Alman avtomobil sənayesi Çin faktoruna görə ixtisarlara başlayıb
Çin brendlərinin Avropa bazarında mövcudluğunu sürətlə artırması fonunda Almaniyanın aparıcı avtomobil istehsalçıları kadr ixtisarlarının genişmiqyaslı dalğasına başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.
Məlumata görə, "Volkswagen" 2030-cu ilədək bütün işçi qüvvəsinin təxminən altıda birini təşkil edən 100 minə qədər iş yerinin ixtisarı imkanını nəzərdən keçirir. Öz növbəsində, "Mercedes-Benz" yay bonuslarının ödənilməsindən imtina edib və artıq 5,5 minə yaxın əməkdaşın yararlandığı "könüllü işdən çıxma" proqramlarına başlayıb. Bundan əlavə, şirkət hesablayıb ki, personal 30 ildən çox qüvvədə olan 35 saatlıq iş həftəsindən yenidən 40 saatlıq iş həftəsinə keçərsə, istehsalın həcmi dərhal 15 % arta bilər.
"BMW" həmçinin mənfəət proqnozuna azalma istiqamətində yenidən baxaraq bunu Çin bazarında tələbatın zəifləməsi və İranla münaqişənin nəticələri ilə izah edib. Şirkət 10 minədək işçiyə təsir edə biləcək ştat ixtisarına hazırlaşır. İyunun ortalarından başlayaraq "BMW" səhmlərinin kotirovkaları 13 % ucuzlaşıb, investorlar isə digər Avropa avtomobil konsernlərindən də proqnozların daha da pisləşməsini gözləyirlər.
FT diqqətə çatdırıb ki, Avropada yeni avtomobil satışlarının illik ifadədə 4 % artmasına baxmayaraq, may ayında "Volkswagen", "Mercedes-Benz", "Stellantis" və "Renault" öz bazar paylarının bir hissəsini itirib. Bununla yanaşı, "BYD", "Chery" və digər Çin avtomobil şirkətlərinin ümumi bazar payı ilk dəfə olaraq 10 % həddini aşıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 132 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Meksika vətəndaşlarını zəlzələdən zərər çəkmiş Venesueladan təxliyə edir
Meksika zəlzələdən zərər çəkmiş Venesueladan vətənə qayıtmaq istəyən iyirmidən çox vətəndaşını təxliyə edir. "Report"un xəbərinə görə, Meksika Xarici İşlər Nazirliyi (XİN) bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb. Nazirlik xatırladıb ki, bir gün əvvəl Meksika Hərbi Hava Qüvvələrin
28 iyun3-7 yaş aralığındakı uşaqlar üçün təhlükə siqnalı
DT peyvəndi difteriya və tetanus kimi həyati təhlükə yaradan iki infeksion xəstəliyə qarşı immunitet formalaşdırır. Bu xəstəliklər ciddi fəsadlara, hətta ölümə səbəb ola bildiyindən peyvəndlənmə onlardan qorunmağın ən təsirli yoludur. Difteriya bakterial mənşəli kəskin infeksion xəstəlikdir. Xəstəli
28 iyunİsrailin Livana hücumlarında ölənlərin sayı 4246 nəfərə çatıb
Martın 2-də eskalasiya başlayandan bəri İsrail ordusunun Livana hücumları nəticəsində ölənlərin sayı 4 246 nəfərə yüksəlib. "Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsində məlumat paylaşılıb. Qurumun məlumatına görə, bu günədək xəsarət alanları
28 iyunSEPAH-dan Vaşinqtona sərt xəbərdarlıq: "Əsl cəhənnəm gözləyir"
İran Vaşinqtonun hərbi əməliyyatından sonra ABŞ Silahlı Qüvvələrinin Küveyt və Bəhreyndəki mühüm infrastruktur obyektlərinə cavab zərbələri endirib. "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb. "SEPAH bu gün həyata keçirilə
28 iyunMessi dünya çempionatlarında heç kimin edə bilmədiyini etdi
Lionel Messi futbol tarixinə dünya çempionatlarında ardıcıl yeddi oyunda qol vuran ilk futbolçu kimi düşüb. "Çempionat" portalına istinadən xəbər verir ki, Argentina millisinin kapitanı 2026-cı il dünya çempionatının qrup mərhələsinin son turunda İordaniya ilə oyunda da fərqlənərək möhtəşə
28 iyunDanimarkada son 150 ilin ən isti günü qeydə alındı
İyunun 27-də Danimarkada müşahidələrin aparıldığı 150 ildən çox müddətdə ən yüksək temperatur qeydə alınıb, termometrin göstəricisi 36.6 dərəcəyə çatıb. xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Danimarka Meteorologiya İnstitutunun bəyanatına istinadən məlumat yayıb. "Odense şəhərini
28 iyun