"Sosial media uşaqların psixi sağlamlığının pisləşməsinin əsas səbəblərindən biridir" - DEPUTAT

"Sosial media uşaqların psixi sağlamlığının pisləşməsinin əsas səbəblərindən biridir" - DEPUTAT"Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 6-cı bəndində də qeyd olunur ki, "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir". Uşaq hüquqlarına dair qoşulduğumuz beynəlxalq konvensiyalar da bunu tələb edir" , - bunları Sonxeber.az -a danışan deputat Pərvanə Vəliyeva deyib:

"Prezident İlham Əliyev tərəfindən 27 fevral 2026-cı ildə imzalanmış "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında sərəncam" sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı yeni hüquqi mexanizmlərin hazırlanması, məktəblərdə cihaz istifadəsinə qaydaların müəyyən edilməsi, kurikulumlara rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzularının daxil edilməsi, həmçinin valideyn və uşaqlar üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Həmçinin, cari ilin əvvəlində "Uşaq hüquqları haqqında" AR qanunu da rəqəmsal mühitdə uşaqların hüquqlarının qorunmasına və yeni tənzimləmələrin olmasına diqqət çəkmişdi. Məqsəd uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini və sağlam inkişafını təmin etməkdir.
Azərbaycanda rəqəmsallaşmanın sürətlənməsi və sosial şəbəkələrin uşaqların həyatında erkən yaşdan geniş yer tutması onların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsini zəruri edir. Beynəlxalq təcrübəyə əsaslanaraq, uşaqların zərərli məzmundan qorunması, yaş məhdudiyyətlərinin tətbiqi, məlumat təhlükəsizliyinin gücləndirilməsi və platformaların məsuliyyətinin artırılması hazırda ölkəmizdə aktual məsələdir.
Sosial media uşaqların psixi sağlamlığının pisləşməsinin əsas səbəblərindən biridir. Çoxsaylı xarici tədqiqatlar göstərir ki, uşaqlar və yeniyetmələr sosial mediadan nə qədər çox istifadə edirlərsə, depressiyaya düşmə riskləri bir o qədər artır. Eyni zamanda araşdırmalar sübut edib ki, uşaqlar və yeniyetmələr bir aydan artıq müddətdə sosial mediaya məruz qalmanı azaltdıqda və ya tamamilə dayandırdıqda, onların psixi sağlamlığında yaxşılaşma müşahidə olunur. Platformalar uşaqların psixi sağlamlıq böhranının dərinləşməsində mərkəzi rol oynadıqlarını bilirlər. Meta şirkətinin öz daxili araşdırmasına görə, yeniyetmələr narahatlıq və depressiya hallarının artmasına görə Instagram-ı günahlandırırlar.
Hazırda sosial medianın "onlayn vaxtı pula çevirmə" modeli şirkətlərə uşaqlara nifrət dolu, depressiv və problemli məzmun təqdim etməyə imkan verir ki, bu da yeniyetmələrin psixi sağlamlıq böhranını gücləndirmiş ola bilər.

Digər tərəfdən, hesab yaratmadan da bir çox sosial platformaları izləmək mümkündür. Bunu texniki cəhətdən əngəlləmək mümkün ola bilər, ancaq burada uşağın qanuni nümayəndəsinin də məsuliyyəti və nəzarəti artmalıdır. Tətbiq edilən qadağalardan sonra uşaq valideynin ağıllı telefonu və sosial media hesablarını istifadə edəcəksə, tənzimləmələr göstəriciləri yaxşılaşdırmayacaq. Ona görə də, valideynlər də rəqəmsal savadlılığının artırılması üzrə tədbirlərin fəal iştirakçısı olmalıdır.
Bu məqsədlə Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilir. Belə ki, sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən olunmuşdur.
Çünki 16 yaşınadək dövrdə uşaqlar ətraf mühiti tam şəkildə dərk etmədikləri üçün müxtəlif qrupların söhbətlərinə qoşulmaları və manipulyasiyaya məruz qalmaları daha asan baş verir. Həmçinin, yaş həddinin müəyyən olunmasında beynəlxalq təcrübəyə də istinad olunub.
Layihəyə əsasən, 16-18 yaş aralığında olan şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yaratması, həmin hesablardan istifadə etməsi və məzmun paylaşması yalnız qanuni nümayəndələrinin razılığı və nəzarəti altında mümkün olacaqdır.
Sosial media platformaları, həmçinin, uşaqların paylaşımlara nə qədər baxdıqlarını və nəyə klik etdiklərini izləyərək onları platformada ən uzun müddət saxlamaq üçün fərdi şəkildə məzmun müəyyən edir və davamlı olaraq bu məzmunları onların qarşısına çıxarır. Bu, alqoritmdir. Alqoritmlər həm də uşaqları manipulyasiya edir, uyğun olmayan kontentlərə yönləndirməklə, qəsdən və bilərəkdən onları zərərli məzmunlar izləməyə vadar edir.
Qanun layihəsi, eyni zamanda, sosial şəbəkə platformalarının üzərinə uşaqların təhlükəsizliyinin qorunması, zərərli və təhlükəli məzmunun qarşısının alınması, şəxsi məlumatların mühafizəsi, qanunvericiliyə zidd məlumatların operativ şəkildə aradan qaldırılması və aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edilməsi kimi mühüm öhdəliklər qoyulur.
Qanun layihəsinin qəbul olunması rəqəmsal məkanda uşaqların hüquqlarının müdafiəsinin gücləndirilməsinə, daha təhlükəsiz informasiya mühitinin formalaşdırılmasına, sosial media platformalarının fəaliyyətinə dair hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və dövlətin nəzarət imkanlarının artırılmasına mühüm töhfə verəcəkdir. Onu da qeyd edim ki, "YouTube Kids", uşaqlar üçün zehni inkişaf etdirən digər proqramlar, təhsil platformaları və videokonfrans xidmətləri isə sosial media kimi qiymətləndirilmir. Uşaqların rəqəmsal mühit üzrə savadlılığı artırılan zaman onlar, həmçinin, doğru proqramlara istiqamətləndirilməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 705   Tarix: 10 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA

Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməs

17 sentyabr
.

İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam

17 sentyabr
.

ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr

16 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

16 sentyabr
.

Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

16 sentyabr
.

Diplomatik səfər niyə narahatlıq yaratdı? Qarabağ reallığının yerində görülməsinə erməni revanşist dairələrdən sərt reaksiya

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regiondakı yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından diqqətçəkən hadisələrdən biri oldu. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat

17 sentyabr
.

"Kənd məhsulu" adı məhsulun yüksək keyfiyyətli olması demək deyil - AÇIQLAMA

Bazarda "kənd məhsulu", "təbii məhsul" və "ev məhsulu" adı ilə müxtəlif qida məhsulları satılır. İstehlakçı isə məhsulun həqiqətən kənd şəraitində hazırlanıb-hazırlanmadığını və təhlükəsizlik tələblərinə cavab verib-vermədiyini yalnız görünüş və dada əsasən müəyyən etməkd

17 sentyabr
.

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Universitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsi

16 sentyabr