SEPAH-dan Vaşinqtona sərt xəbərdarlıq: "Əsl cəhənnəm gözləyir"
İran Vaşinqtonun hərbi əməliyyatından sonra ABŞ Silahlı Qüvvələrinin Küveyt və Bəhreyndəki mühüm infrastruktur obyektlərinə cavab zərbələri endirib.
Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.
"SEPAH bu gün həyata keçirilən birgə raket və pilotsuz uçuş aparatı əməliyyatı zamanı ballistik raketlər və dronlardan istifadə edərək ABŞ hərbçilərinin Küveytdəki "Əli əs-Saləm" bazasında və Bəhreynin Salman limanındakı Beşinci Donanma bazasında yerləşən səkkiz mühüm infrastruktur obyektini məhv edib", - deyə bəyanatda bildirilib.
SEPAH ABŞ-yə xəbərdarlıq edib ki, yaxın vaxtlarda onun regiondakı bazalarını əsl cəhənnəm gözləyir.
"ABŞ tərəfindən Sirikin nizamsız şəkildə atəşə tutulması elit qüvvələrimizin Hörmüz boğazı üzərindəki nəzarəti məsələsini həll etmir. Regiondakı Amerika bazaları isə tamam başqa məsələdir. Yaxın günlərdə onları əsl cəhənnəm gözləyir", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, daha əvvəl ABŞ Silahlı Qüvvələri İran ərazisinə hücum edib. Bu barədə ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Qeyd edilir ki, bu addım İranın Hörmüz boğazında "kommersiya gəmiçiliyinə qarşı davam edən təcavüzünə" cavab tədbiri olub.
ABŞ-nin hərbi aviasiyası İranın hərbi müşahidə infrastrukturu obyektlərinə, rabitə sistemlərinə, hava hücumundan müdafiə mövqelərinə, dronların saxlanma yerlərinə və dəniz minalarının düzülməsi vasitələrinə zərbələr endirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 427 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Axios": ABŞ xarici hökumətlər üçün ən yaxşı tərəfdaş statusunu itirir
ABŞ ehtiyatların saxlanması, silahların alınması və tələbələrin təhsili baxımından xarici hökumətlər üçün üstünlük verilən seçim statusunu itirir. "Report"un xəbərinə görə, bu barədə "Axios"un məqaləsində bildirilir. Nəşr qeyd edib ki, hətta məhdud vəsait axını və ABŞ-dən asılılığı
13 sentyabrTramp İranın onunla razılaşmaq istədiyini düşünür
ABŞ prezidenti Donald Tramp bir daha İranla münaqişəyə tezliklə son qoya biləcəyini bildirib. xəbər verir ki, o, Şimali Karolinada jurnalistlərə bildirib:. "Ümid edirəm ki, müharibənin sonuna yaxınlaşırıq. İran razılaşma əldə etmək istəyir, görək işlər necə gedəcək". Daha əvvəl Tramp Tehranl
17 sentyabrİslandiya balina ovunu birdəfəlik qadağan edə bilər
İslandiya hökuməti kommersiya məqsədli balina ovunun tam qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Qanun qəbul edilərsə, balina ovunu kommersiya məqsədilə davam etdirən əsas ölkələrin sayı daha da azalacaq. İslandiyanın qərarı balinaları
13 sentyabrHellouin təhlükə altında: İsti hava bayramın əsas simvolunu məhv edə bilər
Bu il Hellouin üçün yetişdirilən balqabaqlar ənənəvi fənərlər hazırlamaq üçün çox kiçik ola bilər. Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, buna rekord istilik dalğaları və məhsulun inkişafına mənfi təsir göstərən uzunmüddətli quraqlıq səbəb olub. Narıncı balqabaqlar ənənəv
16 sentyabrAlimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Alimlər kainatın sonunun nə vaxt baş verə biləcəyini hesablayıblar. Nəticələr Kornell Universiteti, Şanxay Tsyaotun Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları tərəfindən əldə edilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazıb. Tədqiqata görə, NASA ekspertlərinin də dəstəklədiy
14 sentyabrBritaniyada inflyasiya son 5 ayın maksimumuna çatıb
Böyük Britaniyada illik inflyasiya avqust ayında 3,1%-ə yüksəlib. xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsinin hesabatında deyilir. Bu, son beş ayda ən böyük artımdır və iyul ayındakı 2,9% artımı da üstələyir. İstehlak qiymətlərinin artımının əsas səbəbi, Yaxın Şərqdə yenidən başlaya
16 sentyabrBu ölkədə 10 avroya dağ havası satılır
Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı
15 sentyabrRusiyadan Ermənistana təbii qaz tədarükü dayandırılacaq
Rusiya Federasiyasında planlaşdırılan profilaktik və təmir işləri ilə əlaqədar olaraq Ermənistana təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılacaq. xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC məlumat yayıb. "Rusiya Federasiyasında Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində planlaşdırıla
14 sentyabr