Xəzərdən daha böyük dənizlər: Yerə bənzəyir, amma...

Xəzərdən daha böyük dənizlər: Yerə bənzəyir, amma...NASA-nın məlumatına görə, Saturnun peyki Titan Yer istisna olmaqla, Günəş sistemində səthində daimi maye mövcud olan yeganə məlum səma cismidir. Ekstremal şəraitə baxmayaraq, burada Yerinkinə bənzər tam hidrologiya dövranı fəaliyyət göstərir.

Qaynarinfo xəbər verir ki, bu barədə "SpaceDaily" nəşri yazıb.

Lakin Titanın əsas fərqi ondan ibarətdir ki, burada suyun rolunu maye metan və etan oynayır. Bu maddələr buxarlanır, buludlar əmələ gətirir, yağış şəklində yağıntıya çevrilir, çay və gölləri qidalandırır, daha sonra isə yenidən buxarlanır.

Peykin səthi isə adi süxurlardan ibarət deyil. Təxminən mənfi 179 dərəcə Selsi temperaturunda su buzu o qədər sərtləşir ki, möhkəmliyinə görə qraniti xatırladır. Məhz bu buzdan ibarət "daş" üzərində metan çayları axaraq zamanla öz yataqlarını formalaşdırır.

Alimlər bunu necə müəyyən ediblər?

Titan haqqında əsas məlumatlar beynəlxalq "Cassini-Huygens" missiyası sayəsində əldə olunub. Peykin sıx atmosferi səthi birbaşa müşahidə etməyə imkan vermədiyindən, "Cassini" aparatı 10 ildən çox müddətdə radar vasitəsilə Titanın səthini tədqiq edib.

Ən mühüm nailiyyət isə 2005-ci ilin yanvarında "Huygens" eniş aparatının Titanın səthinə enməsi olub. Enmə zamanı aparat çoxsaylı çay vadilərinin şəkillərini çəkib, səthə çatdıqdan sonra isə uzun müddət maye axını ilə cilalanmış kimi görünən, yumrulaşmış su buzundan ibarət parçalarla örtülü ərazinin görüntülərini Yerə göndərib. Alimlər hesab edirlər ki, aparat qədim bir çayın qurumuş yatağına enib.

Xəzər dənizindən böyük dənizlər

Titanın dənizlərinin əksəriyyəti peykin şimal qütbü yaxınlığında yerləşir. Onların ən böyüyü olan Kraken Mare sahəsinə görə Yerdəki Xəzər dənizini üstələyir və alimlərin hesablamalarına görə, bəzi yerlərdə dərinliyi bir neçə yüz metrə çatır.

İkinci böyük dəniz olan Ligeia Mare əsasən maye metanla doludur, Kraken Maredə isə etanın miqdarı daha çoxdur. Hər iki dəniz çoxsaylı çaylarla qidalanır və bu çaylar Yerdə olduğu kimi dənizlərə tökülür.

Titan niyə Yenə bənzəmir?

Landşaftların heyrətamiz oxşarlığına baxmayaraq, Titanın şəraiti tamamilə fərqlidir.

Peykin atmosferi əsasən azotdan ibarətdir, lakin Yer atmosferindən xeyli sıxdır. Burada cazibə qüvvəsi də Yerin cazibəsinin təxminən yeddidə biri qədərdir. Buna görə metan yağışının damcıları daha iri olur və Yerə nisbətən daha yavaş düşür.

Bundan başqa, Saturn orbitində Günəş işığı çox zəif olduğundan hava prosesləri də Yerə nisbətən daha ləng baş verir. Yağıntılar nadir hallarda müşahidə edilir və əsasən güclü, lakin seyrək leysanlar şəklində olur.

Tədqiqatçıların sözlərinə görə, Titanı maraqlı edən cəhət onun "ikinci Yer" olması deyil. Əsas məqam odur ki, eyni fiziki proseslər, hətta su əvəzinə maye metan çaylarının axdığı dünyalarda belə, oxşar landşaftlar formalaşdıra bilir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2371   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azadlıq heykəlinin məşəli 110 ildir bağlıdır: 1916-cı ildə nə baş verib?

Hər il milyonlarla turist Nyu-Yorkdakı Azadlıq heykəlini ziyarət edir, lakin onun məşəlinə qalxmağa icazə verilmir. Abidənin ən yüksək müşahidə meydançasına giriş hələ 1916-cı ildə bağlanıb. Bu gün turistlər Azadlıq heykəlinin tacına qədər 162 pillə qalxa bilirlər, lakin məşələ aparan yolu artıq 11

16 sentyabr
.

Alimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı

Alimlər kainatın sonunun nə vaxt baş verə biləcəyini hesablayıblar. Nəticələr Kornell Universiteti, Şanxay Tsyaotun Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları tərəfindən əldə edilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazıb. Tədqiqata görə, NASA ekspertlərinin də dəstəklədiy

14 sentyabr
.

Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir

Macarıstan hökuməti Viktor Orbanın hökuməti tərəfindən 2020-ci ildə qəbul edilmiş və homoseksual şəxslərin övladlığa uşaq götürməsini faktiki olaraq qadağan edən qanunvericiliyə dəyişiklik edəcək. "Reuters"ə istinadən xəbər verir ki, bunu Baş nazir Peter Madyar bildirib. Avropa İttifaqını

13 sentyabr
.

Kaliforniyada salmonella epidemiyası qeydə alınıb

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya - red) xəstəliyi fonunda "Happy Hens" yumurtalarını istehla

13 sentyabr
.

Ayda yadplanetlilərin izləri ola bilər: Alimlər harada axtarmağı tapdılar

Çoxdan yox olmuş potensial yadplanetlilərin texnologiyalarının kiçik fraqmentləri ulduzlararası məkanı keçərək Aya düşmüş ola bilər. Yadplanetli mənşəli bu texnoloji qalıqları aşkar etmək, ehtimal ki, nisbətən asan olacaq. "Live Science"a istinadən xəbər verir ki, alimlər uzun müddətdir kosmosd

13 sentyabr
.

Kanada Aİ-nin ilk assosiativ üzvü ola bilər: fon der Leyen

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kanadanın Baş naziri Mark Karniyə Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması üçün işə başlamağı təklif edib. xəbər verir ki, Von der Leyen bu təklifi sentyabrın 16-da illik Birliyin Vəziyyəti ilə bağlı çıxışı zamanı irəli sürmüşdü. O, Aİ-ni

16 sentyabr
.

ABŞ Milli Təhlükəsizlik Agentliyi yenidənqurma prosesinə başlayır

ABŞ Milli Təhlükəsizlik Agentliyi son on ildə bütün kəşfiyyat xidmətinin ən genişmiqyaslı yenidən qurulmasına başlayır. xəbər verir ki, "The Washington Post" qəzeti planla tanış olan hazırkı və keçmiş rəsmilərə istinadən məlumat verib. Onların sözlərinə görə, NSA rəhbəri general Coşua M. Ruddu

14 sentyabr
.

Vanuatu sahillərində bərə batıb: bir nəfər ölüb, onlarla insan itkin düşüb

Vanuatu sahillərində bərənin batması nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan itkin düşüb. "Report"un xəbərinə görə, bu barədə "Reuters" Baş nazir Jotam Napatanın Dəftərxanasına istinadən məlumat yayıb. "MV Matui" bərəsində heyət üzvləri də daxil olmaqla onlarl

13 sentyabr
.

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini irəli sürüb

ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul etmək istiqamətində daha bir addım ataraq, yekun səsverməyə yol açan prosedur maneəsini aşıb. xəbər verir ki, müvafiq qətnamə 214 konqresmen tərəfindən səsə qoyulub, 211 nəfər əleyhinə çıxıb. Qanun layihəsi üzr

16 sentyabr