May ayında ölümcül istilər Avropada rekordlar qırır
Bu həftə Avropa qeyri-adi istilik dalğası ilə üzləşib: bir çox ölkələrdə temperatur rekordları yüksək təzyiq zonasının ("istilik qübbəsi") təsiri altında yenilənib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır.
Çərşənbə axşamı Böyük Britaniyada may ayı üçün maksimum temperatur rekordu qeydə alınıb: London Kyu Kral Botanika Bağında 35,1°C ölçülüb. Bu göstərici bir gün əvvəl qeydə alınan 34,8°C rekordunu da keçib. Bundan əvvəl may ayı üzrə rekord 1922-ci ildə 32,8°C olmuş, 1944-cü ildə isə təkrarlanmışdı.
İrlandiyada da may ayı üçün temperatur rekordu yenilənib: Killarni (cənub-qərb) və Klonmel (cənub) meteoroloji stansiyalarında 28,8°C qeydə alınıb.
Təkcə gündüz temperaturları deyil, gecə minimumları da rekord səviyyəyə çatıb. Çərşənbə axşamı gecəsi İngiltərənin cənub-qərbindəki Kemborn şəhərində temperatur 21,4°C-dən aşağı düşməyib və bu, "tropik gecə" kimi qiymətləndirilib.
Fransada isə bazar ertəsi və çərşənbə axşamı temperatur 36°C-yə qədər yüksəlib və bu, ölkə tarixində ən isti may günləri olub. Fransa hökumət nümayəndəsinin sözlərinə görə, bu istilər nəticəsində birbaşa və ya dolayı yolla 7 nəfər həyatını itirib.
Qeyd olunur ki, Avropanın bəzi bölgələrində temperatur mövsüm norması ilə müqayisədə 10-15°C daha yüksəkdir. Həftənin qalan günlərində istilik 5-10°C yüksək qalacaq, lakin gələn həftə Böyük Britaniyada tədricən azalma gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 489 Tarix: 30 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək
Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund
21 noyabrABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl
20 noyabrRusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı
Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"
20 noyabrGTA VI satışa çıxarıldığı ilk gündə nə qədər gəlir əldə edib?
"Grand Theft Auto VI" (GTA VI) satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Take-Two Interactive" məlumat yayıb. Bildirilir ki, "Grand Theft Auto VI"nın ilk gündəki pərakəndə satışları bütün formatla
21 noyabrUitkoff və Kuşner Çindən Berlinə gedəcək
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi
19 noyabr