Baş nazir: Xorvatiya 2030 ilə qədər müdafiə xərclərini artıracaq
Xorvatiya 2030-cu ilə qədər müdafiə xərclərini planlı şəkildə artırmağı davam edəcək.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Dubrovnik Forumu çərçivəsində keçirilən "Çoxqütblülük dövrü: Yeni reallıqların idarə olunması" adlı paneldə bildirib.
Baş nazir qeyd edib ki, Rusiyanın Ukraynada apardığı müharibə Avropanın təhlükəsizlik arxitekturasını dəyişdirən dönüş nöqtəsi oldu və müdafiə potensialının sistemli şəkildə gücləndirilməsinin vacibliyini göstərdi:
"Xorvatiya müdafiə xərclərini ÜDM-in 2 %-i səviyyəsinə çatdırmaq hədəfini yerinə yetirib və 2030-cu ilə qədər bu göstəricini planlı şəkildə artırmağı davam etdirəcək. Bu isə sabit iqtisadi artım və dövlət maliyyəsinin məsuliyyətli idarə olunması sayəsində əsas prioritetlərin maliyyələşdirilməsi üçün fiskal imkanlar yaradır".
O, həmçinin Avropanın müdafiə sənayesi və texnoloji bazasının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb:
"Xorvatiya bu sahədə öz imkanlarını inkişaf etdirir və getdikcə daha çox Xorvatiya şirkəti müasir müdafiə texnologiyaları və innovativ həllər sahəsində uğurla mövqe tutur".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 287 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkədə 10 avroya dağ havası satılır
Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı
15 sentyabrNATO qırıcıları ilk dəfə Litva üzərində pilotsuz təyyarəni vurub
Litva prezidenti Gitanas Nauseda NATO qırıcı təyyarələrinin Litva səmasında bir pilotsuz təyyarəni vurduğunu bildirib. xəbər verir ki, X sosial şəbəkəsində təfərrüatları açıqlamadan "Müttəfiqlərə tez reaksiyalarına görə təşəkkür edirəm" yazıb. LRT qəzetinin məlumatına görə, pilotsuz təyyar
15 sentyabrAsahi: Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər
Səudiyyə neftinin Asiyaya çatdırılma müddəti Babül-Məndəb boğazının bağlanması halında 2,5 dəfə artaraq gediş-gəliş üçün təxminən 100 gün təşkil edə bilər. "Report"un "Asahi"yə istinadən verdiyi məlumata görə, bunu Yaponiya Gəmi Sahibləri Assosiasiyasının məlumatları göstərir. Yaxı
13 sentyabrGələn il Tokioda pilotsuz taksilərin işə salınması planlaşdırılır
ABŞ-nin "Waymo" şirkəti, "GO" taksi çağırış tətbiqi operatoru və "Nihon Kotsu" taksi şirkəti Tokioda 2027-ci ildə tam avtonom taksi xidmətlərini işə salmağı planlaşdırdıqlarını açıqlayıb. Bu barədə "Report" "Kyodo"ya istinadən xəbər verir. Xidmətin tədricə
15 sentyabrWSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
13 sentyabrAyda yadplanetlilərin izləri ola bilər: Alimlər harada axtarmağı tapdılar
Çoxdan yox olmuş potensial yadplanetlilərin texnologiyalarının kiçik fraqmentləri ulduzlararası məkanı keçərək Aya düşmüş ola bilər. Yadplanetli mənşəli bu texnoloji qalıqları aşkar etmək, ehtimal ki, nisbətən asan olacaq. "Live Science"a istinadən xəbər verir ki, alimlər uzun müddətdir kosmosd
13 sentyabr