Hava proqnozları psixologiyamıza necə təsir edir?
Hava proqnozlarının dəqiq olmaması təkcə gündəlik planları pozmur, həm də insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Xüsusilə yağış proqnozuna görə həftəsonu planlarını ləğv edən insanların sonradan günəşli hava ilə qarşılaşması məyusluq və narazılıq hissi yarada bilər.
Qaynarinfo xəbər verir ki, Cənubi Koreyanın Pohanq Elm və Texnologiya Universitetinin alimləri bu reaksiyaların elmi əsaslarını araşdırıblar. Tədqiqatçılar 2023-cü ildə Yaponiya və Cənubi Koreyaya təsir göstərən "Khanun" tayfunu zamanı hava proqnozları ilə insanların emosional reaksiyaları arasındakı əlaqəni təhlil ediblər.
Araşdırma çərçivəsində 613 meteoroloji müşahidə stansiyasından əldə olunan məlumatlar sosial şəbəkələrdə paylaşılan 43 mindən çox mesajla müqayisə edilib. Nəticələr göstərib ki, proqnozlar reallığı əks etdirmədikdə insanlar fərqli emosional reaksiyalar nümayiş etdirirlər.
Tədqiqata əsasən, yağıntının faktiki vəziyyətdən daha çox proqnozlaşdırıldığı qərb bölgələrində insanlar saatlarla mümkün fəlakət qorxusu ilə yaşayıblar. Bu ərazilərdə narahatlıq və psixoloji yorğunluq hissi üstünlük təşkil edib. Yağış yağmasa belə, gözlənti nəticəsində yaranan stress insanların emosional tükənməsinə səbəb olub.
Əksinə, yağıntının olduğundan az proqnozlaşdırıldığı şərq bölgələrində insanlar gözlənilmədən baş verən əlverişsiz hava şəraiti ilə üzləşərək çaşqınlıq, acizlik və utanc hissi keçiriblər. Alimlər bildirirlər ki, proqnozdakı səhvin xarakteri insanların reaksiyasına birbaşa təsir göstərir.
Düzgün kommunikasiya vacibdir
Tədqiqatın rəhbəri doktor Kiru Kim hesab edir ki, fövqəladə halların idarə edilməsində təkcə texniki dəqiqlik kifayət etmir. Onun sözlərinə görə, meteoroloji xidmətlər proqnozlardakı qeyri-müəyyənlikləri ictimaiyyətə daha açıq və şəffaf şəkildə izah etməlidirlər. Bu, insanların riskləri daha düzgün qiymətləndirməsinə kömək edə bilər.
Böyük Britaniyanın Ridinq Universitetinin mütəxəssisləri isə bildirirlər ki, temperatur proqnozlarında dövlət meteoroloji xidmətləri daha yüksək dəqiqlik nümayiş etdirsə də, yağıntı proqnozlarında bəzi media qurumlarının təqdim etdiyi xidmətlər daha uğurlu nəticələr verə bilir.
Bununla yanaşı, mütəxəssislər vurğulayırlar ki, proqnoz müddəti uzandıqca bütün hava proqnozlarında xəta ehtimalı da artır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Kiberdələduzluqda bir başqa yol...
Xarici vətəndaşlıq hərbi xidmətdən azad etmir - VACİB AÇIQLAMA
Vətəndaşlara aşağı faizli kredit imkanı: Hansı şərtlər tələb olunur?
Elton qızına toy edir
Kupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Sənət adamlarından Könül Xasıyevanı pubda oxumasına reaksiya: "Mənim yaşıma uyğun deyil"
Nikahdan əvvəl alınan ev boşanma zamanı bölünə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"
Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?
Vəkil Orxan Kəngərli həbs edildi
Yaşıl çay alarkən bunlara diqqət edin - Keyfiyyətsiz məhsulu necə tanımaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Özünüməşğulluq avadanlığını satan vətəndaşları hansı məsuliyyət gözləyir? - VƏKİLDƏN AÇIQLAMA
Avropa ölkələri Ukraynada mümkün sülhməramlı missiyaya hazırlaşır
Rusiya Ukraynaya hücumlarını gücləndirdi - Xarici səfirliklər də zərər gördü