Sosial sorğu: İsraildə Netanyahunun siyasətdən getməsi istənilir

Sosial sorğu: İsraildə Netanyahunun siyasətdən getməsi istənilirİsrail vətəndaşlarının əksəriyyəti Baş nazir Benyamin Netanyahunun siyasətdən getməsinin və növbəti parlament seçkilərində iştirak etməməsinin vaxtının çatdığını düşünürlər.

"Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bunu "Channel 12" telekanalının sorğusunun nəticələri təsdiqləyib.

Araşdırmaya əsasən, respondentlərin 59 %-i hesab edir ki, Netanyahu seçkilərdə yenidən namizədliyini irəli sürməməlidir. Sorğuda iştirak edənlərin 33 %-i əks fikirdədir, daha 8 %-i isə cavab verməkdə çətinlik çəkib.

Sorğu zamanı iştirakçılardan hakim "Likud" partiyasının rəhbəri vəzifəsində Netanyahunu kimin əvəz etməli olduğunu göstərmələri istənilib.

Ən böyük dəstəyi İsrailin iqtisadiyyat naziri Nir Barkat alıb, onun partiyanın gələcək lideri qismində namizədliyini sorğuda iştirak edənlərin 18 %-i dəstəkləyib.

Daha sonra ədliyyə naziri Yariv Levin (9 %), müdafiə naziri İsrael Kats (7 %) və Knesset spikeri Əmir Ohana (6 %) gəlir.

Telekanal sorğu iştirakçılarının sayı haqqında məlumat verməyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 178   Tarix: 21 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnsan bədəninin humusa çevrilməsi: Almaniyanın bir əyalətində ekoloji dəfn metodu təsdiqləndi

Almaniyanın Şlezviq-Holşteyn əyalətinin parlamenti "Reerdigung" - yəni "torpağa qaytarılma" adlanan yeni dəfn üsulunu qanuna daxil edib. xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. Məlumata görə, bu, Almaniyada sözügedən dəfn formasını qanunla təsbit edən ilk əyalətdir

20 iyun
.

"WhatsApp" Türkiyədə pullu oldu

Dünyanın ən populyar mesajlaşma platformalarından olan "WhatsApp" Türkiyədə yeni ödənişli abunə modelini təqdim edib. xəbər evrir ki, yeni premium paket aylıq 41,99 TL dəyərindədir və istifadəçilərə əlavə fərdiləşdirmə imkanları təqdim edir. Abunəçilər tətbiqin ikonası və mövzusunu dəyişə

20 iyun
.

Məşhur telekomediya rejissoru Ceyms Berrouz vəfat etdi

"Dostlar" və "Böyük partlayış nəzəriyyəsi" kimi məşhur serialların ABŞ-li rejissoru Ceyms Berrouz 86 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "New York Times" nəşri mərhumun sözçüsü Rik Rozenə istinadən məlumat yayıb. O, rejissorun vəfatını təsdiqləsə də, ölümün səbəb

20 iyun
.

Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb

Konqo Demokratik Respublikasında ebola qızdırmasından təsdiqlənmiş ölüm hallarının sayı 245-ə çatdı. "Report"un Konqo Mətbuat Agentliyinə istinadən məlumatına görə, bu barədə səhiyyə naziri Samuel Roje Kamba xəstəliyin hazırkı alovlanma ocağına çevrilmiş İturi əyalətinin inzibati mərkəzi ola

21 iyun
.

Kobaxidze: Azərbaycan, Türkiyə və Ermənistanla çox yaxşı münasibətlərimiz var

Gürcüstanın Azərbaycan, Türkiyə və Ermənistanla çox yaxşı münasibətləri var. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu adıçəkilən ölkənin Baş naziri İrakli Kobaxidze Tacikistana səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Baş nazir qeyd edib ki, Gürcüstan yeddi ölkəni Qar

20 iyun
.

Brüssel qərar verdi: Aİ Ukrayna münaqişəsinin həllində rolunu aktivləşdirir

Avropa Ukraynadakı münaqişənin nizamlanmasında aparıcı rol oynamalıdır. Belə bir nəticəni 18 iyun tarixində Avropa İttifaqı (Aİ) Şurasının iştirakçıları Brüsseldə keçirilən sammitin birinci gününün yekunlarına əsasən qeyd ediblər. xəbər verir ki, bu barədə Avropa Şurasının saytındakı bəyanatda deyilir

19 iyun
.

ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib

ABŞ və İran arasında anlaşma memorandumu imzalandıqdan sonra artıq azı 25 gəmi Hörmüz boğazından keçib. "Report" xəbər verir ki, bu barədə "Washington Post" qəzeti "Kpler" analitik şirkətinə istinadən məlumat yayıb. "Cümə axşamı 25 gəmi Hörmüz boğazından keçib. Bu

21 iyun
.

Övladlığa götürülən 11 yaşlı uşaq, 38 yaşlı dələduz çıxdı - Film kimi HƏYAT

Bir cütlüyün kilsədə tanış olduqları və kimsəsiz olduğunu düşündükləri qıza sahib çıxması gözlənilməz hadisə ilə nəticələnib. BBC -yə istinadən xəbər verir ki, bu hadisə bütün Brazilyanı şoka salıb. Ər-arvad kilsədə gördükləri qıza evlad kimi yanaşıb, ona yardım etməyə və həyatına dəstək olmağa çalışıblar

21 iyun
.

Argentinada gənc futbolçu meydanda oyun zamanı öldü

Argentinada futbol matçı gedişatında sinə nahiyəsindən top zərbəsi alan 14 yaşlı oyunçu həyatını itirib. xəbər verir ki, bu barədə "Need to know" nəşri məlumat dərc edib. Məlumata görə, bədbəxt hadisə iyunun 16-da baş verib. 14 yaşlı Benyamin Valentin Donofrio La-Banda şəhərinin "Klu

21 iyun