KİV: Tramp Alyaskada Putinlə əldə olunan razılaşmalardan imtina edə bilər
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində ötən il baş tutmuş ikitərəfli görüş zamanı əldə etdiyi bəzi razılaşmalardan imtina edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalının öz mənbələrinə istinadən dərc olunan materialında qeyd olunur.
Qeyd olunub ki, Tramp bu barədə Fransada keçirilmiş "Böyük yeddilik" (G7) sammitində xarici liderlərə bildirib.
"Sammitdə iştirak edən iki məmur bildirib ki, Tramp Putinlə bağlı məyusluğunu ifadə edib və hətta Ankoric razılaşmalarından imtina edə biləcəyinə işarə edib", - deyə məqalədə bildirilir.
Nəşrin mənbəsinin sözlərinə görə, Trampın skeptik yanaşmasına baxmayaraq, digər G7 liderləri onun bu istiqamətdə həqiqətən hansısa addım atacağına inanmırlar.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiya və ABŞ prezidentləri Ankoricdə Ukraynada nizamlanma ilə bağlı yekun razılaşmalar əldə etməyiblər.
2025-ci il avqustun 15-də Ankoric yaxınlığındakı hərbi bazada Rusiya və ABŞ liderlərinin görüşü keçirilib. Danışıqların yekunlarına dair mətbuat üçün bəyanatında Putin Ukraynadakı münaqişənin nizamlanmasının sammitin əsas mövzusu olduğunu bildirib. O, ABŞ ilə ikitərəfli münasibətlərdə yeni səhifə açmağa və əməkdaşlığa qayıtmağa çağırıb, həmçinin Trampı Moskvaya dəvət edib. Öz növbəsində Ağ Evin sahibi danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib, lakin tərəflərin bütün məsələlər üzrə razılığa gələ bilmədiyini qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 305 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Axios": ABŞ xarici hökumətlər üçün ən yaxşı tərəfdaş statusunu itirir
ABŞ ehtiyatların saxlanması, silahların alınması və tələbələrin təhsili baxımından xarici hökumətlər üçün üstünlük verilən seçim statusunu itirir. "Report"un xəbərinə görə, bu barədə "Axios"un məqaləsində bildirilir. Nəşr qeyd edib ki, hətta məhdud vəsait axını və ABŞ-dən asılılığı
13 sentyabrTramp İranın onunla razılaşmaq istədiyini düşünür
ABŞ prezidenti Donald Tramp bir daha İranla münaqişəyə tezliklə son qoya biləcəyini bildirib. xəbər verir ki, o, Şimali Karolinada jurnalistlərə bildirib:. "Ümid edirəm ki, müharibənin sonuna yaxınlaşırıq. İran razılaşma əldə etmək istəyir, görək işlər necə gedəcək". Daha əvvəl Tramp Tehranl
17 sentyabrİslandiya balina ovunu birdəfəlik qadağan edə bilər
İslandiya hökuməti kommersiya məqsədli balina ovunun tam qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Qanun qəbul edilərsə, balina ovunu kommersiya məqsədilə davam etdirən əsas ölkələrin sayı daha da azalacaq. İslandiyanın qərarı balinaları
13 sentyabrHellouin təhlükə altında: İsti hava bayramın əsas simvolunu məhv edə bilər
Bu il Hellouin üçün yetişdirilən balqabaqlar ənənəvi fənərlər hazırlamaq üçün çox kiçik ola bilər. Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, buna rekord istilik dalğaları və məhsulun inkişafına mənfi təsir göstərən uzunmüddətli quraqlıq səbəb olub. Narıncı balqabaqlar ənənəv
16 sentyabrAlimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Alimlər kainatın sonunun nə vaxt baş verə biləcəyini hesablayıblar. Nəticələr Kornell Universiteti, Şanxay Tsyaotun Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları tərəfindən əldə edilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazıb. Tədqiqata görə, NASA ekspertlərinin də dəstəklədiy
14 sentyabrBritaniyada inflyasiya son 5 ayın maksimumuna çatıb
Böyük Britaniyada illik inflyasiya avqust ayında 3,1%-ə yüksəlib. xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsinin hesabatında deyilir. Bu, son beş ayda ən böyük artımdır və iyul ayındakı 2,9% artımı da üstələyir. İstehlak qiymətlərinin artımının əsas səbəbi, Yaxın Şərqdə yenidən başlaya
16 sentyabrBu ölkədə 10 avroya dağ havası satılır
Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı
15 sentyabrRusiyadan Ermənistana təbii qaz tədarükü dayandırılacaq
Rusiya Federasiyasında planlaşdırılan profilaktik və təmir işləri ilə əlaqədar olaraq Ermənistana təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılacaq. xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC məlumat yayıb. "Rusiya Federasiyasında Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində planlaşdırıla
14 sentyabr