Macarıstanda anomal istilər: 90 illik temperatur rekordu yeniləndi
Macarıstanda 28 iyunda rekord temperatur qeydə alınıb. Bazar günü Budapeştdə termometrin civə sütunu 40 dərəcə Selsiyə yüksəlib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Macarıstanın "HungaroMet" Meteorologiya Xidməti açıqlama yayıb.
Məlumatda bildirilir ki, ölkədə müntəzəm hava müşahidələri 1870-ci ildən aparılır.
"Budapeştdə ən yüksək temperatur 40 dərəcədir. Ölkə ərazisində yağıntı yoxdur", - deyə Macarıstan hökuməti öz saytında qeyd edib.
Ölkə tarixində 28 iyun üçün ən yüksək temperatur 1935-ci ildə Macarıstanın şərqində yerləşən Serep qəsəbəsində +39.9 dərəcə olaraq qeydə alınıb.
Baş nazir Peter Madyar xəbərdarlıq edib ki, gələn həftənin əvvəlində termometrin civə sütunu 42 dərəcəyə qədər yüksələ bilər. Bu halda Macarıstan üçün 41.9 dərəcə Selsi olan mütləq temperatur rekordu yenilənəcək. Belə temperatur 2007-ci il iyulun 20-də ölkənin cənubundakı Kişkunhalaş şəhərində qeydə alınıb.
Son günlərdə orta sutkalıq temperatur 29 dərəcəni keçdiyi üçün "HungaroMet" üçüncü dərəcəli hava təhlükəsi xəbərdarlığı elan edib. Dövlət idarələrinə və şirkətlərə iyunun 29-u və 30-u əməkdaşları üçün məsafədən iş rejimi tətbiq etmək təklif olunub.
Macarıstanın Silahlı Qüvvələri, bələdiyyələr və xeyriyyə təşkilatları küçələrdə və digər ictimai yerlərdə, o cümlədən dəmir yolu stansiyalarında və avtovağzallarda insanlara içməli su paylayırlar. Baş nazirin xahişi ilə bələdiyyələr həftəsonu şəhər meriyalarında kondisionerli otaqları ictimaiyyət üçün açıq saxlayıb. Kütləvi tədbirlər, o cümlədən idman yarışları azaldılıb və başqa vaxta keçirilib.
Kəskin istilər üzündən təcili tibbi yardım briqadalarına edilən çağırışların sayı normal günlərə nisbətən 8% çoxalıb. Bir neçə şəxs hipertermiya (həddindən artıq isinmə) diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Bununla belə, ölkə ərazisində hər hansı ciddi bədbəxt hadisə baş verməyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 176 Tarix: 29 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mərkəzi Afrika Respublikasında vəba 24 nəfərin ölümünə səbəb olub
Mərkəzi Afrika Respublikasında (MAR) vəba epidemiyası səbəbindən 24 nəfər həyatını itirib. "Report" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə və əhali naziri Pyer Somse bildirib. "Bu günə qədər 197 vəbaya yoluxma, həmçinin 24 ölüm halı qeydə alınıb
28 iyunHamilə arvadını vedrədə boğub öldürdü
Hindistanda bir kişi hamilə arvadını vəhşicəsinə öldürüb. xarici mediaya istinadən xəbər verir ki, kişi ilə hamiləliyinin altıncı ayında olan 26 yaşlı həyat yoldaşı arasında mübahisə yaranıb. Mübahisə qısa zamanda əlbəyaxa davaya çevrilib. İstintaqın ilkin məlumatına əsasən, kişi əvvəlcə qadına bir neç
28 iyunLondonda iqlim konfransı anomal istiyə görə ləğv edildi
Avropada anomal istilər hökm sürür və yeddi ölkədə yüksək temperatur səbəbindən sarı təhlükə səviyyəsi elan olunub. xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, Londonda bu cür hava şəraiti ekstremal istilərlə mübarizəyə həsr olunmuş tədbirin ləğ
28 iyunİsrailin Livana hücumlarında ölənlərin sayı 4246 nəfərə çatıb
Martın 2-də eskalasiya başlayandan bəri İsrail ordusunun Livana hücumları nəticəsində ölənlərin sayı 4 246 nəfərə yüksəlib. "Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsində məlumat paylaşılıb. Qurumun məlumatına görə, bu günədək xəsarət alanları
28 iyunSEPAH-dan Vaşinqtona sərt xəbərdarlıq: "Əsl cəhənnəm gözləyir"
İran Vaşinqtonun hərbi əməliyyatından sonra ABŞ Silahlı Qüvvələrinin Küveyt və Bəhreyndəki mühüm infrastruktur obyektlərinə cavab zərbələri endirib. "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb. "SEPAH bu gün həyata keçirilə
28 iyunArgentinanın Baş naziri qanunsuz varlanma ittihamları fonunda istefa verib
Argentina Nazirlər Kabinetinin rəhbəri Manuel Adorni ona qarşı irəli sürülmüş qanunsuz varlanma ittihamları fonunda vəzifəsindən istefa verdiyini açıqlayıb. "Report"un yerli "La Nación" nəşrinə istinadən məlumatına görə, bu barədə siyasətçinin respublika prezidenti Xavyer Mileyə ünvanladığ
28 iyunXoşbəxt sevginin sirri tapıldı
Polşanın Vratslav Universitetinin alimləri sevgi münasibətləri ilə bağlı hamını təəccübləndirəcək sensasiyalı araşdırmaya imza atıblar. Axşam.az xəbər verir ki, "Journal of Research in Personality" jurnalında dərc olunan bu qlobal tədqiqat çərçivəsində düz 74 ölkədən olan 41 606 nəfərin məlumatlar
28 iyun