Əsrin ən böyük vulkan püskürməsi atmosferi necə təmizlədi?

Əsrin ən böyük vulkan püskürməsi atmosferi necə təmizlədi?2022-ci ildə baş verən Xunqa-Tonqa-Xunqa-Haapay vulkan püskürməsi alimlərin əvvəllər müşahidə etmədiyi özünütəmizləmə mexanizmi ilə müşayiət olunub və bu, gözlənilən uzunmüddətli atmosfer nəticələrini əhəmiyyətli dərəcədə azaldıb. Bununla əlaqəli kimyəvi proseslər metan emissiyalarına qarşı mübarizənin nə qədər effektiv olduğunu ölçmək probleminin həllinə kömək edə bilər.

Qaynarinfo "IFL Science" portalına istinadən xəbər verir ki, vulkanlar planetə həm isitmə, həm də soyutma təsiri göstərir. Atmosferə atılan kül və aerozollar Günəş işığını bloklayaraq Yer kürəsini soyudur, lakin karbon qazı və metan kimi istixana qazları əksinə, istiləşməyə səbəb olur. Adətən bu proses əvvəlcə qısamüddətli soyuma, daha sonra isə uzunmüddətli istiləşmə yaradır, çünki qazlar atmosferdə bərk hissəciklərdən daha uzun müddət qalır.

Peyk texnologiyalarının inkişafı alimlərə Xunqa-Tonqa-Xunqa-Haapay püskürməsini əvvəlki analoji hadisələrdən daha detallı şəkildə öyrənməyə imkan verib.

Püskürmə nəticəsində atmosferə 330 min ton metan atılıb ki, bu da təxminən iki milyon inəyin illik geviş gətirməsi zamanı yaranan emissiyalara bərabərdir. Lakin yeni araşdırmanın müəllifləri gözlənilməz bir fakt aşkar ediblər: metanın bir hissəsi atmosferdə uzun müddət qalmayıb. O, formaldehidə (HCHO), daha sonra isə karbon qazı və suya çevrilib.

"Peyk görüntülərini analiz edərkən rekord səviyyədə formaldehid konsentrasiyasına malik bulud aşkar etdik. Bu buludu 10 gün ərzində Cənubi Amerikaya qədər izləyə bildik. Formaldehid cəmi bir neçə saat mövcud olduğuna görə bu, buludun bir həftədən çox müddətdə davamlı şəkildə metanı parçalaydığını göstərirdi", deyə "Acacia Impact Innovation" şirkətindən Maarten van Herpen bildirib.

Alimlərin sözlərinə görə, əvvəllər məlum idi ki, vulkanlar püskürmə zamanı metan buraxır, lakin vulkan külünün bu çirklənməni qismən aradan qaldırdığı bilinmirdi.

Təbiətin gizli silahı - dəniz duzu və xlor

Adətən neft-qaz quyularından və ya heyvandarlıqdan yaranan metan atmosferdə təxminən 10 il qalır. Karbon qazından daha qısaömürlü olsa da, hər ton üzrə daha güclü istiləşmə effekti yaratdığı üçün çox təhlükəli istixana qazı sayılır. Əgər metan atmosferdə cəmi bir neçə gün qalsaydı, onun iqlimə təsiri demək olar ki, hiss olunmazdı.

Cəmi üç il əvvəl alimlər metanın parçalanmasını sürətləndirən başqa bir təbii mexanizm aşkar etmişdilər. Saxara səhrəsindən gələn toz Atlantik okeanı üzərində dəniz duzu ilə qarışaraq dəmir duzu aerozolları yaradır. Günəş işığının təsiri altında natrium xlorid parçalanır və yaxınlıqdakı metanı məhv edən xlor ayrılır.

"Kəşfin ən gözlənilməz hissəsi odur ki, eyni mexanizm vulkan şleyfində, tamamilə fərqli fiziki şəraitdə - stratosferdə də baş verir", deyə Kopenhagen Universitetindən Metyu Conson bildirib.

Xunqa-Tonqa-Xunqa-Haapay sualtı püskürmə olduğu üçün atmosferə çoxlu duzlu su və dəmirlə zəngin vulkan külü atıb. Beləliklə, metanı parçalaya bilən xlorun yaranması üçün bütün lazımi komponentlər mövcud olub.

İqlim hesablamalarına düzəlişlər

Alimlərin fikrincə, atmosferdəki toz hissəcikləri metan balansına - yəni atmosferə daxil olan və oradan yox olan metanın miqdarına - ciddi təsir göstərir. Əvvəllər bu faktor nəzərə alınmadığı üçün iqlim modellərində düzəlişlər etmək vacib sayılır.

Uzunmüddətli perspektivdə karbon qazı iqlim dəyişikliyinə ən böyük təsiri göstərən qaz olaraq qalır. Lakin metanın daha sürətli təsir göstərməsi səbəbindən bir çox iqlimşünas hesab edir ki, onun azaldılması daha təcili məsələdir.

Metanı daha sürətlə parçalamaq üçün dəmir duzu hissəciklərinin atmosferə buraxılması ilə bağlı tədqiqatlar davam edir. Lakin alimlər bu üsulun effektivliyini təsdiqləməyin çətin olduğunu bildirirlər.

Niderland Kral Meteorologiya İnstitutundan Yos de Laat qeyd edib ki, peyklər metan konsentrasiyasını əsasən Yer səthindən çox işıq əks olunan ərazilərdə ölçə bilir, okeanlar üzərində isə bu çətinləşir.

Alimlərin fikrincə, Xunqa-Tonqa-Xunqa-Haapay vulkanı bu problemin həllinə işarə edə bilər: atmosferdə formaldehidin izlənməsi metanın parçalanmasını ölçmək üçün əsas göstərici ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 962   Tarix: 23 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaponiya və Çin arasında Tayvan gərginliyi: Tokio mövqeyini dəyişmədiyini açıqlayıb

Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranan diplomatik gərginlik davam edir. Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. O, bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC

19 noyabr
.

Reuters: "Missuri məhkəməsi Bayer şirkətinin 7,25 milyard dollarlıq razılaşmasını təsdiqləyib"

ABŞ-ın Missuri ştatında məhkəmə Bayer şirkətinin Roundup adlı alaq otlarına qarşı mübarizə vasitəsinin xərçəngə səbəb olması ilə bağlı iddiaların həlli üçün təklif etdiyi 7,25 milyard dollarlıq razılaşmanı təsdiqləyib. Bu qərar Almaniya şirkətinin təxminən on ilə yaxındır üzləşdiyi hüquqi mübahisələri

21 noyabr
.

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund

21 noyabr
.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl

20 noyabr
.

ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: Birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur

ABŞ və Venesuela uzun müddət davam edən gərginlikdən sonra hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib. Yeni razılaşma çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərd

19 noyabr
.

Rusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı

Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"

20 noyabr
.

GTA VI satışa çıxarıldığı ilk gündə nə qədər gəlir əldə edib?

"Grand Theft Auto VI" (GTA VI) satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Take-Two Interactive" məlumat yayıb. Bildirilir ki, "Grand Theft Auto VI"nın ilk gündəki pərakəndə satışları bütün formatla

21 noyabr
.

Perunun And bölgəsində baş verən 6,8 bal gücündə zəlzələ Lima sakinlərini küçələrə çıxarıb

Alman Geologiya Elmləri Tədqiqat Mərkəzinin məlumatına görə, cümə günü Perunun mərkəzində 6,8 bal gücündə zəlzələ baş verib. Reuters-ə istinadən xəbər verir ki, paytaxt Limada bəzi insanlar küçələrə axışıb. Lakin itki və ya ciddi ziyan barədə dərhal məlumat verilməyib. Perunun Geofizika İnstitutunu

21 noyabr
.

Uitkoff və Kuşner Çindən Berlinə gedəcək

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi

19 noyabr