Britaniyada 1976-cı ildən bəri görünməmiş istilərlə üzləşəcək
Böyük Britaniya hakimiyyəti İngiltərə ərazisində isti hava ilə əlaqədar narıncı və sarı xəbərdarlıq elan edib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkə 1976-cı ildən bəri müşahidə olunan ən uzunmüddətli istilik dalğalarından birinə hazırlaşır.
Proqnozlara əsasən, temperatur bölgələr üzrə fərqlənəcək. Şimalda havanın təxminən 25 dərəcə, cənubda isə 35-36 dərəcəyədək yüksələcəyi gözlənilir.
Midlends, eləcə də İngiltərənin şərq və cənub hissələrində iyulun 12-si saat 21:00-dək sağlamlıqla bağlı narıncı xəbərdarlıq qüvvədə olacaq. Eyni müddətdə ölkənin şimalında sarı xəbərdarlıq tətbiq ediləcək.
Mütəxəssislər bildirirlər ki, yüksək temperatur səhiyyə və sosial xidmət sisteminə ciddi yük yarada bilər. Xüsusilə 65 yaşdan yuxarı şəxslər və xroniki xəstəlikləri olan insanlar arasında ölüm hallarının artması riski var.
Sinoptiklərin məlumatına görə, istiliyin pik həddinə cümə günü çatacağı gözlənilir. Həftənin əvvəlindən etibarən İngiltərənin cənub və şərq bölgələrinin bir hissəsində ardıcıl üç gün müəyyən olunmuş həddi aşan temperatur səbəbindən rəsmi olaraq istilik dalğası qeydə alınıb.
Çərşənbə axşamı Teddinqton, Riçmond-apon-Temz və Kent qraflığının Frittenden yaşayış məntəqəsində temperatur 32,4 dərəcəyə çatıb.
Yaxın günlərdə bəzi ərazilərdə havanın 34-35 dərəcəyədək isinməsi proqnozlaşdırılır. İstilik dalğasının tədricən şimala və qərbə doğru yayılaraq cümə gününədək Şimali İrlandiya və Şotlandiyaya çatacağı bildirilir.
Həftənin sonuna doğru yüksək atmosfer təzyiqi nəticəsində formalaşacaq şərq küləyi ölkənin şərq hissəsinə nisbətən sərin hava gətirəcək. Bununla yanaşı, istilik dalğasının mərkəzi İngiltərənin mərkəzi və cənub bölgələrinə doğru hərəkət edəcək. Cənubi Uelsdə də temperaturun 33 dərəcəyədək yüksələcəyi gözlənilir.
Meteoroloqlar rekord göstəricilərin qeydə alınacağını gözləməsələr də, hazırkı istilik dalğasının 1976-cı ildən bəri ən uzun sürənlərdən biri ola biləcəyini bildirirlər. Həmin il İngiltərənin bəzi bölgələrində temperatur 13-16 gün ardıcıl olaraq 30 dərəcədən yuxarı olub. Hazırkı proqnozlara görə, ölkənin cənubunda bəzi ərazilərdə temperatur 14 günədək 27-28 dərəcədən yuxarı qala bilər.
Ümumdünya Səhiyyə Təşkilatı da Avropada müşahidə olunan anomal istilərlə bağlı xəbərdarlıq edib. Qurumun Avropa üzrə direktoru Hans Henri Klyuge bildirib ki, Portuqaliya və İspaniyanın cənubunda temperaturun 43 dərəcəyədək yüksələcəyi gözlənilir və qarşıdakı həftələr ölümcül isti hava dalğaları ilə müşayiət oluna bilər. O, ölkələri isti hava ilə bağlı milli fəaliyyət planları hazırlamağa və onları həyata keçirməyə çağırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 652 Tarix: 09 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İslandiya balina ovunu birdəfəlik qadağan edə bilər
İslandiya hökuməti kommersiya məqsədli balina ovunun tam qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Qanun qəbul edilərsə, balina ovunu kommersiya məqsədilə davam etdirən əsas ölkələrin sayı daha da azalacaq. İslandiyanın qərarı balinaları
13 sentyabrİsveç parlament seçkilərində müxalifət az fərqlə irəlidədir
İsveçin Dövlət Seçki Komissiyasının məlumatlarına görə, müxalifətdəki solçu ittifaq səslərin 49,4%-i ilə, hakim sağçı ittifaq isə 49,1%-i ilə liderlik edir. xəbər verir ki, İsveçdə parlament seçkilərində səsvermə bazar günü baş tutub. Səsvermə məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb. Seçki Komissiyasını
14 sentyabrÜrəyində tikiş iynəsi aşkarlandı
Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini
15 sentyabrABŞ-da atda təhlükəli "ət yeyən" parazit aşkarlandı
ABŞ-da bir atda "New World screwworm" adlanan təhlükəli parazitə yoluxma qeydə alınıb. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Hadisə Texas ştatının Meksika sərhədinə yaxın Presidio dairəsində qeydə alınıb. Parazitin sürfələri isti qanlı heyvanların açıq yaralarında canlı toxuma il
13 sentyabr"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bun
13 sentyabrLukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. "Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlə
15 sentyabrAlimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Alimlər kainatın sonunun nə vaxt baş verə biləcəyini hesablayıblar. Nəticələr Kornell Universiteti, Şanxay Tsyaotun Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları tərəfindən əldə edilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazıb. Tədqiqata görə, NASA ekspertlərinin də dəstəklədiy
14 sentyabrGələn il Tokioda pilotsuz taksilərin işə salınması planlaşdırılır
ABŞ-nin "Waymo" şirkəti, "GO" taksi çağırış tətbiqi operatoru və "Nihon Kotsu" taksi şirkəti Tokioda 2027-ci ildə tam avtonom taksi xidmətlərini işə salmağı planlaşdırdıqlarını açıqlayıb. Bu barədə "Report" "Kyodo"ya istinadən xəbər verir. Xidmətin tədricə
15 sentyabrAlmaniyada benzinin qiyməti rekord həddə çatıb
Almaniyada "Super E10" benzinin qiyməti rekord həddə çatıb. xəbər verir ki, bu barədə Almaniyanın Avtomobil Klubu məlumat yayıb. Hazırda ölkədə "E10" benzininin litrinin orta qiyməti 2404 avrodur. Bundan əlavə, mütəxəssislər dizel yanacağının qiymətinin çox yaxın gələcəkdə rekor
14 sentyabr