Hərbi xidmət bitdi, sırada toy var - Şahzadə kiminlə evlənəcək? (FOTO)

Hərbi xidmət bitdi, sırada toy var - Şahzadə kiminlə evlənəcək? (FOTO)İspaniya kral ailəsinin ən çox diqqət çəkən üzvlərindən biri həyatında mühüm mərhələni geridə qoyaraq yeni dövrə qədəm qoyub. İndi isə onunla bağlı başqa bir mövzu gündəmin əsas məsələlərindən birinə çevrilib. Onu uzaqdan izləyənlər vaxtı gələndə bu gənc qadının kiminlə evlənəcəyini maraqla gözləyirlər. Hətta illərdir onun üçün "uyğun həyat yoldaşı tapmaq" cəhdləri də getdikcə artır.

Qaynarinfo xəbər verir ki, söhbət İspaniya kral ailəsinin gələcəyi hesab edilən Asturiya şahzadəsi Leonordan gedir.

Hərbi xidmət bitdi, sırada toy var - Şahzadə kiminlə evlənəcək? (FOTO)20 yaşlı şahzadə ötən həftə üç il davam edən hərbi hazırlığını tamamlayıb. O, əvvəl quru qoşunlarında xidmət edib, daha sonra təlim gəmisi ilə açıq dənizə çıxaraq hərbi-dəniz qüvvələrində təhsil alıb.

Nəhayət, Kosmik və Aerokosmik Akademiyadakı hazırlığı da başa çatıb. Ötən həftə atası Kral VI Felipe tərəfindən təqdim edilən nişanla Leonor bu mərhələni tamamlayıb.
Hərbi xidmət bitdi, sırada toy var - Şahzadə kiminlə evlənəcək? (FOTO)Lakin onun qarşısında hələ yeni yol var. İndi növbədə universitet təhsili dayanır. Leonor Madriddə yerləşən Karlos III Universitetində siyasi elmlər üzrə təhsil alacaq.

Əslində, doğulduğu gündən taleyi müəyyənləşən şahzadənin hərbi hazırlığı başa çatsa da, akademik həyatı da bir müddət sonra tamamlanacaq.

Hərbi xidmət bitdi, sırada toy var - Şahzadə kiminlə evlənəcək? (FOTO)Leonorun şəxsi həyatı maraq doğurur

Bu qədər məşhur sima olan Leonorun şəxsi həyatı da böyük maraqla izlənilir. Hazırda xüsusilə sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzu onun gələcək həyat yoldaşının kim olacağıdır.

Yaşı hələ çox gənc olsa da, onun kiminlə ailə quracağı barədə müxtəlif ehtimallar irəli sürülür.

Şahzadə şəxsi həyatını çox yaxşı gizlətməyi bacarsa da, onu izləyənlər artıq Leonor üçün uyğun həyat yoldaşı namizədlərini sıralamağa başlayıblar.

Təbii ki, bu siyahıda əsasən digər kral ailələrinin nümayəndələri yer alır. Üstəlik, onların hamısı Leonorla eyni nəslə mənsubdur.
Hərbi xidmət bitdi, sırada toy var - Şahzadə kiminlə evlənəcək? (FOTO)Əsas namizədlər kral ailələrindəndir

Leonor 18 yaşına çatdıqdan sonra onun üçün ən çox adı çəkilən namizədlərdən biri Danimarka kraliçası Meri və Kral Frederikin böyük oğlu, vəliəhd şahzadə Kristian olub.

Yəni söhbət gələcəkdə Danimarka kralı olacaq şəxsdən gedir. Əsas sual isə hər ikisinin öz ölkələrinin taxtına çıxacaq bu iki vəliəhdin mümkün evliliyinin hansı nəticələr doğura biləcəyidir.
Hərbi xidmət bitdi, sırada toy var - Şahzadə kiminlə evlənəcək? (FOTO)Leonor üçün adı hallanan digər namizədlərdən biri də Kristianın əmisi oğlu Nikolaydır. Xarici görünüşü ilə diqqət çəkən gənc hazırda model kimi fəaliyyət göstərir, məşhur brendlərin reklam siması kimi tanınır və podiumlara çıxır.

Hərbi xidmət bitdi, sırada toy var - Şahzadə kiminlə evlənəcək? (FOTO)Lakin bu namizədi Leonora uyğun görənlər üçün bir maneə var: Nikolayın artıq bir müddətdir sevgilisi olduğu bildirilir.

Sosial şəbəkələrdə müzakirə olunan digər ad isə Belçika şahzadəsi Qabrieldir. Kral Filip və Kraliça Matildanın kiçik oğlu olan Qabrielin 20 yaşı var. Onun gələcəkdə kral olmaq ehtimalı yoxdur, çünki Belçika qanunlarına əsasən taxtın ilk varisi onun böyük bacısı şahzadə Elizabetdir.
Hərbi xidmət bitdi, sırada toy var - Şahzadə kiminlə evlənəcək? (FOTO)Leonor istədiyi şəxslə evlənə bilərmi?

Bütün bu ehtimallar müzakirə edilsə də, əsas sual budur: İspaniyanın gələcək kraliçası Leonor adi insanlar kimi istədiyi şəxslə evlənə bilərmi? Yaxud aşiq olduğu şəxsə icazə verilməsə, nə baş verər?

İspaniyanın gələcək hökmdarı kimi Leonor həyat yoldaşı seçimini də müəyyən qaydalara uyğun etməlidir. Başqa sözlə, o, şəxsi hissləri ilə dövlət maraqları arasında seçim etməli ola bilər.
Hərbi xidmət bitdi, sırada toy var - Şahzadə kiminlə evlənəcək? (FOTO)İspaniyada qüvvədə olan qaydalara görə, Leonorun evlənəcəyi şəxslə bağlı atası Kral VI Felipenın razılığı tələb olunur. Lakin bununla məsələ bitmir. Eyni zamanda həmin nikaha İspaniya parlamenti - Kortes də təsdiq verməlidir.

Əslində, parlament gələcək taxt varisinin evlənəcəyi şəxsin siyasi baxımdan problem yaratmadığını düşünərsə, adətən belə müraciətləri təsdiqləyir.

Əgər bu razılıq verilməzsə, Leonorun qarşısında iki seçim qalır: ya qərarla razılaşıb sevdiyi şəxsdən imtina etməli, ya da onunla evlənərək gələcəkdəki hüquqlarından, yəni taxt iddiasından imtina etməlidir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1526   Tarix: 15 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polşa Baş naziri: Hava məkanının pozulmasından sonra hazırda heç bir təhlükə yoxdur

Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanında hazırda heç bir təhlükənin olmadığını bildirib. APA xəbər verir ki, Tusk bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. O qeyd edib ki, müdafiə və daxili işlər nazirləri Bilqoray bölgəsində təhlükəsizlik vəziyyəti ilə bağlı ona məruz

20 noyabr
.

Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq

Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya istiqamətində alternativ logistika marşrutlarına və emal güclərinə olan tələbatı fəal şəkildə artırır, lakin Orta Dəhlizin tam işə salınması üçün 18,5 milyard avro məbləğində kapital qoyuluşu tələb olunacaq. Bu barədə "Report" "UkrAgroConsult" analiti

21 noyabr
.

İtaliya hibrid təhdidlərə qarşı mübarizəyə 7 milyard avrodan çox vəsait ayıracaq

İtaliya yaxın illərdə hibrid təhdidlərə qarşı mübarizəyə 6 milyard avrodan çox vəsait yatırmağı planlaşdırır. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Gvido Krozetto Deputatlar Palatasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2026-2028-ci illər üçün bu məqsədlə təxminən 2 milyard avr

19 noyabr
.

UKMTO: Oman sahillərində daha bir tanker vurulub

Hörmüz boğazında sutka ərzində ikinci tanker atəşə tutulub. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omanın Əl-Həsəb şəhərindən 17 dəniz mili şərqdə baş vermiş insiden

21 noyabr
.

Si Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb

Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi

19 noyabr
.

ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: Birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur

ABŞ və Venesuela uzun müddət davam edən gərginlikdən sonra hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib. Yeni razılaşma çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərd

19 noyabr
.

İndoneziyada Semeru vulkanı iki dəfə püskürüb

İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı iki dəfə püskürüb. xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin bəyanatında bildirilib. Kül vulkanın zirvəsindən 700 m, dəniz səviyyəsindən isə 4 376 m hündürlüyə çatıb. Qurum ətra

19 noyabr
.

Tramp Rubio və Vensin yanında aparat rəhbərinə prezident olmağı təklif etdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri dünyanın ən güclü adamı adlandıraraq, zarafatla ondan prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu bəyanatla Ağ Evdəki brifinq zamanı çıxış edib. "Hazırda b

21 noyabr
.

Almaniyadan deportasiya edilən Ermənistan vətəndaşlarını gətirən yeddinci reys İrəvana çatıb

Almaniyadan deportasiya edilmiş Ermənistan vətəndaşlarını gətirən yeni reys İrəvana çatıb. xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bu, cari ilin əvvəlindən Almaniyadan həyata keçirilən yeddinci belə reysdir. Deportasiya edilmiş Ermənistan vətəndaşlarının sayı barədə məlumat yoxdur

20 noyabr