Son 14 ilin ən güclü şaxtası qeydə alındı: -84,1 dərəcə
Antarktidadakı "Concordia" elmi-tədqiqat stansiyasında -84,1 dərəcə Selsi temperatur qeydə alınıb. Bu, 2012-ci ildən bəri Yer kürəsində ölçülmüş ən aşağı temperatur göstəricisidir və stansiyada indiyədək qeydə alınmış tarixi minimumdan cəmi 0,5 dərəcə yüksəkdir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Polskie Radio 24" məlumat yayıb.
Böyük Britaniyanın "Met4Cast - UK Weather" meteoroloji xidmətinin məlumatına görə, bu göstərici hətta Antarktida standartları ilə də son dərəcə güclü soyuq hava dalğasına işarə edir.
"Concordia" stansiyası dünyanın ən təcrid olunmuş elmi-tədqiqat bazalarından biri hesab olunur. Fransa-İtaliya birgə elmi kompleksi Antarktida sahillərindən təxminən 1100 kilometr məsafədə, Qütb yaylasında və dəniz səviyyəsindən təxminən 3200 metr yüksəklikdə yerləşir.
Avropa Kosmik Agentliyinin (ESA) məlumatına görə, baza qütb səhrasında yerləşir və burada çalışan alimlər xroniki hipoksiya şəraitində fəaliyyət göstərirlər. Bu ərazidə oksigen səviyyəsi dəniz səviyyəsi ilə müqayisədə təxminən üçdəbir azdır.
Fevralın ortalarından noyabrın ortalarınadək stansiya faktiki olaraq xarici dünya ilə əlaqədən kəsilir. Bu müddətdə ekstremal hava şəraiti səbəbindən bazaya uçuşlar mümkün olmur və təxminən 12 nəfərlik heyət aylarla tam təcrid şəraitində yaşayır. Qış mövsümündə isə Günəş təxminən dörd ay ərzində üfüq üzərində görünmür.
Məhz bu ekstremal şəraitə görə Avropa Kosmik Agentliyi "Concordia" stansiyasından gələcək kosmik missiyalara hazırlıq üçün təbii sınaq meydanı kimi istifadə edir. Burada uzunmüddətli təcridin insan orqanizminə fizioloji və psixoloji təsirləri araşdırılır. Bu tədqiqatların gələcəkdə dərin kosmosa həyata keçiriləcək uçuşlarda tətbiq edilməsi nəzərdə tutulur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 619 Tarix: 20 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkədə məktəbdə ATIŞMA: 7 nəfər ölüb, 15 nəfər yaralanıb
Taylandda məktəbdə baş verən atışma nəticəsində atıcı da daxil olmaqla yeddi nəfər ölüb, 15 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Tayland polisi bildirib. Məlumata görə, atıcı intihar edib. Hadisə Nonthaburi əyalətindəki nüfuzlu Debsirin Nonthaburi məktəbində baş verib. [hh4-unikal]
7 avqustİspaniya ərazisinə növbəti miqrant axını gözlənilir?
Son günlərdə sosial şəbəkələrdə avqustun 15-də miqrantların İspaniyanın Şimali Afrikadakı eksklavı Seuta şəhərinə yeni kütləvi axın cəhdi ilə bağlı çağırışlar yayılıb. "Qafqazinfo" "20 Minutos" nəşrinə istinadən xəbər verir ki, bu barədə Seuta hökumətinin nümayəndəsi Alexandro Ramire
5 avqustİsrailin Qəzzaya hücumları sülh istəmədiyini göstərir - Hakan Fidan
İsrailin Qəzza zolağında davam edən hücumları onun bölgədə sülh istəmədiyini göstərir. xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada suriyalı həmkarı Əsəd əl-Şeybani ilə danışıqlardan sonra bildirib. "Qəzza sülh planı çərçivəsində əldə edilən razılaşmalara baxmayaraq
6 avqustİnsan heç vaxt işıq sürəti ilə uça bilməyəcək: Fizika buna imkan vermir
İşıq sürətinə çatmaq elmi fantastikanın ən qədim arzularından biridir, lakin fizika bu məqsədə çatmağa heç bir imkan vermir. Qaynarinfo "SpaceDaily" nəşrinə istinadən xəbər verir ki, işıq sürəti ilə hərəkət etmək təkcə kütləsi olan hər hansı obyekt üçün çətin deyil, bu, ümumiyyətlə mümkün deyi
4 avqustMakQreqor əməliyyat olunub
Mütləq Döyüşçü Çempionatının (UFC) keçmiş çempionu - irlandiyalı əlbəyaxa döyüş sənətləri ustası Konor MakQreqor ayağından uğurlu əməliyyat olunub. xəbər verir ki, bu barədə o, özü "Instagram" səhifəsində məlumat verib. "Əməliyyat ideal keçib. Mən buna əminəm", -deyə MaqQreqor yazı
6 avqust18 yaşında universitet professoru oldu - 306 illik rekord
ABŞ-də yaşayan Natan Tomas cəmi 18 yaş 346 günlüyündə universitet professoru kimi fəaliyyətə başlayaraq, "Ginnesin Rekordlar Kitabı"na düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı" təşkilatı açıqlama yayıb. Bildirilir ki, Tomas 2023-cü ilin avqustund
6 avqust