Venesuelada zəlzələ qurbanlarının sayı 1450-yə çatdı
Venesuelada baş verən 7,5 və 7,2 bal gücündə iki güclü zəlzələnin nəticələri ağırlaşmaqda davam edir. Son məlumata görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1450-yə yüksəlib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriges məlumat verib. Onun sözlərinə görə, zəlzələlər nəticəsində ümumilikdə 774 bina tamamilə dağılıb.
Axtarış-xilasetmə əməliyyatları fəlakət bölgəsində fasiləsiz davam edir. Xilasetmə qrupları dağıntılar altında qalan insanları tapmaq üçün intensiv fəaliyyət göstərir.
Digər tərəfdən, zəlzələnin törətdiyi dağıntılar havadan çəkilən görüntülərdə də aydın şəkildə əks olunub. Kadrlarda yaşayış məntəqələrinin böyük hissəsinin ciddi ziyan gördüyü, çoxsaylı binaların yerlə-yeksan olduğu görünür.
Rəsmilər ölən və yaralananların sayının artacağı ehtimalını istisna etmir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 525 Tarix: 29 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUKMTO: Oman sahillərində daha bir tanker vurulub
Hörmüz boğazında sutka ərzində ikinci tanker atəşə tutulub. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omanın Əl-Həsəb şəhərindən 17 dəniz mili şərqdə baş vermiş insiden
21 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrİndoneziyada Semeru vulkanı iki dəfə püskürüb
İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı iki dəfə püskürüb. xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin bəyanatında bildirilib. Kül vulkanın zirvəsindən 700 m, dəniz səviyyəsindən isə 4 376 m hündürlüyə çatıb. Qurum ətra
19 noyabrTramp Rubio və Vensin yanında aparat rəhbərinə prezident olmağı təklif etdi
ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri dünyanın ən güclü adamı adlandıraraq, zarafatla ondan prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu bəyanatla Ağ Evdəki brifinq zamanı çıxış edib. "Hazırda b
21 noyabr