3-7 yaş aralığındakı uşaqlar üçün təhlükə siqnalı
DT peyvəndi difteriya və tetanus kimi həyati təhlükə yaradan iki infeksion xəstəliyə qarşı immunitet formalaşdırır.
Bu xəstəliklər ciddi fəsadlara, hətta ölümə səbəb ola bildiyindən peyvəndlənmə onlardan qorunmağın ən təsirli yoludur.
Difteriya bakterial mənşəli kəskin infeksion xəstəlikdir. Xəstəlik əsasən hava-damcı və məişət yolu ilə yayılır və daha çox 3-7 yaşlı uşaqlarda müşahidə olunur. İnkubasiya dövrü 2-10 gün davam edir. Difteriyanın ilkin əlamətlərinə yüksək hərarət, udqunma zamanı ağrı, boğazda qızartı və boyun nahiyəsində limfa düyünlərinin böyüməsi daxildir.
Xəstəliyin ən böyük təhlükəsi bakteriyanın ifraz etdiyi toksinlərdir. Bu zəhərli maddələr ürək-damar və sinir sistemini zədələyərək ağır fəsadlara səbəb ola bilər. Difteriyanın toksik formasında bədən hərarəti 39 dərəcədən yuxarı qalxır, güclü baş ağrısı, yuxululuq, səsin dəyişməsi və ümumi vəziyyətin sürətlə pisləşməsi müşahidə olunur.
DT peyvəndinin qoruduğu digər xəstəlik isə tetanusdur. Bu xəstəlik bakteriyanın ifraz etdiyi toksin nəticəsində yaranır və ağrılı əzələ spazmları ilə müşayiət olunur. Tetanus xüsusilə uşaqlar üçün təhlükəlidir və sağalma prosesi aylarla davam edə bilər.
Mütəxəssislər bildirirlər ki, tetanus qırtlaq spazmı, sümüklərin sınması, ağciyər trombozu, pnevmoniya, tənəffüs çatışmazlığı və ölüm kimi ağırlaşmalara səbəb ola bilər. Xəstəliyin əsas əlamətləri çənə və bədən əzələlərinin spazmı, qəfil ağrılı əzələ yığılmaları, udqunma çətinliyi, qıcolmalar, baş ağrısı, qızdırma, tərləmə, qan təzyiqi və ürək ritminin pozulmasıdır.
Tetanus insandan insana keçmir. Xəstəliyə səbəb olan bakteriyalar əsasən torpaqda, tozda və peyində olur. Onlar kəsik, yara, yanıq, donma və ya heyvan dişləməsi nəticəsində zədələnmiş dəri vasitəsilə orqanizmə daxil olur.
Səhiyyə mütəxəssisləri vurğulayırlar ki, həm difteriyanın, həm də tetanusun qarşısını almaq və ağırlaşma riskini minimuma endirmək üçün vaxtında DT peyvəndi olunmaq böyük əhəmiyyət daşıyır.\Yenisabah.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 630 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Axios": ABŞ xarici hökumətlər üçün ən yaxşı tərəfdaş statusunu itirir
ABŞ ehtiyatların saxlanması, silahların alınması və tələbələrin təhsili baxımından xarici hökumətlər üçün üstünlük verilən seçim statusunu itirir. "Report"un xəbərinə görə, bu barədə "Axios"un məqaləsində bildirilir. Nəşr qeyd edib ki, hətta məhdud vəsait axını və ABŞ-dən asılılığı
13 sentyabrTramp İranın onunla razılaşmaq istədiyini düşünür
ABŞ prezidenti Donald Tramp bir daha İranla münaqişəyə tezliklə son qoya biləcəyini bildirib. xəbər verir ki, o, Şimali Karolinada jurnalistlərə bildirib:. "Ümid edirəm ki, müharibənin sonuna yaxınlaşırıq. İran razılaşma əldə etmək istəyir, görək işlər necə gedəcək". Daha əvvəl Tramp Tehranl
17 sentyabrİslandiya balina ovunu birdəfəlik qadağan edə bilər
İslandiya hökuməti kommersiya məqsədli balina ovunun tam qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Qanun qəbul edilərsə, balina ovunu kommersiya məqsədilə davam etdirən əsas ölkələrin sayı daha da azalacaq. İslandiyanın qərarı balinaları
13 sentyabrHellouin təhlükə altında: İsti hava bayramın əsas simvolunu məhv edə bilər
Bu il Hellouin üçün yetişdirilən balqabaqlar ənənəvi fənərlər hazırlamaq üçün çox kiçik ola bilər. Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, buna rekord istilik dalğaları və məhsulun inkişafına mənfi təsir göstərən uzunmüddətli quraqlıq səbəb olub. Narıncı balqabaqlar ənənəv
16 sentyabrAlimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Alimlər kainatın sonunun nə vaxt baş verə biləcəyini hesablayıblar. Nəticələr Kornell Universiteti, Şanxay Tsyaotun Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları tərəfindən əldə edilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazıb. Tədqiqata görə, NASA ekspertlərinin də dəstəklədiy
14 sentyabrBritaniyada inflyasiya son 5 ayın maksimumuna çatıb
Böyük Britaniyada illik inflyasiya avqust ayında 3,1%-ə yüksəlib. xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsinin hesabatında deyilir. Bu, son beş ayda ən böyük artımdır və iyul ayındakı 2,9% artımı da üstələyir. İstehlak qiymətlərinin artımının əsas səbəbi, Yaxın Şərqdə yenidən başlaya
16 sentyabrBu ölkədə 10 avroya dağ havası satılır
Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı
15 sentyabrRusiyadan Ermənistana təbii qaz tədarükü dayandırılacaq
Rusiya Federasiyasında planlaşdırılan profilaktik və təmir işləri ilə əlaqədar olaraq Ermənistana təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılacaq. xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC məlumat yayıb. "Rusiya Federasiyasında Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində planlaşdırıla
14 sentyabr