Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? - Kardioloqlardan açıqlama
Kardioloqlar Lu Çen və Kevin Heder insanın ürəyinin bəzən gecələr niyə güclü döyündüyünü izah ediblər.
Oxu.Az xəbər verir ki, mütəxəssislər "Prevention" nəşrinə müsahibələrində gecə saatlarında sürətli ürək döyüntüsünün səbəblərindən danışıblar.
Lu Çenin sözlərinə görə, gecələr sürətli ürək döyüntüsünə turşu reflüksü və yuxu apnesi səbəb ola bilər. Həkim bildirib ki, yuxu apnesi zamanı qanda oksigenin səviyyəsi azalır və ürəyin yükü artır. Bu isə ürək ritminin pozulmasına, həmçinin qulaqcıqların fibrilyasiyası riskinin yüksəlməsinə səbəb ola bilər.
Kevin Heder isə qeyd edib ki, gecə ürək döyüntüsünün sürətlənməsi stres, susuzlaşma, eləcə də günün ikinci yarısında qəbul edilən alkoqol və kofeinlə əlaqəli ola bilər.
"Hormonal dəyişikliklər, o cümlədən menopauza da ürək döyüntüsünün artmasına səbəb ola bilər", - deyə həkim bildirib.
O, belə hallar tez-tez təkrarlanırsa, həkimə müraciət etməyi tövsiyə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hansı bel ağrısı xərçəngə işarə edə bilər?
Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel
20 sentyabrQrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
"Soyuqdəymə və qrip zamanı düzgün seçilmiş qidalar orqanizmin bərpasını sürətləndirir". xəbər verir ki, bu sözləri amerikalı dietoloq Bet Çervoni deyib. Mütəxəssis xəstəlik dövründə maye, kalori və bəsləyici maddələrlə zəngin olan bulyon və şorbalara üstünlük verməyi tövsiyə edib:. "Şorbanı
26 sentyabrPortağal şirəsinin psixi sağlamlıq üçün gözlənilməz faydası tapıldı
Portağal şirəsi dietologiyada mübahisəli mövzulardan biridir. Bəziləri onun tərkibində çoxlu şəkər olduğunu və buna görə "faydalı" hesab edilə bilməyəcəyini düşünür. Digərləri isə onun balanslaşdırılmış qidalanmanın bir hissəsi ola biləcək vacib vitamin və qida maddələri ehtiva etdiyini vurğulayır
15 sentyabrBu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI
Aparılan yeni araşdırma ağır psixi pozuntulardan əziyyət çəkən insanların orta ömür uzunluğu ilə bağlı diqqətçəkən nəticələri ortaya çıxarıb. xəbər verir ki, avstraliyalı alimlərin araşdırmasına görə, ağır psixi pozuntuları olan insanlar digər əhali qrupları ilə müqayisədə orta hesabla 10 il daha a
22 sentyabrAllergiya qəfil yarana bilər: Səbəbləri nələrdir?
Allergiya həyatın istənilən mərhələsində, hətta yetkinlik dövründə belə qəfil yarana bilər. Araşdırmalar yeni allergiyaların yaranmasına infeksiyalar, hormonal dəyişikliklər, antibiotik istifadəsi və gənə dişləməsi kimi müxtəlif amillərin səbəb ola biləcəyini göstərir. Qaynarinfo xəbər verir ki, ABŞ-ı
2 oktyabr"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans
20 sentyabrŞirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
Mürəbbənin faydası onu alarkən və ya hazırlayarkən nadir hallarda nəzərə alınır. Çünki mürəbbə adətən çay yanında sadəcə şirin desert hesab edilir. Lakin əslində mürəbbə sağlam qidalanmaya müəyyən qədər faydalı əlavə ola bilər. Qaynarinfo xəbər verir ki, "Antioxidants" jurnalının tədqiqat qrupunda
14 sentyabrYüksək təzyiq zamanı duzu nə ilə əvəz etmək olar? - 10 məhsul
Yüksək arterial təzyiqi olan insanlara qida rasionunda duzun miqdarını azaltmaq tövsiyə olunur. Lakin bu, yeməklərin dadsız olması demək deyil. Mütəxəssislər duz əvəzinə müxtəlif məhsullardan istifadə etməklə həm yeməyin dadını qorumağın, həm də natrium qəbulunu azaltmağın mümkün olduğunu bildirirlər
28 sentyabr