"Uşaqlı adam götürmürəm" deyən taksi sürücüsü CƏZALANDIRILDI

"Uşaqlı adam götürmürəm" deyən taksi sürücüsü CƏZALANDIRILDIUşaqlı sərnişini yolda düşürdən taksi sürücüsü cəzalandırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirilib ki, taksi ilə daşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür.

"Sözügedən məsələ ilə bağlı da artıq həmin nəqliyyat vasitəsinin və sürücünün taksi fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

Xatırladaq ki, sərnişinlərə taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur".

*14:53

"Bolt şirkətinin əsas məqsədi sərnişinlər və tərəfdaş sürücülər üçün rahat, təhlükəsiz və keyfiyyətli xidmət təmin etməkdir. Platforma üzərindən qəbul edilmiş sifarişlərin məsafəsindən və ya ödəniş üsulundan asılı olmayaraq yerinə yetirilməsi gözlənilir".

Bu barədə BAKU.WS-ə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Sürücünün sərnişindən əlavə ödəniş tələb etməsi, sifarişi ləğv etməsini xahiş etməsi, əsassız səbəbdən sifarişi ləğv etməsi, sərnişinə qarşı qeyri-peşəkar davranması, o cümlədən narahatlıq yaradan şəxsi suallar verməsi və ya hər hansı digər uyğunsuz davranış nümayiş etdirməsi platformanın qaydalarına ziddir və qəbuledilməzdir. Bu kimi hallarla qarşılaşan sərnişinlərdən hadisə barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Daxil olan hər bir müraciət araşdırılır və qaydaların pozulduğu təsdiqləndiyi hallarda müvafiq tədbirlər görülür.

Bolt-un dəstək xidməti daxil olan bütün müraciətləri araşdırır. Şikayət təsdiqləndiyi təqdirdə sürücü ilə əlaqə saxlanılır, bu hallar onun reytinqinə təsir göstərir və təkrarlanarsa, hesabın deaktiv edilməsinə qədər tədbirlər görülə bilər.

Qeyd etmək istərdik ki, Bolt sürücülərlə mütəmadi olaraq kommunikasiya aparır, onlara platforma qaydaları, müştəri məmnuniyyətinin əhəmiyyəti və peşəkar xidmət standartları barədə məlumatlar təqdim edir. Məqsədimiz həm sərnişinlərin rahatlığını və təhlükəsizliyini, həm də platformada göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə saxlamaqdır.

*12:43

Bakıda taksi sürücüsü uşaqlı sərnişini yolda düşürdüb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Sərnişinin sözlərinə görə, o, taksi sifariş edib və avtomobilin gəlməsi üçün təxminən 8 dəqiqə gözləyib. Taksi gəldikdən sonra azyaşlı uşağı ilə birlikdə avtomobilə əyləşib.

İddiaya görə, sürücü əvvəlcə sərnişinə qarşı kobud davranıb. Ardınca, təxminən 5-6 dəqiqə yol getdikdən sonra sürücü qəfil "mən uşaqlı adam götürmürəm" deyərək avtomobili saxlayıb.

Sərnişin sürücüdən belə vəziyyətdə nə etməli olduğunu soruşsa da, onun avtomobildən düşməsini istəyib.

Hadisənin baş verdiyi avtomobilin dövlət nömrə nişanının 77-UY-148 olduğu bildirilir.

Sərnişin sürücünün bu davranışından narazı qalaraq məsələ ilə bağlı tədbir görülməsini istəyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 241   Tarix: 14 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər vergi və ciddi hüquqi risklərlə qarşılaşa bilər - XƏBƏRDARLIQ

Əmlakın, xüsusilə də qeyri-yaşayış sahəsinin fərdi sahibkara icarəyə verilməsi zamanı tərəflər arasında yazılı müqavilənin olmaması həm hüquqi, həm də vergi baxımından müəyyən risklər yarada bilər. İcarə münasibətlərinin rəsmiləşdirilməsi, ödənişlərin sənədləşdirilməsi və vergi öhdəliklərinin düzgü

14 avqust
.

Şəkidə leysan yağdı, istirahət mərkəzinə gedən yolda çətinlik yarandı (VİDEO)

Ötən gün axşam saatlarında Şəki rayonunda yağan güclü leysan yağışları ciddi fəsadlara səbəb olub. Güclü sel suları Kiş kəndindən istirahət mərkəzinə gedən avtomobil yoluna bol miqdarda palçıq və çınqıl qatı gətirib. Hadisə nəticəsində ərazidə nəqliyyatın hərəkəti kəskin məhdudlaşıb. Bir neçə avtomobi

13 avqust
.

Uşaqların psixoloji sağlamlığı dövlət siyasətinin mühüm istiqamətidir

Uşaqlar cəmiyyətin gələcəyi, dövlətin ən mühüm sosial sərvətlərindən biridir. Onların sağlam, təhlükəsiz və sağlam psixoloji mühitdə böyüməsi yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin və dövlətin qarşısında duran mühüm vəzifələrdəndir. Müasir dövrdə uşaqların psixoloji müdafiəsi xüsusilə aktuallaşıb

14 avqust
.

Kəlbəcərdə mina partlayıb - Xəsarət alan var

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlayışı baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA-nın Mətbuat Xidmətləri məlumat yayıb. Məlumata görə, 1953-cü il təvəllüdlü Tərtər rayonunum Qaynaq kənd sakini Süleymanov Kamran Şükü

13 avqust
.

Naxçıvanda enerji istehsalının imkanları genişlənir

Azərbaycan regionda karbohidrogenlər baxımından aparıcı rola malikdir. Eyni zamanda, beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında da fəal oyunçulardandır. Ona görə Naxçıvanda günəş və külək elektrik stansiyalarının fəaliyyəti, bu istiqamətdə görülən işlər və Azərbaycanda bərpa olunan enerjini

13 avqust
.

"Telefon həyatınızın bir hissəsi olsun, həyatınızın özü yox "-PSİXOLOQDAN CƏMİYYƏTƏ MÜHÜM ÇAĞIRIŞ

Smartfonlar həyatımızı asanlaşdırsa da, onlardan həddindən artıq istifadə gündəlik həyatımıza ciddi təsir göstərə bilər. İnsanlar bəzən telefonda keçirdikləri vaxtın fərqinə varmadan ailə, dostlar və real həyatdakı ünsiyyətdən uzaqlaşırlar. Bəs telefon həyatımızı idarə edir yoxsa, biz telefondan istifad

13 avqust
.

"Naxçıvan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında həyata keçirilən inkişaf konsepsiyasına uyğun şəkildə yenidən qurulur" - AÇIQLAMA

Aqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfər edib.Bu, dövlət başçısının prezident kimi Naxçıvana 17-ci səfəri idi.Səfər çərçivəsində bir sıra mühüm açılış və təməlqoyma mərasimləri keçirilib. Mövzu ilə bağlı -

13 avqust
.

Özəl bağçalarda uşaqlara qarşı zorakılıq: Nə baş verir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Son dövrlərdə uşaq bağçalarında tərbiyəçilərin azyaşlılara qarşı kobud və zorakı davranışı ilə bağlı yayılan görüntülər cəmiyyətdə ciddi narahatlıq yaradır. Xüsusilə valideynlərin övladlarını daha təhlükəsiz və keyfiyyətli xidmət ümidi ilə etibar etdiyi özəl bağçalarda belə halların gündəmə gəlməsi müəssisələrd

13 avqust
.

Bu gün dənizə gedənlərin nəzərinə!

Bu gün Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, çimərliklərdə şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh

14 avqust