İsrail öz ordusunu Livanın cənubundan çıxarması üçün şərtlərini açıqlayıb
"İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından qoşunlarını "Hizbullah" təşkilatının silahlı dəstələri tərk-silah edilənədək çıxarmayacaq".
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats ölkələr arasında əldə olunan razılaşmanı şərh edərkən bildirib.
"İsraillə Livan arasındakı çərçivə sazişi bizim üçün təhlükəsizlik sahəsində tarixi hadisə və mühüm siyasi nailiyyətdir. Razılaşmada müəyyən edilən mühüm prinsip ondan ibarətdir ki, Livanın bütün ərazisində "Hizbullah" tərk-silah edilənədək və İsrailin şimalındakı sakinlərin təhlükəsizliyi təmin olunana qədər İsrail qüvvələri Livanın cənubundan çıxarılmayacaq.
İsrail Livandan qoşunlarını çıxarmayıb və Bofor silsiləsi də daxil olmaqla, Livanın cənubunda təhlükəsizlik zonasını saxlayır. Bundan əlavə, SAXAL İsrailin şimalındakı əsgərlərə və yaşayış məntəqələrinə hücumların qarşısını almaq üçün fəaliyyət azadlığını qoruyur", - deyə nazir bildirib.
İsrail müdafiə nazirinin fikrincə, razılaşma, həmçinin İsraili Livandan qoşunlarını çıxarmağa məcbur etməyə çalışan İran üçün "strateji zərbədir". Kats bildirib ki, Livanın gələcəyi artıq İran və "Hizbullah" tərəfindən müəyyən edilməyəcək və İran razılaşmanın icrasına mane olmaq üçün İsrailə hücum etməyə çalışarsa, İsrail buna "böyük güclə" cavab verəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 139 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrandan Bəhreyn ərazisinə PUA hücumu: Xarici İşlər Nazirliyindən bəyanat
İran Bəhreyn ərazisinə dronlarla hücum edib. -ın "Bəhreyn" agentliyinə istinadən xəbərinə görə, bu barədə krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Xarici İşlər Nazirliyi sübh tezdən İranın PUA-lardan istifadə etməklə Bəhreynə hücumunu ən sərt şəkildə pisləyir. Bu, (Bəhreynin
27 iyunGünəşdən yanmısınız? - Dərini bərpa etməyin ən doğru yolları
Yayda çimərlikdə istirahət çox vaxt yalnız gözəl qaralma ilə deyil, həm də dəridə qızartı, quruluq və dartılma hissi ilə nəticələnir. Çimərlikdən sonrakı ilk günlərdə dəriyə düzgün qulluq uzunmüddətli qıcıqlanmanın və piqmentasiyanın qarşısını almağa kömək edir. bildirir ki, bu barədə məlumat yayıb
27 iyun"Tik-tok" trendi uşaqları xəstəxanalıq etdi - Valideynlərə XƏBƏRDARLIQ
Sosial şəbəkələrdə sürətlə yayılan yeni trend valideynlər arasında narahatlıq yaradıb. Məlumata görə, yeniyetmələr məşhur "skvişi" (yumşaq antistres) oyuncaqlarını mikrodalğalı sobada qızdıraraq onların partlamasını lentə alırlar. Bu təhlükəli əyləncə nəticəsində artıq bir neçə uşaq ciddi yanı
28 iyunMariya Stenerqard: Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır
İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard dayanıqsız atəşkəs rejimi fonunda Yaxın Şərqdəki vəziyyəti "son dərəcə gərgin" kimi xarakterizə edib. "Report" xəbər verir ki, bu barədə İsveçin XİN rəhbəri "X" sosial şəbəkəsində yazıb. "Yaxın Şərqdə vəziyyət həl
27 iyunTramp Avropa ölkələrini 100%-lik rüsumlarla hədələdi
ABŞ Prezidenti Donald Tramp Amerika şirkətlərinin rəqəmsal xidmətlərinə vergi qoyan istənilən ölkənin ABŞ-yə ixrac etdiyi mallara 100 faizlik gömrük rüsumu tətbiq etməyə hazır olduğunu bildirib. xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar lideri "Truth Social" platformasında paylaşım edib
28 iyunAvropada anomal istilər: Parisdə morqlar dolub
"Fransada hökm sürən anomal istilər ölüm hallarının fəlakətli şəkildə artmasına səbəb olub. Parisdə morqlar tam dolub, krematoriyalar isə gələn həftə böyük yüklənməyə hazırlaşır". xəbər verir ki, bu barədə BFMTV telekanalına müsahibəsində "Family Obsèques" dəfn bürosunun direktor
28 iyun