Bu ölkədə hava fişənglərinin satışı və istifadəsi qadağan edildi
İstanbul Valiliyi meşə yanğınları riskinin artması ilə əlaqədar əlavə təhlükəsizlik tədbirləri çərçivəsində hava fişəngi, siqnal fişəngi, məşəl və digər alışan-partlayıcı vasitələrin satışını və istifadəsini qadağan edib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, qadağa 16 iyul-28 oktyabr 2026-cı il tarixləri arasında qüvvədə olacaq. Qərarın məqsədi yay mövsümündə artan meşə yanğınlarının qarşısının alınmasına töhfə verməkdir.
Bununla yanaşı, xatırladılıb ki, daha əvvəl qəbul edilmiş qərara əsasən, İstanbuldakı meşəlik ərazilərə giriş də 8 iyun-15 oktyabr 2026-cı il tarixləri arasında məhdudlaşdırılıb.
Valilik vətəndaşları tətbiq olunan qaydalara ciddi əməl etməyə çağıraraq, bu tədbirlərin mümkün meşə yanğınlarının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 534 Tarix: 01 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUKMTO: Oman sahillərində daha bir tanker vurulub
Hörmüz boğazında sutka ərzində ikinci tanker atəşə tutulub. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omanın Əl-Həsəb şəhərindən 17 dəniz mili şərqdə baş vermiş insiden
21 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrİndoneziyada Semeru vulkanı iki dəfə püskürüb
İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı iki dəfə püskürüb. xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin bəyanatında bildirilib. Kül vulkanın zirvəsindən 700 m, dəniz səviyyəsindən isə 4 376 m hündürlüyə çatıb. Qurum ətra
19 noyabrTramp Rubio və Vensin yanında aparat rəhbərinə prezident olmağı təklif etdi
ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri dünyanın ən güclü adamı adlandıraraq, zarafatla ondan prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu bəyanatla Ağ Evdəki brifinq zamanı çıxış edib. "Hazırda b
21 noyabr