Zelenskidən yeni sanksiyalar: Siyahıya İran vətəndaşları da daxil edildi
Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar paketini təsdiqləyən fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, dövlət başçısının rəsmi saytında dərc olunan sənədə əsasən, Ukrayna bu addımı ilə öz sanksiyalarını Avropa İttifaqının qərarları ilə uyğunlaşdırıb. Qüvvəyə minən yeni məhdudiyyətlər ümumilikdə 120 fiziki şəxsə və təşkilata şamil edilir.
Ukraynanın tətbiq etdiyi yeni sanksiyalarına 16 Rusiya vətəndaşı və şirkətləri, həmçinin Belarus, İran, BƏƏ, eləcə də digər ölkələrdən olan 31 şirkət məruz qalıb. Bundan əlavə, sanksiyalar 19 İran vətəndaşını və 7 Sudan vətəndaşını əhatə edib.
Xatırladaq ki, aprelin ayının 17-də Volodimir Zelenski Rus Pravoslav Kilsəsinin nümayəndələrinə qarşı Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarını tətbiq edib. Siyahıya doqquz dini xadim daxil edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 426 Tarix: 31 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUKMTO: Oman sahillərində daha bir tanker vurulub
Hörmüz boğazında sutka ərzində ikinci tanker atəşə tutulub. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omanın Əl-Həsəb şəhərindən 17 dəniz mili şərqdə baş vermiş insiden
21 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrİndoneziyada Semeru vulkanı iki dəfə püskürüb
İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı iki dəfə püskürüb. xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin bəyanatında bildirilib. Kül vulkanın zirvəsindən 700 m, dəniz səviyyəsindən isə 4 376 m hündürlüyə çatıb. Qurum ətra
19 noyabrTramp Rubio və Vensin yanında aparat rəhbərinə prezident olmağı təklif etdi
ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri dünyanın ən güclü adamı adlandıraraq, zarafatla ondan prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu bəyanatla Ağ Evdəki brifinq zamanı çıxış edib. "Hazırda b
21 noyabr