Pentaqon süni intellektdən istifadə arealını genişləndirir
ABŞ-nin Hərb Nazirliyi zərbə hədəflərinin müəyyənləşdirilməsi ilə bağlı doktrinasını yeniləyərək, gələcəkdə bu prosesdə süni intellektə (Sİ) daha geniş yer verilə biləcəyini qeyd edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilir ki, yeni qaydalar insan nəzarəti altında Sİ-nin hərəkətə keçdiyi sistemlərə keçid ehtimalını nəzərdə tutur. Agentlik vurğulayıb ki, hazırkı prinsiplərə əsasən, hərəkəti insan başladır.
"Gələcək döyüş əməliyyatlarının sürəti və rəqiblərimizin Sİ sahəsindəki nailiyyətləri ABŞ Silahlı Qüvvələrindən tam avtonom sistemlərin tətbiqinə başlamağı tələb edə bilər", - deyə məqalədə qeyd olunub.
ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin nümayəndəsi agentliyə açıqlamasında qeyd edib ki, hədəflərin müəyyən edilməsi doktrinasına edilən dəyişikliklər uzunmüddətli kompleks prosesin nəticəsidir və müxtəlif vəziyyətlərdə əldə edilmiş təcrübələri özündə cəmləşdirir. Öz növbəsində Pentaqon rəsmisi hərbi idarə tərəfindən istifadə olunan Sİ texnologiyalarının avtonom rejimdə hədəf seçmədiyini və zərbə endirmədiyini, hər bir qərar üzərində komandanlığın nəzarətinin saxlanıldığını bildirib.
Bundan əvvəl ABŞ mətbuatı xəbər verib ki, ABŞ ordusu İrana qarşı əməliyyat planlaşdırarkən hədəflərin seçilməsi üçün "Claude" Sİ modelinə əsaslanan "Maven Smart System" uçuşları idarəetmə platformasından istifadə edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 407 Tarix: 26 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək
Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund
21 noyabrABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl
20 noyabrRusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı
Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"
20 noyabrGTA VI satışa çıxarıldığı ilk gündə nə qədər gəlir əldə edib?
"Grand Theft Auto VI" (GTA VI) satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Take-Two Interactive" məlumat yayıb. Bildirilir ki, "Grand Theft Auto VI"nın ilk gündəki pərakəndə satışları bütün formatla
21 noyabrUitkoff və Kuşner Çindən Berlinə gedəcək
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi
19 noyabr