki, həddindən artıq qızardılmış yumurta və omlet qəbul etmək diabet xəstələri üçün təhlükəli ola bilər, çünki yağlı qayğanaq böyrəkləri belə sıradan çıxara bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3394 Tarix: 10 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUKMTO: Oman sahillərində daha bir tanker vurulub
Hörmüz boğazında sutka ərzində ikinci tanker atəşə tutulub. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omanın Əl-Həsəb şəhərindən 17 dəniz mili şərqdə baş vermiş insiden
21 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrİndoneziyada Semeru vulkanı iki dəfə püskürüb
İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı iki dəfə püskürüb. xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin bəyanatında bildirilib. Kül vulkanın zirvəsindən 700 m, dəniz səviyyəsindən isə 4 376 m hündürlüyə çatıb. Qurum ətra
19 noyabrTramp Rubio və Vensin yanında aparat rəhbərinə prezident olmağı təklif etdi
ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri dünyanın ən güclü adamı adlandıraraq, zarafatla ondan prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu bəyanatla Ağ Evdəki brifinq zamanı çıxış edib. "Hazırda b
21 noyabr