Bu ölkədə 843 dildə danışılır: Niyə bu qədər çox dil sağ qalıb?

Bu ölkədə 843 dildə danışılır: Niyə bu qədər çox dil sağ qalıb?Dünyada ən çox canlı dilin istifadə olunduğu ölkələrin reytinqində Papua-Yeni Qvineya 843 canlı dillə birinci yerdə qərarlaşıb. Şimali Koreyada isə cəmi iki canlı dil mövcuddur. Dünyada yalnız 20 ölkədə ən azı 100 canlı dildən istifadə edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Antena3.ro yazır.

Reytinq ən azı bir nəfərin ana dili hesab etdiyi canlı dilləri əhatə edir.

Nəşrdə qeyd olunur ki, Papua-Yeni Qvineyadakı 843 canlı dildən - dünyada ən yüksək göstəricidən - Şimali Koreyadakı cəmi iki dilə qədər olan statistika coğrafiyanın, miqrasiyanın, təcridin və tarixin müxtəlif ölkələrdə danışılan dillərə necə təsir etdiyini göstərir.

Ən çox canlı dilə malik ölkələr

Papua-Yeni Qvineyanın əhalisi 12 milyondan az olsa da, ölkə son dərəcə zəngin dil müxtəlifliyi ilə seçilir.

"Mürəkkəb relyef, yüzlərlə ada və bir-birindən təcrid olunmuş icmalar dillərin qorunub saxlanmasına şərait yaradıb. Nəticədə burada danışılan dillərin sayı Hindistandakından təxminən iki dəfə çoxdur, halbuki Papua-Yeni Qvineyanın əhalisi Hindistan əhalisinin 1 faizindən də azdır", deyə nəşr yazır.

Təxminən 17 min adadan ibarət İndoneziya 709 canlı dillə ikinci yerdədir. Sonrakı pillələrdə Nigeriya, Hindistan və Çin qərarlaşıb.

"Hazırda istifadə olunan 239 canlı dillə ABŞ dünyada səkkizinci yerdədir. Onların əksəriyyəti yerli xalqların dilləridir və bunların bir çoxu əsrlər boyu davam edən köçürülmə və assimilyasiya nəticəsində yox olmaq təhlükəsi ilə üz-üzədir. Artıq təxminən 50 dil tamamilə yox olub", deyə məqalədə bildirilir.

Qeyd olunur ki, yalnız 20 ölkədə ən azı 100 canlı dildən istifadə olunur. Bu ölkələr birlikdə bəşəriyyətin dil irsinin əhəmiyyətli hissəsini təşkil edir və demək olar ki, bütün məskunlaşmış qitələri əhatə edir.

Niyə bəzi ölkələrdə dillərin sayı azdır?

II Dünya müharibəsindən sonra Koreya yarımadasının bölünməsi nəticəsində Şimali Koreya dünyanın ən təcrid olunmuş cəmiyyətlərindən birinə çevrilib. Hazırda ölkədə cəmi iki canlı dil - koreya dili və Koreya işarə dili mövcuddur. Bu, dünyada ən aşağı göstəricidir.

"Kolonizasiya dövründən sonra ispan dili dominant mövqeyə keçdiyi üçün Kuba və Dominikan Respublikasında canlı dillərin sayı nisbətən azdır. Yerli dillər yox olub, sonradan yaranan Afrika dillərinin təsiri isə əsasən ispan dilinə qarışıb. Hazırda az sayda canlı dili olan bir çox ölkə keçmişdə daha böyük dil müxtəlifliyinə malik idi. Əsrlər boyu davam edən kolonizasiya, assimilyasiya və yerli dillərin tənəzzülü nəticəsində bu gün yalnız az sayda yerli dil qorunub qalıb", deyə materialda qeyd olunur.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 987   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polşa Baş naziri: Hava məkanının pozulmasından sonra hazırda heç bir təhlükə yoxdur

Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanında hazırda heç bir təhlükənin olmadığını bildirib. APA xəbər verir ki, Tusk bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. O qeyd edib ki, müdafiə və daxili işlər nazirləri Bilqoray bölgəsində təhlükəsizlik vəziyyəti ilə bağlı ona məruz

20 noyabr
.

Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq

Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya istiqamətində alternativ logistika marşrutlarına və emal güclərinə olan tələbatı fəal şəkildə artırır, lakin Orta Dəhlizin tam işə salınması üçün 18,5 milyard avro məbləğində kapital qoyuluşu tələb olunacaq. Bu barədə "Report" "UkrAgroConsult" analiti

21 noyabr
.

İtaliya hibrid təhdidlərə qarşı mübarizəyə 7 milyard avrodan çox vəsait ayıracaq

İtaliya yaxın illərdə hibrid təhdidlərə qarşı mübarizəyə 6 milyard avrodan çox vəsait yatırmağı planlaşdırır. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Gvido Krozetto Deputatlar Palatasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2026-2028-ci illər üçün bu məqsədlə təxminən 2 milyard avr

19 noyabr
.

UKMTO: Oman sahillərində daha bir tanker vurulub

Hörmüz boğazında sutka ərzində ikinci tanker atəşə tutulub. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omanın Əl-Həsəb şəhərindən 17 dəniz mili şərqdə baş vermiş insiden

21 noyabr
.

Si Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb

Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi

19 noyabr
.

ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: Birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur

ABŞ və Venesuela uzun müddət davam edən gərginlikdən sonra hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib. Yeni razılaşma çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərd

19 noyabr
.

İndoneziyada Semeru vulkanı iki dəfə püskürüb

İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı iki dəfə püskürüb. xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin bəyanatında bildirilib. Kül vulkanın zirvəsindən 700 m, dəniz səviyyəsindən isə 4 376 m hündürlüyə çatıb. Qurum ətra

19 noyabr
.

Tramp Rubio və Vensin yanında aparat rəhbərinə prezident olmağı təklif etdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri dünyanın ən güclü adamı adlandıraraq, zarafatla ondan prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu bəyanatla Ağ Evdəki brifinq zamanı çıxış edib. "Hazırda b

21 noyabr
.

Almaniyadan deportasiya edilən Ermənistan vətəndaşlarını gətirən yeddinci reys İrəvana çatıb

Almaniyadan deportasiya edilmiş Ermənistan vətəndaşlarını gətirən yeni reys İrəvana çatıb. xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bu, cari ilin əvvəlindən Almaniyadan həyata keçirilən yeddinci belə reysdir. Deportasiya edilmiş Ermənistan vətəndaşlarının sayı barədə məlumat yoxdur

20 noyabr