"Bu mübarizədə də şərin deyil David Seliverstovun yanındayam" - Qazı atası

"Bu mübarizədə də şərin deyil David Seliverstovun yanındayam" - Qazı atasıBu bir danılmaz faktdır ki, cəmiyyətin inkişafında sosial məsuliyyət hissi, vətənpərvərlik dəyərlərinə hörmət və həssas təbəqələrə dəstək hər zaman xüsusi əhəmiyyət daşıyır. Xüsusilə şəhid ailələri və qazilərə göstərilən mənəvi və sosial diqqət sağlam cəmiyyətin əsas göstəricilərindən biri hesab olunur. Çünki bu təbəqədən olan insanlara yüksək diqqət və qayğı bu gün dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva nümunəsi günümüzdə hər bir vətəndaş, xüsusilə də xeyirxah insanlar üçün bir örnəkdir. Elə Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə sədri, beynəlxalq hüquq müdafiəçisi David Seliverstov da ictimai fəaliyyətində ölkənin birinci şəxsi və birinci xanımından örnək götürərək maksimum dərəcədə şəhid və qazi ailələrinə dəstək olmağa çalışır, bunu özünün müqəddəs borcu hesab edir. Təsadüfi deyil ki, bu günlərdə çirkin qarayaxma kampaniyası ilə üzləşən, əsassız ittihamlarla qarşılaşan David Seliverstovun apardığı haqq işi uğrunda mübarizədə də onun yanında əsas yer alan məhz şəhid və qazi ailələridir. Elə 44 günlük Vətən Müharibəsinin qazisi Elşən Nəzərovun atası Fərahim Nəzərov da məhz son günlər sosial platformalarda və müxtəlif media subyektlərində David Seliverstov barəsində yayılan əsassız iddialara cavab olaraq redaksiyamıza müraciət edib.

-Fərahim bəy, David Seliverstovu müdafiə etməyə, ona qarşı başlanan qarayaxmalara cavab verməyə Sizi nə vadar etdi?

-Sadəcə insanlıq, David Seliverstova qarşı başlanan kampaniyaya etiraz etmək. Məni tanıyanlar yaxşı bilir ki, hər zaman haqqın, ədalətin tərəfində olmuşam. Haqqı nahaqqın ayağına verməmişəm. Son günlər internetdə xoşagəlməz yazılarla rastlaşırdım. Yazırlar ki, guya David Seliverstov saxtakardır, dələduzdur, yaxud cinayətkardır. David Seliverstovu az-çox tanıyan biri kimi deyərdim bu yazılanların heç bir əsası yoxdur. Bunlar hamısı cəfəngiyatdır, yalandır. İnternetdə, xəbər saytlarında David Seliverstov barədə yayılan şər-böhtan dolu yazıları oxuyandan özümə yer tapa bilmirdim. Ürəyimi boşaltmağa, cəmiyyətə David Seliverstovun necə bir vətənpərvər, xeyirxah bir insan olduğunu çatdırmağa çalışırdım. Ona görə də sizə müraciət etmək qərarına gəldim.

-Qeyd etdiniz ki, David Seliverstovu tanıyırsınız. Maraqlıdır, onunla Sizin tanışlığınız, münasibətləriniz necə olub?

-Bildiyiniz kimi mənim oğlum Elşən Nəzərov İkinci Qarabağ Müharibəsinin qazisidir. O, 44 günlük Vətən Müharibəsində bir çox istiqamətlərdə, əsas etibarilə də Suqovşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib, qəhrəmanlıq göstərib. Döyüşlər zamanı yaralanan Elşəni müalicəsi üçün müəyyən məbləğdə vəsaitə ehtiyac vardı. Dövlətimiz sağ olsun, başda Cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan dövlətinin müvafiq qurumlarına qazi oğluma göstərilən dəstəyə görə təşəkkür edirəm. Ancaq etiraf vetmək lazımdır ki, dövlətin yükü kifayət qədər böyükdür və hər bir qazi, şəhid ailəsi dövlətin himayəsi altındadır. Ona görə də bu təbəqədən olan insanlara dövlətlə yanaşı, iş adamları, sahibkarlar, xeyirxah əməl sahibləri dəstək olmalıdırlar. Mənə də bir qazi atası kimi məsləhət gördülər ki, David Seliverstova müraciət edim. Həmin şəxs David Seliverstovun çox xeyirxah, səmimi, eyni zamanda vətənpərvər biri olduğunu demişdi. Gəlib onunla görüşəndə bir daha bu dediklərimin şahidi oldum. Sanki mənə öz valideyni kimi nəvaziş göstərərək oğlumun müalicəsinə yetərli qədər dəstək verəcəyini bildirdi. Çox sağ olsun dediyi kimi də etdi və oğlum Elşənin müalicəsi üçün lazım olan xərcləri çəkdi. Müalicə bitəndən sonra da David bəy bizimlə davamlı əlaqə saxlayır, problemlərimiz, qayğılarımızla maraqlanırdı. Bu gün də eyni davranış, eyni dəstək davam edir və hər zaman bir qazi atası kimi David Seliverstov bizim yanımızdadır. Ona görə də mən özümə bir borc bilirəm ki, David bəy haqsızlıqla üzləşdiyi, qarayaxma kampaniyası ilə qarşılaşdığı bir yanda mən də əlimdən gələn qədər David Seliverstovun yanında olum. Əslində, David bəyin fərd olaraq mənim dəstəyimə də ehtiyacı yoxdur. Çünki Azərbaycan cəmiyyəti, insanlarımız, Onun dəstək verdiyi şəhid ailələləri, qazilər David Seliverstovu çox gözəl tanıyır, ona çamur yapışmadığını bilirlər. Ancaq bütün halda mən özümə mənəvi borc bildim ki, bir qazi atası kimi David Seliverstovun necə bir xeyirxah, vətənpərvər insan olduğunu insanlarımıza çatdırım.

-Sizcə bu cür vətənpərvər insanları qaralamaq, onlara qarşı şər-böhtan dolu ifadələr səsləndirməkdə məqsəd nədir?

-Məqsəd vətənpərvər, xeyirxah insanları gözdən salmaq, onların həyata keçirdiyi nəcib işə kölgə salmaq, yaxud David Seliverstov kimi yardımsevər adamları bu missiyadan çəkindirməkdir. Bu da öz-özlüyündə dövlətə, dövlətçiliyə qarşı hesablanmış zərbədir. David Seliverstov kimi onlarla, yüzlərlə iş adamı, xeyirxah insan şəhid və qazi ailələrinə dəstək verəndə istər-istəməz bu təbəqədən olan insanların sosial rifahı yaxşılaşır, onlar daha yaxşı yaşam tərzi keçirirlər. Bu həm də dövlətin yükünün azalması deməkdir ki, məhz David Seliverstov kimi insanlar öz xeyirxah əməlləri ilə dövlətin, dövlətçiliyin yanında yer aldıqlarını sübuta yetirirlər.

Ancaq ona şər atan Çingiz Qənizadə kimi bir neçə düşərgə dəyişən adamlar isə bu yaramaz fəaliyyətləri ilə təkcə David Seliverstova deyil, eyni zamanda dövlətə, dövlətçiliyə zərbə vurmaq istəyirlər. Mən buradan sual edirəm ki, Çingiz Qənizadə istər hüquq müdafiəçisi kimi, istərsə də Milli Məclisdə deputat olan zaman hansı bir xeyirxah işin sahibi olub? Yaxud deputat olanda seçicilərinin problemləri ilə bağlı hansısa məsələni qaldırıb, onun həllinə nail olubmu? Yox. Əslində Çingiz Qənizadə kimi adamların David Seliverstov və onun timsalında olan xeyirxah insanlara qarşı çıxması, şər-böhtan atması başadüşüləndir. Adam nəyləsə gündəmdə olmalıdır axı? Yaxşılıq, xeyirxahlığı bacarmır ki, əlindən gəlsin. Bunu edənlərə isə qısqanclıqla yanaşır, həzm edə bilmir. Ona görə də xislətinə uyğun olaraq qarayaxma kampaniyası ilə məşğul olur. Bir məqama da diqqət çəkmək istəyirəm. Əgər belə bir qarayaxma kampaniyası ilə bir hüquq müdafiəçisi məşğul olursa, o zaman onun məhkəmə prosesləri zamanı hüquqlarını müdafiə etdiyi insanların halına acıyıram.

-Son olaraq nə demək istərdiniz?

-Son olaraq Çingiz Qənizadədən bir Qarabağ qazisinin atası, bir Azərbaycan vətəndaşı olaraq tələb edirəm ki, şər-böhtandan, qarayaxmadan əl çəksin. Mən bir qazi atası kimi heç vaxt şərin yanında yer almamışam, ona qarşı mübarizə aparmışam. Bu mübarizədə də şərin deyil. David Seliverstovun yanındayam.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 246   Tarix: 06 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu hallarda işçinin maaşından tutulmalar EDİLƏ BİLƏR - AÇIQLAMA

Əmək münasibətlərində işçinin əməkhaqqından müxtəlif tutulmaların aparılması bəzən mübahisələrə səbəb olur və bu prosesin hüquqi əsasları ilə bağlı suallar yaradır. Qanunvericilik əməkhaqqından tutulmaların yalnız müəyyən edilmiş hallarda və konkret qaydalar çərçivəsində həyata keçirilməsinə icazə verir

6 avqust
.

Dəniz Kərimzadəyə agentlikdə vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni təyinat olub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Dəniz Kərimzadə müvafiq əmrlə Agentliyin Kommunikasiya şöbəsinin rəhbəri təyin olunub. O, daha əvvəl Nazirliyin tabeliyində Dövlə

5 avqust
.

Gürcüstan nümunəsi Azərbaycanda tətbiq oluna bilər? - Ali təhsil tam pulsuz olacaq? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Son illər bir sıra ölkələrdə ali təhsilin daha əlçatan olması üçün yeni maliyyələşdirmə modelləri tətbiq edilir. Gürcüstanda dövlət universitetlərində ali təhsilin tam dövlət hesabına maliyyələşdirilməsi ilə bağlı qərar regionda da geniş müzakirələrə səbəb olub. Bu fonda Azərbaycanda da oxşar modeli

6 avqust
.

Boşanma uşaqlarda hansı fəsadlarla nəticələnir? - DİQQƏT

Boşanma, yalnız həyat yoldaşları üçün deyil, uşaqlar üçün də emosional və sosial baxımdan çətin bir prosesdir. Valideynlər ayrıldıqdan sonra uşaqların psixoloji sağlamlığını qorumaq və onların balanslı şəkildə böyüməsini təmin etmək üçün düzgün yanaşmalar tətbiq etməlidirlər. Mövzu ilə bağlı -a danışa

6 avqust
.

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. "Report"a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırm

5 avqust
.

Azərbaycana gələn turistlər ən çox nəyə pul xərcləyir?

Türkiyədə xarici turistlərin xərcləri ilə bağlı açıqlanan son statistikaya görə, ziyarətçilər ən çox qida və içkiyə pul xərcləyirlər. Bu statistika turistlərin səfər zamanı hansı sahələrə daha çox vəsait ayırdığına marağı artırıb. Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizə gələn turistlər daha çox hans

6 avqust
.

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb

6 avqust
.

Ödənişli əsaslarla qəbul olan bu şəxslərə GÜZƏŞT ediləcək - AÇIQLAMA

Ali təhsildə sosial dəstək mexanizmlərinin genişləndirilməsi istiqamətində tətbiq olunan güzəştlər təhsil haqqının ödənilməsi ilə bağlı imkanları məhdud olan tələbələr üçün mühüm əhəmiyyət daşıyır. Xüsusilə ödənişli ixtisaslara qəbul olunsalar da, müəyyən kateqoriyalara aid olduqları üçün təhsil haqqında

6 avqust
.

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək - Tarix açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) 9 avqust 2026-cı il tarixində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Naxçıvan şəhəri 4 saylı ort

6 avqust