Alimlər suyun beyin və psixologiyaya təsirini araşdırırlar

Alimlər suyun beyin və psixologiyaya təsirini araşdırırlarSu hövzələrinin yaxınlığında olmağın beyin fəaliyyətinə təsiri ilə bağlı aparılan son araşdırmalar dünyada "mavi məkan" (Blue Space) terapiyasına marağı artırıb. Mütəxəssislər bildirirlər ki, okean, dəniz, göl və çay kənarında keçirilən terapiyalar narahatlıq, psixoloji travmalar və müxtəlif asılılıqların müalicəsində köməkçi üsul kimi getdikcə daha geniş tətbiq olunur.

Qaynarinfo-nun "The Guardian" nəşrinə istinadən məlumatına görə, dəniz və okeanlardan sağlamlığın bərpası məqsədilə istifadə yeni yanaşma deyil. Viktoriya dövründə həkimlər xəstələrə "dənizlə müalicə" tövsiyə edir, müasir dövrdə isə buz kimi soyuq sularda üzgüçülük geniş yayılıb.

Lakin okeanın terapevtik təsirini elmi əsaslarla gündəmə gətirən əsas şəxslərdən biri dəniz bioloqu Vallas Nikols olub. Onun 2014-cü ildə nəşr olunan "Blue Mind" kitabında suyun içində, üzərində və ya yaxınlığında olmağın nevroloji və psixoloji faydaları izah edilir. Alimin irəli sürdüyü "mavi məkan nəzəriyyəsi" son illərdə müxtəlif terapevtik proqramların əsasını təşkil edir.

Dalğalar terapiyanın bir hissəsinə çevrilib

Bu istiqamətdə fəaliyyət göstərən təşkilatların sayı da sürətlə artır. 2022-ci ildə sörfinq vasitəsilə terapiya proqramı həyata keçirən "Waves of Recovery" layihəsinin həmtəsisçisi Sofi Payn bu sahədə təxminən 50 təşkilatın fəaliyyət göstərdiyini qeyd etsə də, hazırda onların sayının 100-ü keçdiyini bildirir.

Kaliforniyada fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı sörfinq məşğələləri vasitəsilə psixi sağlamlıq problemləri və müxtəlif asılılıqlarla mübarizə aparan insanlara dəstək göstərir. Layihənin müəllifi Sofi Payn özü də vaxtilə peşə tükənmişliyi və asılılıq problemi ilə üzləşdiyini deyir.

Onun sözlərinə görə, təbiət və okean müalicə prosesinin ayrılmaz hissəsinə çevrilir və insanların psixoloji yardım almaqdan çəkinməsinin qarşısını qismən alır.

Su stress hormonunu azalda bilər

Araşdırmalar göstərir ki, okeanlar, çaylar və göllər kimi "mavi məkanlarda" vaxt keçirmək stress hormonu olan kortizolun səviyyəsini azalda və insanın özünü daha xoşbəxt hiss etməsinə kömək edə bilər.

Mövzu üzrə uzun illər araşdırmalar aparan coğrafiya üzrə mütəxəssis Ketrin Kelli bildirib ki, təbiət, xüsusilə də su insan beyninə gündəlik həyatın gərginliyindən uzaqlaşmaq imkanı verir.

Onun sözlərinə görə, insanların əksəriyyəti gün ərzində uzun müddət kompüter və telefon ekranlarına baxdığı üçün beyin daim yüksək diqqət rejimində işləyir. Su hövzələrinin yaxınlığında olmaq isə zehni yorğunluğu azaltmağa kömək edir.

Terapiya suyun altında da tətbiq olunur

"Mavi məkan" terapiyası artıq təkcə sahildə deyil, həm də akvalanq və sərbəst dalış məşğələlərində tətbiq edilir.

Kaliforniyada fəaliyyət göstərən Inner Depths mərkəzinin rəhbəri, psixiatr Ceyms Yanq bildirir ki, sərbəst dalış zamanı insanlar yalnız yeni bacarıq öyrənmir, həm də sinir sisteminin tənzimlənməsinə və psixoloji tarazlığın bərpasına kömək edən daxili proseslər yaşayırlar.

Araşdırmalar hələ başlanğıc mərhələsindədir

Mütəxəssislərin fikrincə, "mavi məkan" terapiyası sürətlə inkişaf etsə də, bu sahədə elmi tədqiqatlar hələ başlanğıc mərhələsindədir.

Ketrin Kellinin sözlərinə görə, uzun illər tədqiqatların əsas diqqəti parklar, meşələr və digər "yaşıl məkanlar"a yönəldiyi üçün su mühitinin insan sağlamlığına təsiri kifayət qədər öyrənilməyib. Hazırda isə bu istiqamətdə elmi layihələrin maliyyələşdirilməsi getdikcə artır. Bununla belə, mütəxəssislər qeyd edirlər ki, təhlükəsizlik baxımından insanları su mühitinə yönləndirmək meşə və ya park terapiyası ilə müqayisədə daha mürəkkəb hesab olunur.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 541   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaponiya və Çin arasında Tayvan gərginliyi: Tokio mövqeyini dəyişmədiyini açıqlayıb

Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranan diplomatik gərginlik davam edir. Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. O, bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC

19 noyabr
.

Reuters: "Missuri məhkəməsi Bayer şirkətinin 7,25 milyard dollarlıq razılaşmasını təsdiqləyib"

ABŞ-ın Missuri ştatında məhkəmə Bayer şirkətinin Roundup adlı alaq otlarına qarşı mübarizə vasitəsinin xərçəngə səbəb olması ilə bağlı iddiaların həlli üçün təklif etdiyi 7,25 milyard dollarlıq razılaşmanı təsdiqləyib. Bu qərar Almaniya şirkətinin təxminən on ilə yaxındır üzləşdiyi hüquqi mübahisələri

21 noyabr
.

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund

21 noyabr
.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl

20 noyabr
.

ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: Birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur

ABŞ və Venesuela uzun müddət davam edən gərginlikdən sonra hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib. Yeni razılaşma çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərd

19 noyabr
.

Rusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı

Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"

20 noyabr
.

GTA VI satışa çıxarıldığı ilk gündə nə qədər gəlir əldə edib?

"Grand Theft Auto VI" (GTA VI) satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Take-Two Interactive" məlumat yayıb. Bildirilir ki, "Grand Theft Auto VI"nın ilk gündəki pərakəndə satışları bütün formatla

21 noyabr
.

Perunun And bölgəsində baş verən 6,8 bal gücündə zəlzələ Lima sakinlərini küçələrə çıxarıb

Alman Geologiya Elmləri Tədqiqat Mərkəzinin məlumatına görə, cümə günü Perunun mərkəzində 6,8 bal gücündə zəlzələ baş verib. Reuters-ə istinadən xəbər verir ki, paytaxt Limada bəzi insanlar küçələrə axışıb. Lakin itki və ya ciddi ziyan barədə dərhal məlumat verilməyib. Perunun Geofizika İnstitutunu

21 noyabr
.

Uitkoff və Kuşner Çindən Berlinə gedəcək

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi

19 noyabr