Dünyanın ən uzun çayında niyə körpü yoxdur? - 2 əsas səbəb
Dünyanın ən uzun çayı olan Amazon çayı Peru, Kolumbiya və Braziliya ərazisindən keçərək təxminən 6400 kilometr uzanır. Təəccüblü olsa da, bu çayın üzərində rəsmi olaraq heç bir körpü yoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə ng.24.hu saytı yazır.
Sürixdəki İsveçrə Federal Texnologiya İnstitutunun nümayəndəsi Valter Kaufmanın sözlərinə görə, əsas səbəb tələbin olmamasıdır. Amazon hövzəsinin böyük hissəsi çox seyrək məskunlaşıb, infrastruktur zəif inkişaf edib və bir çox bölgədə ümumiyyətlə yollar yoxdur. Buna yaxşı nümunə olaraq Makapa şəhəri göstərilir - yüz minlərlə insanın yaşadığı bu şəhərə Braziliyanın digər bölgələrindən quru yollarla getmək mümkün deyil və əsas nəqliyyat yolu çayın özüdür.
İkinci səbəb isə mühəndislik baxımından çətinliklərdir. Yağış mövsümündə Amazon çayının səviyyəsi 9 metrə qədər qalxa bilir, eni isə bir neçə kilometrdən onlarla kilometrə qədər dəyişir. Bundan əlavə, çayda bitki örtüyü ilə örtülü "matupa" adlanan böyük üzən adalar hərəkət edir və bu da istənilən körpü üçün ciddi təhlükə yaradır.
Cəngəlliyin özü də tikinti üçün əlverişli deyil: yumşaq və qeyri-sabit torpaq, sıx bitki örtüyü və güclü yağışlar infrastrukturu sürətlə sıradan çıxarır.
Bununla belə, Amazonun əsas axarında körpü olmasa da, onun ən böyük qolu olan Rio-Negro üzərində körpü mövcuddur. Manaus yaxınlığında yerləşən bu körpü Felipi Dau adlı jurnalistin adını daşıyır.
Mütəxəssislər həmçinin ekoloji riskləri də vurğulayırlar: Amazon regionunda meşələrin 95%-i yolların yaxınlığında məhv edilir, çünki yollar ağac kəsimi və sənaye fəaliyyətinə çıxış yaradır. Buna görə bir çox alim hesab edir ki, Amazon çayı uzun müddət körpüsüz qala bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 492 Tarix: 26 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim
11 oktyabrSüni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrDalinin üz qabığını hazırladığı kitab oğurlandı
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd
6 oktyabrYataq dəstlərini yumşaldan sadə üsul
Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək
4 oktyabrTozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR
Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay
11 oktyabrYüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
6 oktyabrPaltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə
4 oktyabrPulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video
Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri
4 oktyabrEvin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
Hər evdə, salonda heç nədən xəbəri olmadan yetişdirilən bu bəzək bitkisi az qala bir uşağın həyatına son qoyurdu. Türkiyənin Tokat bölgəsində 2 yaşlı uşağın yarpağından bir parça dişləməsi ilə başlayan kabus reanimasiyada bitib. xəbər verir ki, difenbaxiya bitkisi bitkidən qopardığı kiçik bir parçan
3 oktyabr